Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türk dünyasının daha bir uğuru

Türk dünyasının daha bir uğuru

10.03.2023 [10:56]

“ABŞ-ın Florida ştatının Mayami şəhərində türk soydaşlarımızın bir araya gələrək Böyük şəhər bələdiyyəsində Xocalı soyqırımı haqqında sənəd qəbul edilməsinə şahidlik etdik. Bu rəsmi sənədin imzalanması  Azərbaycan və dünya türklüyünün birliyi üçün böyük uğurdur”.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ərzurum millət vəkili Kamil Aydın “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bu fikirləri deyib.

TBMM Xarici Əlaqələr Komitəsinin üzvü olan Kamil Aydın həm də  Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının  Parlament Assambleyası (ATƏT PA), Avropa Şurası Parlament Assambleyası (AŞPA) və  NATO Parlament Assambleyasında  (NATO PA) - hər üç beynəlxalq qurumun iclaslarında Türkiyə qrupunun üzvü olaraq öz ölkəsi ilə bərabər, Azərbaycanın problemlərini də hər zaman dilə gətirdiyini vurğulayıb: “Bu dəfə də erməni hərbi birləşmələrinin fevralın 26-da törətdikləri Xocalı soyqırımının daha bir beynəlxalq ictimaiyyət tərəfindən tanıdılmasına nail olduq. Bu baxımdan beynəlxalq münasibətlərdə müxtəlif formatlarda əldə edilən diplomatik uğurlar bəzən cəbhədə qazanılan zəfərlər qədər əhəmiyyətli təsirə malik olur. Vaxtilə türk dünyası ölkələri, eləcə də dünyanın müxtəlif ölkələrinə səpələnmiş türklər bir-birilərindən xəbərsiz yaşadıqları üçün, həmrəylik içində olmadıqlarına görə  türk diaspor fəaliyyətlərində lənglik vardı. Türkiyə-Azərbaycan birliyi getdikcə bu əlaqələri bərpa etdi. Hazırda dünyadakı türk birliyi bizi önəmli uğurları, nailiyyətlərə çatdırmaqdadır. Qarabağ problemini, eləcə də Xocalı qətliamını bütün beynəlxalq təşkilatların toplantısında Azərbaycanla bərabər biz də dilə gətirdik və gətiririk.  Avropa Birliyi üzvü ölkələrində də, ABŞ-da  erməni  və yunan diasporasının sayı soydaşlarımızdan çox olmasa da, təəssüf ki, onlar tam əksinə, həqiqətləri yalan, yalanları həqiqət kimi dünyaya yayaraq türk əleyhdarı ictimaiyyət formalaşdırıblar.  Amma ortaq hədəfə, ortaq məqsədə istiqamətlənmə düşüncəsi artıq o coğrafiyalarda yaşayan özbək, qazax, azərbaycanlı, qırğız, Türkiyə türkündə formalaşdığı üçün, biz bərabər mübarizəmizi qura bilirik. İlk dəfə səsimizi birləşdirərək, “birimiz hamımız, hamımız birimiz üçün”, məntiqindən yola çıxaraq bu uğura imza atdıq. Və bu bizi çox məmnun etdi. İnanıram ki, birgə hədəf müəyyənləşdirməmiz nöqtəsinə və bir çox Qərb ölkəsində  yanlış düçüncələrə son qoyulması məsələsində nail olacağıq. Bu baxımdan Mayami şəhərindəki rəsmi qərarın alınmasında əməyi keçən bütün soydaşlarımıza təşəkkür edirik və bundan sonra da onlara hər şəkildə maddi-texniki dəstək verməyə hazır olduğumuzu qətiyyətlə bildiririk.  Yaxşı haldır ki, erməni lobisinin çox inkişaf etdiyi  bir ölkədə Xocalıda günahsız insanlarımızın qətl edilmələrini və erməni yalanlarını çatdıra bilirik. Türk milləti olaraq bir daha belə faciələrə məruz qalmamaq üçün birliyimizi, həmrəyliyimizi daha da gücləndirməliyik.”

Sevil Hilalqızı Ünal,

Ankara

Paylaş:
Baxılıb: 447 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31