Cənubi Qafqaz reallığı...
15.05.2026 [11:35]
Qərarları Bakı və Ankara verir
Fransanın bölgədəki proseslərə müdaxilə cəhdi iflasa uğradı...
Azərbaycanın müəllifliyi ilə Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıq bölgədə uzunmüddətli sülh və əməkdaşlıq imkanlarını artırır. İqtisadi layihələr, dövlətlərarası münasibətlərin normallaşması, ümumən bölgədə əməkdaşlıq mühitinin yaranması Cənubi Qafqaz üçün geniş imkanlar açır. Bununla belə, təəssüfləndirici haldır ki, bəzi ermənipərəst dairələr, hətta dövlətlər yenə də öz qeyri-adekvat mövqelərindən əl çəkmək istəmir, prosesə mümkün qədər maneə olmağa çalışırlar. Xüsusilə Fransanın son dövrlərdə sərgilədiyi mövqe bunu açıq şəkildə nümayiş etdirir. Bu ölkənin qanunverici orqanının, eləcə də Parisin arzusu ilə Avropa Parlamentinin Azərbaycana qarşı tutduğu mövqe onların bütün planlarını ifşa edir. Paraldel olaraq may ayının əvvəlində Fransa prezidenti Emmanuel Makronun Ermənistana etdiyi səfər çərçivəsində səsləndirdiyi bəyanatlar bir daha göstərdi ki, Paris Cənubi Qafqazda yenidən təsir imkanları qazanmağa çalışır. Makronun çıxışlarında Azərbaycana qarşı əsassız ittihamların yer alması, Ermənistanı birtərəfli şəkildə dəstəkləyən ritorikaya üstünlük verməsi Fransanın bölgəyə korporativ maraqlardan qaynaqlanan müdaxilə imkanlarına yenidən cəhd etmək niyyətində olduğunu göstərir.
Bakı öz qətiyyətini Parisə göstərmişdi...
Xatırladaq ki, bir neçə il öncə də Fransanın bu kimi cəhdlərinin şahidi olmuşduq - Avropa Siyasi Birliyinin 2022-ci ildə Praqada baş tutan Sammitindən sonra Azərbaycan qəti şəkildə Parisin bu prosesdə iştirakını istəmədiyini bildirmişdi. 2022-ci ilin noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında Prezident İlham Əliyev bildirmişdi ki, Fransa sülh danışıqlarında iştirak edə bilməz. Bu bizim deyil, onların günahıdır: “Praqa görüşündən bir həftədən də az sonra Fransa Prezidenti Makron müsahibəsində Azərbaycanı tənqid etdi və bizi törətmədiyimiz işlərdə ittiham etdi. Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu”.
Dövlət başçısı qeyd etmişdi ki, “Bütün bunlar nəzərə alınsa, aydındır ki, Fransa sülh danışıqlarında iştirak edə bilməz. Bu bizim deyil, onların günahıdır”.
Artıq situasiya da dəyişib - rəsmi Bakı açıq şəkildə bəyan edir ki, proses iki dövlət arasında, Azərbaycan və Ermənistan arasında gedir. Aparılan danışıqlarda əsas söz sahibi birbaşa tərəflərdir. Fransa isə bu prosesə yenidən daxil olmaq üçün müxtəlif siyasi manevrlərə əl atır. Makron administrasiyasının davranışları onu göstərir ki, Fransa regionda sabitliyin möhkəmlənməsindən daha çox öz geosiyasi maraqlarını təmin etməyə çalışır.
Fransa prezidentinin ölkəsində belə olmayan “nüfuzu”...
Halbuki Paris rəhbərliyi ilk növbədə öz daxilində mövcud olan ciddi sosial, siyasi və iqtisadi problemlərlə məşğul olmalıdır. Fransada etiraz aksiyalarının davam etməsi, hökumətə qarşı ictimai narazılığın artması və Makronun nüfuzunun sürətlə aşağı düşməsi artıq beynəlxalq medianın da diqqət mərkəzindədir.
Makron hazırda öz ölkəsində ən aşağı siyasi reytinqlə fəaliyyət göstərən liderlərdən biri, bəlkə də birincisidir. Son illərdə Fransada pensiya islahatları, sosial bərabərsizlik, iqtisadi çətinliklər və miqrasiya problemləri səbəbindən hökumətə qarşı ciddi etiraz dalğaları baş qaldırıb. Küçələrdə aylarla davam edən aksiyalar, polis zorakılığı ilə bağlı yayılan görüntülər və ictimai narazılıq Makron hakimiyyətinin ciddi legitimlik böhranı yaşadığını göstərir. Bir çox siyasi dairələrdə artıq Makronun xalqın iradəsini tam şəkildə təmsil etmədiyi barədə fikirlər səsləndirilir. Belə bir vəziyyətdə Fransa prezidentinin diqqətini daxili problemlərdən yayındırmaq üçün xarici siyasətdə daha fəal görünməyə çalışdığı açıq hiss olunur. Ermənistana səfəri və burada Azərbaycana qarşı yönəlmiş açıqlamalar da məhz bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Makron daxildə zəifləyən nüfuzunu beynəlxalq platformalarda aktiv görünməklə kompensasiya etməyə çalışır. Lakin Fransa rəhbərinin bu cəhdləri nə region ölkələri, nə də beynəlxalq ictimaiyyət tərəfindən ciddi qəbul edilir.
Makronun sərhəd planı baş tutmadı..
Makronun Ermənistana səfəri zamanı diqqət çəkən məqamlardan biri də onun Türkiyəyə quru sərhədi vasitəsilə keçmək istəyi ilə bağlı yayılan məlumatlar oldu. Bu addım sıradan diplomatik detal deyil, daha çox siyasi mesaj xarakteri daşıyırdı. Fransa prezidenti bu vasitə ilə regionda normallaşma proseslərinə təsir göstərən əsas aktorlardan biri kimi görünməyə çalışırdı. Lakin proseslərin inkişafı göstərdi ki, regionun əsas siyasi qərarları xarici güclərin deyil, məhz Azərbaycan və Türkiyə liderlərinin qətiyyətli mövqeyi əsasında formalaşır. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallığın əsas müəllifləridir. İki qardaş ölkənin ortaya qoyduğu siyasi iradə nəticəsində bölgədə yeni əməkdaşlıq platformaları yaranıb, kommunikasiyaların açılması və münasibətlərin normallaşdırılması istiqamətində ciddi addımlar atılıb.
Beləliklə, Makronun sərhəd məsələsi üzərindən siyasi dividend qazanmaq cəhdi nəticəsiz qaldı. Çünki Ankara və Bakı açıq şəkildə nümayiş etdirdi ki, regionun taleyi kənardan idarə oluna bilməz. Bu gün Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi də Azərbaycan faktorundan kənarda mümkün deyil. Fransa isə bu proseslərə təsir imkanına malik olmadığını qəbul etməlidir.
Regionun siyasi gələcəyini Bakı və Ankara müəyyənləşdirir
Cənubi Qafqazda təhlükəsizlik, əməkdaşlıq və iqtisadi inteqrasiya məsələlərində əsas söz sahibi Azərbaycan və Türkiyədir. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyət bölgədə qüvvələr balansını tamamilə dəyişib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, regional proseslərin əsas təşəbbüskarına çevrilib. Türkiyə isə həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan Azərbaycanın ən yaxın strateji müttəfiqi kimi bölgədə sabitliyin əsas təminatçılarından biridir.
Fransa isə hələ də köhnə geopolitik yanaşmalarla hərəkət etməyə çalışır. Makronun müxtəlif simvolik addımlarla bölgədə rol almağa çalışması isə siyasi reallığı dəyişmir. Artıq Cənubi Qafqazın siyasi xəritəsi Bakı və Ankaranın formalaşdırdığı strateji əməkdaşlıq modeli üzərində qurulur və bu reallıq beynəlxalq aktorlar tərəfindən də qəbul edilir.
Bu gün bölgədə sülh və əməkdaşlıq perspektivlərini müəyyən edən əsas faktor regional dövlətlərin qarşılıqlı anlaşması və strateji tərəfdaşlığıdır. Xarici güclərin proseslərə müdaxilə cəhdləri isə əvvəlki effektini itirib. Fransa bunu nə qədər tez qəbul etsə, həm özü, həm də region üçün bir o qədər faydalı olar. Çünki Cənubi Qafqaz artıq yeni dövrə qədəm qoyub və bu dövrün əsas söz sahibləri regionun öz liderləridir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16

