Dialoqlar
16.05.2026 [08:50]
Dilin diriliyidir.
Bəzən, yalan da öyrədə bilir.
Necəki, bizim bir çox müasir film və seriallarımızdakı dialoqlar öyrədir, bax eləcə. Yalanöyrətmə virusu dilin orqanizmində uzunmüddətli qala bilər (məsələn, nə illah ediriksə, “uje” çıxıb getmir). Sonrası dəqiq məlum deyil. Adətən, dil, toksit və çirkabları kənara atıb lazım olanları götürür. Ümid etmək olardı ki, vaxt gələcək, “uje”, “voobşe” və sair bu kimi çər dəymiş kəlmələr əvvəlcə dilimizi, sonra da düşüncəmizi tərk edib yox olacaq, bizə “təbiilik” göstərmək naminə bu sözləri seriallarda dialoqa dürtüşdürən “müəlliflərimiz” də dilimizin müqəddəs məkanında təğyiri-libas olacaqlar. Amma son dövrlərin film və seriallarındakı dialoqlarda artan yalanöyrətməni, “uje”, “voobşe”ləri eşitdikcə, xüsusilə bu dialoqlardakı məzmun saxtakarlıqlarına şahid olduqca, dilmizin hansı təhdidlərlə yükləndiyini sezməmək mümkün deyil...
Belə davam etsək, tarixi, coğrafiyanı və ya bu kimi digər elmləri araşdırmağa həvəsi, imkanı, hətta borcu olmayan insanlarımız düşünəcək ki, məsələn, Nadir şah əsgərlərinə deyib:
-Ey azərbaycanlılar, ey mənim xalqım, Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün, indi biz, Kəlbəcər uğrunda döyüşə gedirik! (Nümunə nisbidir.)
Müasir film və seriallarımızda bu kimi dialoq məzmunları nə qədər desən. Xüsusilə uşaqlar üçün tərtib edilmiş yüklü dialoqlar ən yaxşı halda balaca zəkaya “əlçatmaz” görünür. Eyni problem əcnəbi dillərdən tərcümə edilən dublyaj mətnlərindədir. Sanki dilimizə və düşüncəmizə zor, izafi zirəklik, sırtıqlıq pərçimləmək istəyən bir komanda var...
Dildə tapılmayan zəruri sözlər, kənar (qonşu) düşüncə elementləri onun bətnində gəzib-dolaşmalı, vaxtı gələndə isə öz hücrəsinə daxil olmalı, lakin zəhmət çəkib öz yerində oturmalıdır. Bəs müasir kino və seriallarımızda bu qədər yüksək texniki şərtlərlə lentə alınmış, gözəl görüntülər, yaxşı quruluş varkən, bərbad və uydurma dialoqlar, yalançı mətnlər haradan qaynaqlanır? Redaktorlarımız, məzmun tərtibatçılarımız çatmır? Yoxsa rejissorlarımız şifahi düşünür? Bəlkə kitab oxumağa vaxt yoxdur? Ya da gecə-gündüz təkcənə Tarkovskiyə baxmaq, Hollivud xəyalı ilə yaşayıb-yaratmaq yetərlidir? Üstəlik, ssearidəki hər kəlmə üçün “naqqalıq” edə biləcək təcrübəli dil bilicisini dialoqları oxumağa dəvət etmək, çəkiliş meydançasına gətirmək? Yox, bu kimi şeylər işin gedişinə pəl vurur...
Sürət artır, vaxt çatmır, di gəl, ana dilində danışmaq, dialoq yazmaq da lazımdır. Mal adı “serial” olan əmtəə satılmalı, reklam gəlməlidir. Dil isə bu qovhaqovda, fasiləsiz şəkildə, kütləvi halda əndirəbadi dialoqlarla yalanöyrətməyə cəlb edilir. Mən onu tanıyıram, xasiyyətini bilirəm, bir gün, o da - o gözəl Ana dili də durub sizinlə, o cümlədən digər “yadelli işğalçılarla” işləməkdən imtina edəcək. Onda malı kimə satacaqsınız?
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53

