Qlobal Cənub QHT Platforması 100-dən çox ölkəni birləşdirir
16.05.2026 [11:36]
Bakıda platformanın ilk Baş Assambleyasının keçirilməsi mühüm hadisədir
Ölkəmizdə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ərəfəsində Bakıda ardıcıl olaraq tədbirlər reallaşdırılıb. Məlumdur ki, “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində indiyədək bir sıra tədbirlər baş tutub. Belə tədbirlərdən biri də Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının keçirilməsidir. Mayın 14-də baş tutan tədbirə Latın Amerikası, Afrika, Asiya, Sakit okean hövzəsini əhatə edən ümumilikdə 114 ölkədən QHT təmsilçiləri qatılıb.
Platforma hansı məqsədlə yaradılıb?
Xatırladaq ki, Qlobal Cənub QHT Platforması ötən ilin aprel ayında Bakı şəhərində 100-dən artıq ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə təsis olunub. 2024-cü ilin noyabrında Bakıda COP29 çərçivəsində Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin Cənub-Cənub əməkdaşlığı üzrə baş tutan beynəlxalq konfransı zamanı Azərbaycan Milli QHT Forumunun Qlobal Cənub QHT Platformasının yaradılması barədə təşəbbüsü güclü dəstək qazandı. Bununla əlaqədar 140-a yaxın ölkədən 1000 nəfərdən çox QHT təmsilçisi və ictimai fəal birgə bəyanat imzalamışdı. 100-dən çox ölkədən 500-ə yaxın QHT-nin birləşdiyi COP29 QHT Koalisiyasının sonrakı dövrdə Qlobal Cənub QHT Platformasının təsisatlanması məqsədilə təşəbbüs qrupuna çevrilməsi birgə, koordinasiyalı fəaliyyətə ehtiyacı aydın nümayiş etdirmişdi. Bütün bunları nəzərə alaraq belə bir platforma yaradılıb.
Bakıda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının keçirilməsi də bu təşəbbüsün önəmini bir daha təsdiqləyib. Tədbirdə çıxış edən Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Qlobal Cənub dünya arenasında mühüm rol oynayır. Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir. Biz coğrafi, tarixi, mədəni cəhətdən və həmçinin tale etibarilə Qlobal Cənubun bir hissəsiyik. O qeyd edib ki, Azərbaycan Qlobal Cənub ölkələrinin üzləşdiyi bütün çətinlikləri və problemləri, o cümlədən tarixi mirası tam və əhatəli şəkildə anlayır. Çünki Azərbaycan da müstəqillik illəri və bütün tarixi boyu bu çətinliklərin və problemlərin hamısından keçib.
Çıxış edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev isə deyib ki, bu tədbir təkcə institusional bir mərhələ deyil, həm də Azərbaycanda keçirilən COP29 zamanı yaranan həmrəylik, dialoq və əməkdaşlıq ruhunun, Qlobal Cənubun yaradılmasının davamıdır. Eyni zamanda, Azərbaycanın Cənub-Cənub əməkdaşlığının gücləndirilməsi, dialoq və praktiki fəaliyyət üçün inklüziv beynəlxalq platformalar yaratmaq baxımından davamlı öhdəliyidir. Onun sözlərinə görə, bu platforma dialoq üçün bir məkan olmaqdan daha çoxdur. Bu, fəaliyyət qüvvəsidir. Bu gün Bakıda Baş Assambleyanın keçirilməsi bu vizyonun reallığa çevrildiyinin açıq göstəricisidir.
Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli Qlobal Cənub Platformasının vətəndaş cəmiyyətinin mühüm və qalıcı miraslarından biri kimi qəbul edildiyini deyib. Bildirib ki, platforma artıq beynəlxalq təşkilatlar və nüfuzlu mərkəzlər tərəfindən tanınır.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva isə nəzərə çatdırıb ki, bu gün dünya mürəkkəb geosiyasi böhranlar, iqlim dəyişikliyi, humanitar çağırışlar və artan bərabərsizliklərlə üz-üzədir. Belə bir dövrdə Qlobal Cənubun baxış bucağı daha aydın və daha güclü şəkildə eşidilməlidir.
Azərbaycan təmsilçisi GSNP-nin Baş katibi seçilib
BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin direktoru Dima Al-Khatib tədbirin əhəmiyyətini qeyd edib. O, BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin vətəndaş cəmiyyətinin Cənub-Cənub və üçtərəfli əməkdaşlığın inkişafında əvəzolunmaz olduğuna tam inandığını söyləyib.
Tədbirdə, eyni zamanda BMT-nin Təlim və Tədqiqat İnstitutunun Məsləhət Şurasının sədri Luis Gallegos, Somali Prezidentinin müşaviri, “Sadar” İnstitutunun təsisçisi və baş icraçı direktoru Mohamed Osman Mohamoud və İsveçrənin Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun təsisçisi Nidal Salim çıxışlarında qeyd ediblər ki, Qlobal Cənubda sürətli şəhər transformasiyası dövründə forumun ilk dəfə Cənubi Qafqazda keçirilməsi xüsusilə əhəmiyyətlidir.
Tədbir çərçivəsində Qlobal Cənub QHT Platformasının institusional strukturu və fəaliyyət mexanizmlərinə dair çərçivə sənədi qəbul edilib.
Daha sonra Qlobal Cənub QHT Platformasının (GSNP) Baş katibi və regionlar üzrə onun müavinləri seçilib. Azərbaycan təmsilçisi Fuad Kərimli GSNP-nin Baş katibi seçilib. Beləliklə, qarşıdakı 5 il müddətində təşkilata sədrliyi Azərbaycanın QHT təmsilçisi edəcək. Keniya təmsilçisi Mithika Mwenda GSNP Baş katibinin Afrika regionu, Özbəkistan təmsilçisi Bobur Bekmurodov Asiya regionu, Ekvador təmsilçisi Luis Gallegos Latın Amerikası regionu, Filippindən olan Cecile Guidote-Alvarez isə Sakit okean regionu üzrə müavini seçiliblər.
Yekun bəyannamədə nələr əksini tapır?
Baş Assambleya çərçivəsində panel iclaslar da keçirilib. Sonda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib. Bəyannamədə qeyd edilib ki, platformanın formalaşması ortaq tarixi zərurətin və dərinləşən qlobal həmrəyliyin məntiqi nəticəsidir. Bu mühüm mərhələnin kökləri Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və COP29 zamanı yaradılmış əməkdaşlıq ənənələrinə dayanır. Bu əməkdaşlıq mühiti 120-dən çox ölkədən min nəfərdən artıq nümayəndəni birləşdirən beynəlxalq şəbəkənin yaranmasına təkan verib.
Eyni zamanda bildirilib ki, Qlobal Cənubun ortaq maraqlarını daha effektiv qorumaq üçün idarəetmə mexanizmlərinin gücləndirilməsi, regional təmsilçiliyin genişləndirilməsi, Katibliyin rolunun artırılması və ixtisaslaşmış işçi qruplarının yaradılması planlaşdırılır. Regional balansı təmin etmək üçün Baş Katibə 4 regional müavin dəstək verəcək.
Baş Assambleyanın hər il mənzil-qərargahın yerləşdiyi ölkədə toplanması qərara alınıb. Katibliyə rəqəmsal əməkdaşlığı genişləndirmək, bilik mübadiləsini zənginləşdirmək, beynəlxalq donorlarla tərəfdaşlıq imkanlarını araşdırmaq və birgə qrant təşəbbüsləri hazırlamaq tapşırılıb. Beynəlxalq forumların təşkili, gənclərin və yeni vətəndaş cəmiyyəti liderlərinin platformaya cəlb edilməsi, institusional yaddaşın formalaşdırılması və qlobal qurumlara birgə sənədlərin təqdim edilməsi əsas fəaliyyət sahələri kimi müəyyən edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16

