Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / BŞTİ: Uşaqların xüsusi təhsilə ehtiyacını komissiya müəyyənləşdirir

BŞTİ: Uşaqların xüsusi təhsilə ehtiyacını komissiya müəyyənləşdirir

15.05.2026 [21:56]

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 5 psixoloji-tibbi-pedaqoji komissiya fəaliyyət göstərir.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, komissiyalar sağlamlıq imkanları məhdud uşaqlarda fiziki çatışmazlıqların, əqli və psixi ləngimələrin diaqnostikasını aparır, bunun əsasında uşaqların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul edir, valideynlərə və ya qanuni nümayəndələrə müvafiq məsləhətlər verir.

Qeyd edək ki, sağlamlıq imkanı məhdud uşağın xüsusi təhsilə ehtiyacı varsa, valideyni ilə birlikdə aidiyyəti üzrə regional təhsil idarəsi tərəfindən yaşadıqları ərazi üzrə fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaya yönləndirilır. Müayinə olunduqdan və sənədlərə baxıldıqdan sonra uşağın faktiki vəziyyətinə uyğun olaraq komissiya tərəfindən müvafiq qərar verilir.

Psixoloji-tibbi-pedaqoji komissiya müəyyən olunmuş qrafik əsasında həftədə 2 dəfə (https://baku.edu.gov.az/az/page/316) fəaliyyət göstərir. Komissiyada müayinə pulsuzdur.

Paylaş:
Baxılıb: 613 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31