WUF13: “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının təqdimatı gündəlikdə
15.05.2026 [09:54]
Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) saylı günlər qalıb. Forum 17-22 may tarixində Bakıda keçiriləcək.
BMT-nin ən mühüm tədbirlərindən biri olan WUF13-ə ev sahibliyi hüququnun ölkəmizə həvalə edilməsi Azərbaycanın qlobal miqyasda artan rolunun əyani təsdiqidir. Beynəlxalq birlik respublikamızın hər cəhətdən müsbət reallıqlarını təqdirlə qarşılayır və müxtəlif istiqamətlərdə qazanılan milli təcrübənin dünyanın digər regionlarında da yayılmasına nail olmaq istəyir.
Bu mənada dünya ictimaiyyətinin WUF13-dən gözləntiləri böyükdür. Respublikamızda şəhərsalmanın qədim tarixi var. Ölkəmiz ənənələri davam etdirməklə həmçinin Qarabağ və Şərqi Zəngəzurun timsalında müasir yanaşmalar əsasında ərazilərin sıfırdan yenidən qurulmasında yaxşı təcrübə qazanıb. WUF13 çərçivəsində bütün bunları bölüşmək imkanı yaranacaq.
WUF13-ün aktual gündəliyi
BMT tərəfindən 2001-ci ildə təsis edilən Ümumdünya Şəhərsalma Forumu sürətli urbanizasiya nəticəsində şəhərlərdə yaranan çağırış və problemlərin müzakirəsi məqsədilə keçirilir. Forumun əsas koordinatoru BMT-nin Məskunlaşma Proqramıdır (UN-Habitat). İki ildən bir təşkil olunan forumda həmin dövr üçün aktual hesab edilən məsələlər müzakirəyə çıxarılır. WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Substantiv Məzmun üzrə şöbə müdiri Cəmilə İsmayılzadə bildirib ki, ölkəmizin ev sahibliyi ilə təşkil olunan WUF13 üçün aktual gündəlik müəyyənləşdirilib. Belə ki. Forumun əsas mövzusu “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri”dir. Mövzu əsasən mənzil təminatı ilə bağlı problemləri əhatə edir. Qurum rəsmisinin sözlərinə görə, hazırda dünyada 3 milyarda yaxın insan mənzil təminatında çətinliklə üzləşir, 1 milyarddan çox insan qeyri-formal yaşayış məntəqələrində və gecəqondularda yaşayır. Eyni zamanda, münaqişələr, böhranlar və təbii fəlakətlər nəticəsində öz evlərini itirənlərin sayı artır. Bu kimi problemlər şəhərlərdə təhlükəsizlik, iqtisadi sabitlik və sağlamlıq məsələlərini risk altında qoyur. Məhz buna görə də şəhərsalma üzrə qərarverici şəxslər, ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri bu məsələləri müzakirə etmək üçün Bakıda toplaşacaqlar.
WUF13-ün digər forumlardan əsas fərqi onun açıq və inklüziv xarakter daşımasıdır. Forumda dövlət nümayəndələri ilə yanaşı, vətəndaş cəmiyyəti təşkilatları, biznes nümayəndələri və akademik dairələri təmsil edən ekspertlər iştirak edə biləcəklər. Tərəfdaş tədbirləri adlanan kateqoriya üzrə təşkil ediləcək 350-dən çox tədbirin təşkilatçıları da məhz həmin sektorları təmsil edən qurumlardır. Bu isə tərəfdaşların tədbirin məzmununun formalaşdırılmasında birbaşa iştirak etməsi deməkdir. Forum çərçivəsində keçiriləcək assambleya və dəyirmi masalar müxtəlif maraq qruplarını əhatə edəcək. Qadınlar, gənclər, əlilliyi olan şəxslər, biznes nümayəndələri və peşəkar birliklər üçün ayrıca platformalar yaradılacaq. Bu sessiyalar həmin qrupların problemlərini və təkliflərini beynəlxalq səviyyədə səsləndirməsinə imkan verəcək. “Azərbaycan burada həqiqətən mühüm rol oynayır. İlk növbədə, Azərbaycan həm regional, həm də qlobal tərəfdaşları bir araya gətirir. İlk dəfə olaraq Bakıda Liderlər Sammiti keçiriləcək və burada yüksəksəviyyəli iştirakın təmin olunması bizim üçün strateji əhəmiyyət daşıyır. Biz yaxın zamanda Şərqi Avropaya və Mərkəzi Asiyaya həsr olunmuş yeni UN-Habitat ofisi açmışıq və bu ofis İstanbulda yerləşir. Buna görə də regiondakı tərəfdaşlıqlarımızın gücləndirilməsi bizim üçün strateji baxımdan vacibdir. Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun hazırlıq prosesində çox yaxşı həmsədr və tərəfdaş olub. Eyni zamanda, Forumun Bakıda keçirilməsi və iştirakçıların Azərbaycanın gözəl paytaxtında qəbul olunması bu mühüm konfransa xüsusi dəyər qatır”, - deyə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bildirib.
Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən yanaşmalar müasir urbanistik prinsiplərə əsaslanır
Hazırda dünyanın ayrı-ayrı regionları amansız müharibələrin fəsadları ilə üz-üzədir. Qəzzada bütöv şəhərlər, kəndlər tamamilə dağıdılıb, minlərlə insan evsiz-eşiksiz qalıb. Ukraynada, İranda, Livanda oxşar vəziyyət hökm sürür. Aydın məsələdir ki, bütün müharibələr nə vaxtsa sülhlə yekunlaşır. Müharibə səhifəsi bağlandıqdan sonra isə ərazilərin bərpası, zəruri infrastruktur yaradılması və qaçqınların geri qaytarılması mərhələsi başlayır. Bu sahədə Azərbaycanın təcrübəsi unikaldır. Təxminən 30 il ərzində işğal faktından əziyyət çəkən respublikamız ərazi bütövlüyünü və suverenliyini sırf öz gücü ilə təmin etməyə nail olub. Çoxları elə güman edirdilər ki, müharibədən çıxan Azərbaycan güc, resurs itirib. Buna görə də işğaldan azad edilmiş ərazilərin bərpası posesi uzun müddət təxirə salınacaq. Ancaq belə olmadı. Azərbaycan dövləti və xalqı doğma torpaqlara bağlılığının təsdiqi olaraq işğaldan azad olunmuş ərazilərin bərpasına müharibə başa çatandan dərhal sonra başladı. O cümlədən “Böyük Qayıdış” proqramının reallaşdırılması ölkənin beş milli prioritetindən biri kimi müəyyənləşdirildi.
Aradan cəmi beş il ötəndən sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə reallaşdırdığı bərpa modelini fəxrlə təqdim etmək mümkündür. Bu model dayanıqlılıq, ərazi reinteqrasiyası və insanyönümlü inkişaf prinsiplərinə əsaslanır. Qarabağ və Şərqi Zəngəzurdakı şəhər və kənd icmaları üçün kompleks Baş planlar hazırlanıb və həyata keçirilir. Bu planlar sadəcə texniki sənədlər deyil - həyatların yenidən qurulması üçün yol xəritəsidir. Regionun ümumi planlaşdırılması başa çatıb. 13,6 min kvadratkilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur. Bütövlükdə, Ermənistanın işğal etdiyi və otuz il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir. “Böyük Qayıdış”a dair I Dövlət Proqramına müvafiq qaydada “yaşıl enerji” zonası elan edilmiş bu ərazilərdə 2020-2025-ci illərdə - dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən qısa bir müddətdə - 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanıb və quruculuq işlərinə başlanıb.
Qalib Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin bərpası və məskunlaşdırılması sahəsində qazandığı təcrübə dünya üçün unikal nümunədir və biz təcrübəmizi bölüşməyə hazırıq. Bu baxımdan WUF13 genişş imkanlar yaradacaq. Cəmilə İsmayılzadə bildirib ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən layihələrin, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının təqdimatı da bizim qarşımızda duran əsas prioritetlərdən biri olacaq. Həmin ərazilərdə həyata keçirilən layihələr şəhərsalma sahəsində mühüm təcrübə hesab olunur. Çünki burada tətbiq edilən yanaşmalar həm bir-birindən fərqlənir, həm də müasir urbanistik prinsiplərə əsaslanır. Bəzi ərazilərdə tam dağıdılan yaşayış məntəqələrinin yenidən qurulması, bəzi bölgələrdə isə mədəni irsin qorunması ilə paralel bərpa işlərinin aparılması fərqli yanaşmaların tətbiqini tələb edib. Azərbaycan bu istiqamətdə uğurlu təcrübə formalaşdırıb. Eyni zamanda, ağıllı və yaşıl texnologiyaların tətbiqi, ekoloji tikinti metodlarından istifadə də diqqətçəkən yeniliklər sırasındadır. Bu təcrübələrin təqdimatı bir neçə istiqamətdə həyata keçiriləcək. “Böhrandan sonrakı bərpa və quruculuq proseslərində mənzil təminatı” mövzusunda keçiriləcək dialoqda Azərbaycan hökuməti iştirak edəcək. Bununla yanaşı, Azərbaycan pavilyonunda işğaldan azad olunan ərazilərə xüsusi bölmə ayrılacaq və həyata keçirilən layihələr nümayiş etdiriləcək. “Təcrübə mərkəzi” platformasında isə həmin bölgələrdə həyata keçirilən uğurlu təcrübələr paylaşılacaq. Beləliklə, Azərbaycan işğaldan azad olunan ərazilərdə formalaşdırdığı şəhərsalma təcrübəsini beynəlxalq ictimaiyyətə geniş şəkildə təqdim edəcək.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

