uniRank dünya universitetlərinin reytinqi: UNEC ölkə birincisidir
04.04.2017 [08:57]
UNEC 2016-cı ildə dünya universitetlərinin nüfuzlu reytinqi olan QS tərəfindən İnkişafetməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə 4-cü ən yaxşı iqtisadyönümlü universitet seçildikdən sonra, bu il dünya universitetlərinin reytinqində daha bir uğura imza atıb. Belə ki, dünya universitetlərinin veb populyarlığını müəyyən edən uniRank reytinqinin 2017-ci ilin son nəticələrinə görə UNEC ölkə birincisi olub. Reytinq qiymətləndirilməsinə əsasən, universitet internet resursları üzrə ölkənin ən yaxşı və ən populyar ali məktəbi seçilib.
uniRank reytinqində UNEC-in tarixi, tələbə və müəllim sayı, təqdim olunan təhsil, kitabxana, idman, mübadilə imkanları, həmçinin qəbul olunma faizi və s. barədə məlumat da əks olunub. Qiymətləndirmədə əsas meyarlardan biri veb-saytın zənginliyi və daha çox istifadəçiyə çatdırılmasıdır.
Qeyd edək ki, UNEC dünya üzrə reytinqə cəlb olunan 12358 universitet və kollec arasında 3318-ci olub. Siyahıya Massaçusets Texnologiya İnstitutu liderlik edir.
uniRank haqqında: 2005-ci ilin may ayından etibarən ildə iki dəfə - yanvar və iyul aylarında nəşr olunan uniRank dünya üzrə akkreditasiya olunan ali təhsil müəssisələrinin veb populyarlığı üzrə təhlilini ehtiva edən beynəlxalq ali təhsil direktoriyası və axtarış sistemidir. uniRank reytinqinin hədəfi dünya universitetləri və kolleclərinin veb-səhifələrinin populyarlığını əks etdirməkdir. Bu, əcnəbi tələbələrə və akademik heyətə hər hansı ölkə daxilində universitet və kollecin nə dərəcədə populyar olması barədə məlumat əldə etməyə imkan verir.
Reytinq 4 veb mənbədən alınan 5 müstəqil veb ölçmələrə əsaslanan alqoritm üzrə aparılır. uniRank-in komponentləri olaraq MozDomainAuthority, AlexaGlobalRank, SimilarWebGlobalRank, MajesticRefferingDomains, MajesticTrustFlow götürülür və ümumilkdə universitetin saytının əhəmiyyəti, onun baxılma genişliyi, daxilolmaların və istinadların sayı, eləcə də fərdi kompüter və mobil vasitələrdən olan “unikal” daxilolmaları ölçür. SimilarWebGlobalRank 2017-ci ildən daxil edilib və məhz belə “unikal” daxilolmaların sayını əhatə edir.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

