Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyə XİN: Qlobal Sumud Donanmasının iştirakçıları Türkiyəyə gətiriləcəklər

Türkiyə XİN: Qlobal Sumud Donanmasının iştirakçıları Türkiyəyə gətiriləcəklər

21.05.2026 [14:17]

İsrail qüvvələri tərəfindən saxlanılan Qlobal Sumud Donanmasının iştirakçıları Türkiyəyə gətiriləcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.

Məlumata əsasən, bu məqsədlə bu gün İsrailin Ramon hava limanına üç təyyarə reysi təşkil olunur. Təyyarələrin ümumi sərnişin tutumu 400 nəfərdən çoxdur. Təxliyə olunmaq istəyən donanma iştirakçılarının hamısının Türkiyəyə gətirilməsi mümkün olacaq. Xüsusi səfərləri icra edəcək bu təyyarələrin bu gün axşam saatlarında İstanbul hava limanına enməsi planlaşdırılır.

Qeyd edək ki, İstanbula gətiriləcək fəallar arasında Türkiyə ilə yanaşı, digər ölkə vətəndaşları da var.

Paylaş:
Baxılıb: 267 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30