WUF13-ün unudulmaz mirası - Azad Şuşanın 10-cu qardaş şəhəri
21.05.2026 [12:11]
BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusunda keçirilən Ümumdünya Şəhərsalma forumunun 13-cü sessiyası (WUF13) dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini və icmalarını, mütəxəssisləri bir araya gətirərək müasir çağırışlar fonunda şəhərlərin dayanıqlı inkişafı ilə bağlı aktual məsələlərin müzakirələrinə, qabaqcıl təcrübələrin bölüşdürülməsinə imkan yaradıb.
Dünyanın 182 ölkəsindən 45 mindən artıq nümayəndənin qatıldığı tədbirdə WUF tarixinə düşən bir sıra əlamətdar hadisələr baş verib, rekordlara imza atılıb. Bunlardan biri də forum çərçivəsndə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə Türkiyənin Trabzon şəhərlərinin qardaşlaşmasıdır.
Dost ölkələrin Şuşaya xüsusi rəğbəti
Şəhərlərin qardaşlaşması dünyada yaranan ən gözəl ənənələrdən biridir. Bu, həm ölkələr arasında siyasi bağların, qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə, həm də fərqli mədəniyyətlərin təbliğinə, onların bir-birinə yaxınlaşmasına töhfə verir. Şuşa Azərbaycan üçün adi bir yaşayış məntəqəsi deyil. Əsası 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulan Şuşa Qarabağın tacıdır. Lakin bu şəhərin əvəzsiz dəyəri yalnız önun coğrafi yerləşməsində, təbii gözəlliyində, uca dağlar qoynunda buludlarla baş-başa verərək möcüzəvi bir səma-məkan vəhdəti yaratmasında deyil. Onun xalqımız üçün böyük mənəvi dəyəri var. Şuşa tarixən Azərbaycan şəhəri kimi inkişaf edib və burada onilliklər boyunca zəngin mədəniyyətimizin çox gözəl nümunələri yaranıb. Şuşa qalası, buradakı çoxsaylı abidələr tariximizin daş möhürləridir. Ölkəmizi bütün dünyada tanıdan muğam ustadlarının, xanəndələrin sıraları kifayət qədər geniş olan pleyadası məhz Şuşada yetişib.
Şuşa eyni zamanda Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı parlaq Qələbənin simvoludur. Erməni hərbi birləşmələri 1992-ci il 8 may tarixində Şuşanı zəbt etdilər. Amansız dağıntılarla müşayiət olunan bu işğal 28 il davam edib. 2020-ci il noyabrın 8-də Şuşanın Azərbaycanın xüsusi təyinatlı qüvvələri tərəfindən azad edilməsi ilə 44 günlük müharibənin taleyi böyük həcmdə həll olundu. Bundan sonra düşmən müqavimət göstərməyin mənasız olduğunu anlayaraq onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli bəyanatı imzalamaq məcburiyyətində qaldı. Beləliklə də, Azərbaycan ərazi bütövlüyünü, daha sonra isə suverenliyini hərbi-siyasi yolla təmin etmiş oldu. Şanlı zəfərlərimiz tarixdə əbədi qalacaq.
Postmüharibə dövründə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xüsusi qayğısı sayəsində Şuşa həm fiziki olaraq bərpa edilir, şəhərin qədimliyi, tarixililiyi qorunmaqla yeni siması formalaşdırılır, həm də onun mədəniyyət ənənələri dirçəldilir, erməni vandalizminə məruz qalmış tarixi abidələrinə ikinci həyat verilir. Artıq burada Heydər Əliyev Fondunun dəstəyi ilə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri ənənəvi qaydada keçirilir.
Şuşaya həmçinin bütün türk və İslam coğrafiyasında böyük maraq var. Xatırladaq ki, postmüharibə dövründə Şuşa həm türk, həm də İslam dünyasının mədəniyyət paytaxtı elan olunub və buurada çoxsaylı qonaqların iştirakı ilə rəngarəng tədbirlər keçirilib.
Dost ölkələrin ayrı-ayrı şəhərlərinin Şuşa ilə qardaşlaşması da Azərbaycan diplomatiyasının böyük uğurudur. İkinci Qarabağ müharibəsindən əvvəl - 2013-cü il may ayının 8-də Şuşa ilə Macarıstanın Dyöndyöş şəhəri arasında qardaşlaşma sənədinin imzalanması böyük rəmzi məna daşıyırdı. Bu, həm də tarixi şəhərimizin, ərazilərimizin işğaldan azad ediləcəyinə sarsılmaz inamın ifadəsi idi.
Postmüharibə dövründə isə Şuşa ilə Türkiyənin Ərzurum və Kayseri, Tacikistanın İsfara, Cənubi Koreyanın Andon, Qazaxıstanın Türküstan, Özbəkistanın Xivə, Bolqarıstanın Veliko Tırnovo, Serbiyanın Novi Pazar, Macarıstanın Veszprem şəhərləri arasında qardaşlaşmaya aid sənədlər imzalanıb. WUF13 çərçivəsində Şuşa ilə Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandumu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin başçısı Ahmet Metin Genç imzalayıblar. Bununla da postmüharibə dövründə Şuşa ilə qardaşlaşan şəhərlərin sayı 10-a çatıb.
Parlamentdə şəhərsalma müzakirələri
Yuxarıdakı siyahıdan da məlum olduğu kimi, postmüharibə dövründə Şuşa ilə qardaşlaşan 10 şəhərdən üçü Türkiyəni təmsil edir. Bu Azərbaycanla Türkiyənin zirvədə olan dostluğunun, qardaşlığının daha bir əlamətidir. Yeri gəlmişkən, Türkiyədən olan parlamentarilər də WUF13 tədbirində fəal şəkildə iştirak ediblər. Bu günlərdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Türkiyə Böyük Millət Məclisinin (TBMM) İctimai işlər, şəhərsalma, nəqliyyat və turizm komitəsinin sədri Adil Karaismailoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının qlobal urbanizasiya gündəliyi baxımından əhəmiyyəti, Azərbaycan və Türkiyənin şəhərsalma və yenidənqurma təcrübəsi, bu sahədə parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə edilib.
Qeyd olunub ki, WUF13 Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində artan nüfuzunun növbəti təsdiqidir. Diqqətə çatdırılıb ki, Azərbaycan şəhər və kəndlərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması, dayanıqlı infrastrukturun yaradılması və təhlükəsiz yaşayış mühitinin formalaşdırılması istiqamətində mühüm təcrübə əldə edib. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri, həmçinin müasir baş planlar əsasında aparılan yenidənqurma işləri beynəlxalq urban inkişafı baxımından nümunəvi təcrübə kimi qiymətləndirilir.
Görüşdə TBMM-in İctimai işlər, şəhərsalma, nəqliyyat və turizm komitəsinin sədri Adil Karaismailoğlu WUF13-ün yüksək səviyyədə təşkil olunduğunu bildirib. O, forumun şəhərsalma, infrastruktur və dayanıqlı inkişafla bağlı müasir çağırışların müzakirəsi üçün mühüm platforma olduğunu vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03

