Sülh yaxınlaşırmı?
03.03.2023 [10:01]
İrəvan “yola” gəlir
Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində davam edən proses nəticəyə yaxınlaşır. İki ilə yaxındır özünün qeyri-konstruktiv mövqeyi ilə regionda sülhün və təhlükəsizliyin təmin olunmasına maneçilik törədən, 10 noyabr Bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan artıq sülh anonsları səsləndirir. Bu isə o deməkdir ki, rəsmi İrəvan artıq Azərbaycanın regionda yaratdığı yeni siyasi-iqtisadi reallıqları qəbul edir. Bu siyasi-iqtisadi reallıqlar özündə sülhü və əməkdaşlığı aktuallaşdırır ki, belə bir iqtisadi platforma indiki zamanda Ermənistan üçün hava-su kimi lazımlıdır. Sosial problemlərin əsirinə çevrilmiş bu ölkə Azərbaycanın ona tanıdığı imkandan maksimum bəhrələnməli, özünün yeni inkişaf mərhələsini formalaşdırmalıdır.
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışında bildirib ki, İrəvan sülh sazişi layihəsi ilə və sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyanın işinin reqlamenti ilə bağlı Bakıya verdiyi təklifə cavab gözləyir. O, sülh sazişinin mətni ilə bağlı təklifin fevralda Azərbaycan tərəfinə verildiyini və bu günə qədər cavab alınmadığını vurğulayıb. Baş nazir cavabın hazırlanmasının zaman tələb etməsi səbəbi ilə bunu normal saydığını deyib. “Razılaşma üzərində iş davam edir və bu iş şəxsi görüşlərdən ayrı şəkildə aparılır”, - Paşinyan qeyd edib.
Onun sözlərinə görə, lazım olan sənədlər hazırlanır və bunun üçün şəxsi danışıqlar lazım deyil. Paşinyan qeyd edib ki, yaxınlarda İrəvan delimitasiya üzrə işçi qrupun işinin reqlamenti layihəsini təqdim edib və cavab gözləyir. “Regional kommunikasiyaların açılması və sərhəddə təhlükəsizliyin təmin edilməsi ilə bağlı təklif qüvvədə qalır”, - baş nazir əlavə edib.
Bəlli olduğu kimi, Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasında kommunikasiya əlaqələrinin yaradılması ilə bağlı müddəa 10 noyabr üçtərəfli bəyanatında da yer alır. Bu mənada, Paşinyanın regional kommunikasiyaların açılması məsələsinin aktuallıq daşıdığını deməsi Ermənistanın gec də olsa öhdəliyini yerinə yetirəcəyini düşünməsi kimi anlaşılmalıdır. Başqa sözlə, Azərbaycan tərəfindən sülh müqaviləsinin imzalanması üçün irəli sürülən təməl şərtlər arasında da yer alan bu məqam rəsmi İrəvan tərəfindən etiraf edilir. Qeyd edək ki, bir neçə gün öncə Bakıda səfərdə olan Rusiyanın XİN rəhbəri Sergey Lavrov da bu məsələyə toxunmuşdu və o ümid etdiyini bildirmişdi ki, Rusiya, Ermənistan və Azərbaycanın baş nazirlərinin müavinləri tezliklə Azərbaycanla Naxçıvan arasında dəmir yolu əlaqəsi ilə bağlı konkret razılaşmalar əldə edə biləcəklər. Rusiyalı nazir hətta tezliklə müvafiq üçtərəfli işçi qrupun həmsədrlərinin bu məsələ ilə bağlı razılığa gələ bilmə ehtimalını da dilə gətirmişdi.
Ermənistanın iki ilə yaxındır ki, açılmasına mane olduğu Zəngəzur dəhlizi dünyanın yeni iqtisadi aortasına çevrilə biləcək potensiala malikdir. Bunu dərk edən, lakin öz boş iddialarından vaz keçməyən ermənilər uzun müddət ciddi cəhdlə bu layihənin reallaşmasına əngəl yaratmağa çalışdılar. Hətta bu dəhlizin istifadəyə verilməsinin Ermənistanın yaşaması üçün tək qarant olduğunu bildirən erməni siyasətçiləri belə öz ölkəsində linc edilirdilər. İndiki halda Ermənistan rəhbərliyinin reallığı qavraması, kommunikasiya məsələsinə yenidən qayıtması pozitiv qəbul edilə bilər.
Delimitasiya və demarkasiya prosesinə gəldikdə isə, burada da məsələ artıq demək olar ki, aydınlığa qovuşub. Sərhədlərin müəyyənləşdirilməsi prosesinin də hansı istiqamətdə inkişaf edəcəyi demək olar ki, müəyyənləşib. Nəzərə alsaq ki, Ermənistan ötən il həm Praqa görüşü çərçivəsində, həm də sonuncu Soçi görüşündə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, demək ki, bununla bağlı da razılaşmanın son mərhələdə olduğunu demək mümkündür. Bir sözlə, prosesin inkişafı tərəfləri sülhə daha da yaxınlaşdırır.
SADİQ
Xəbər lenti
Hamısına baxGündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16

