Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Üçüncü işğalın 31-ci ilində...

Üçüncü işğalın 31-ci ilində...

05.08.2022 [10:11]

Biz Nüvədiyə qayıtmaq istəyirik - Beynəlxalq təşkilatlardan cavab gözləyirik

Əvvəli ötən sayımızda...

Azərbaycanın qədim, əzəli torpağı Zəngəzur bu günlərdə gündəmin ən çox müzakirə olunan mövzularından biridir. Dövlətimizin Zəngəzur dəhlizi ilə bağlı apardığı danışıqlar və bu istiqamətdə görülən işlər ictimaiyyətin diqqətini Zəngəzura yönəldib. Bu yaxınlarda Zəngəzurun qeyrət qalası Nüvədi kəndinin Ermənistan tərəfindən üçüncü işğalının 31-ci ili də tamam olur. Bu münasibətlə əslən Zəngəzurun Nüvədi kəndindən olan müsahibimiz professor İsmayıl Əliyev də tarixi bölgəmiz və doğma yurdu haqqında “Yeni Azərbaycan”a danışıb.

Günel ABBAS

- Nüvədi həm də ziyalılar kəndi olub deyirlər...

- Bəli, nüvədililər bu kənddən çıxmış alimləri, müəllimləri, həkimləri, aqronomları və s. ziyalıları ilə fəxr edirlər. Nüvədi kəndində fəaliyyət göstərən ilk mədrəsənin əsası 1875-ci ildə kəndin maarifpərvər sakini MirMahmud ağa tərəfindən qoyulub. Hələ o dövrdə Nüvədinin qabaqcıl düşüncəli insanları kənddə maarifi yüksəltməklə camaatın savadlanması qayğısına qalır, çox çətinliklə də olsa, öz məqsədlərinə nail olurdular. Nüvədi kəndi ümummilli lider Heydər Əliyevin təbirincə desək, yalnız dəyanətli insanları ilə deyil, yetişdirdiyi alimləri ilə də məşhurdur. Nüvədi kənd məktəbini bitirən məzunlardan iki akademik, 9 nəfər elmlər doktoru, yüz nəfərə yaxın elmlər namizədinin yetişməsinin bünövrəsi məhz Nüvədi kəndinin müəllimlərinin vətənpərvərliyi, ciddiliyi, tələbkarlığı və qayğısı nəticəsində qoyulub.    

- İsmayıl müəllim, yəqin ki,  Zəngəzur, Nüvədi üçün darıxırsınız. O yerlərə qayıtmaqla bağlı nə düşünürsünüz?

- Nüvədililər gələcəyə inamla baxır, öz doğma dədə-baba yurdlarına qayıdacağı günü səbirsizliklə gözləyirlər. Nüvədililər inanırlar ki, Ali Baş Komandan İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində yenə də öz doğma torpaqlarına qayıdacaq və əbədi yaşayacaqlar. Nüvədililər təxribatın, o dövrdə Azərbaycandakı səriştəsiz rəhbərliyin, köməksizliyin qurbanı olub. Prezident İlham Əliyevin apardığı hərbi, siyasi, iqtisadi, ildırım sürətli yenidənqurma siyasətini bütün nüvədililər ürəkdən bəyənir, dəstəkləyir, dəmir yumruğun həmişə düşmənlərimizin, Azərbaycanı istəməyənlərin başı üzərində parlamasını Uca Tanrıdan arzu edir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində paylaşdığı “Qoy, Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” arzusu reallığa çevrilib. Ulu Tanrıdan arzumuz budur ki, bu reallıq nüvədililərə də qismət olsun! Çünki nüvədili publisist Füzuli müəllimin şeirində də dediyi kimi, ömrün gözəlliyi Nüvədidədir.

- Ulu Öndər qədim torpaqlarımız olan Zəngəzur mahalı və başqalarının Ermənistana verilməsinin Azərbaycana qarşı ədalətsizlik olduğunu demişdi. Bəs nüvədililər bu ədalətsizliyin bərpa edilməsi üçün həmin illərdən bu yana hansısa addımlar atıb?

- Prezident İlham Əliyev də 2014-cü il aprel ayının 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində bu məqamlara toxunmuşdu. Bildirmişdi ki, o vaxt xalqımıza qarşı ədalətsizlik də edilmiş, Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər. Qeyd etmişdi ki, Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır və vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq. Biz də buna tam əminliklə inanırıq.

Bu məsələdə tarixi faktlara da toxunmaq istərdim. 1849-cu ildə İrəvan quberniyası yaradılarkən Meğri sahəsi Nüvədi kəndi də daxil olmaqla quberniyanın tərkibinə daxil edilən Ordubad qəzasına verilmişdi. Amma mərkəzlə məsafə uzaq olduğuna görə sonra Zəngəzur qəzasına verilmişdi. Gəncə quberniyasının  Zəngəzur qəzası 1920-ci ildə Ermənistana veriləndən sonra Zəngilan rayonunun sərhədində yerləşən Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Cəbrayıl qəzasına tabe olmuş, Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası fəhlə, kəndli, qızıl ordu və matros deputatları sovetlərinin Mərkəzi Komitəsi Rəyasət Heyətinin 18 fevral 1929-cu il tarixli iclasının qərarı ilə  Nüvədi, Ernəzir və Tuğut kəndləri öz torpaqları ilə Azərbaycan SSSR-nin Cəbrayıl qəzasından Ermənistan SSSR-in Mığrı qəzasının inzibati idarə edilməsinə verilmişdi. (3 №-li Protokol). Həmin sənədə 26 noyabr 1968-ci ildə Azərbaycan KP MK-nın Bürosunda baxılıb, Azərbaycan SSR Ali Sovetinin 7 may 1969-cu il tarixli fərmanı ilə “qanunlaşdırılıb”, Zəngilan rayonunun tərkibindən çıxarılıb. 1988-ci ilin fevralında Ermənistan SSR-dən azərbaycanlıların son deportasiyasına başlananda nüvədililər Azərbaycan Respublikası rəhbərliyi qarşısında bu fərmanın ləğv olunması barədə dəfələrlə məsələ qaldırıb, lakin istədiklərinə nail ola bilməyiblər.

Biz nüvədililər vaxtı ilə qanunsuz verilmiş bu fərmanın ləğvini  yenə də Azərbaycanın Milli Məclisindən xahiş edirik. 1990-cı illərdən başlayaraq nüvədililərin və şəxsən mənim bir ziyalı kimi tanıdığım Milli Məclisin əksər deputatlarına dəfələrlə mətbuat vasitəsi ilə, ərizə ilə, şifahi şəkildə müraciət etməyimizə baxmayaraq, nüvədililər arzularına 31 ildən çoxdur ki, çata  bilməyiblər.

- Nüvədidə Azərbaycana, azərbaycanlılara aid hansısa izlər varmı?

- Azərbaycan Respublikasının izləri son vaxtlara kimi kəndin möhür və ştamplarında da mühafizə olunub saxlanılırdı. Məktəbin möhür və ştampında “Azərbaycan Şura Cümhuriyyəti Cəbrayıl qəzası Zəngilan rayonunun Nüvədi kənd ibtidai məktəbi” ünvanı yazılıb. Ermənistanda sovet hakimiyyəti qurulana qədər nüvədililər hər hansı bir sənəd almaq və ya məhkəməlik işlə bağlı Cəbrayıl qəzasının mərkəzi olan Malakan şəhərinə gedirmişlər. Həmin Malakan şəhərinin adı Sovet dövründə dəyişdirilərək əvvəl Qara bulaq (Böyük bulaq), sonra Karyagin və daha sonra 1959-cu ildən isə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə Füzuli şəhəri adlandırılıb.

- Ermənilər o torpaqlarda haqq iddiası tələb etməklə yanaşı, həm də tarixi abidələrin özlərinə məxsus olduğunu deyirlər. Bu iddiaların əsassız olması ilə bağlı hansı sübutları nümunə göstərərdiniz?

- Meğri rayonunun Nüvədi kəndindəki Qarqar yazıları öz qədimliyi, mükəmməlliyi, ümumtürk tarixi üçün əhəmiyyəti ilə “Orxon-Yenisey” abidələrindən geridə qalmırdı. Nüvədi ərazisində yerləşən tarixi Sultan-Səlmə istehkamını, o cümlədən Baba Hacı müqəddəs ziyarətgahını da tədqiqatçılar Babəkin adı ilə əlaqələndirirlər.        

Amma indi tarixə Fateh sərkərdə kimi düşəcək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ildən artıq işğal altında olan torpaqlarımız azad olduqdan sonra ermənilər dünyaya səs salıb yalvararaq öz tarixi abidələrinin qorunmasını xahiş edirlər. Onlar yenə də başa düşmək istəmirlər ki, cəmi 200 ilə yaxın yaşadıqları qədim Azərbaycan ərazilərində onların nə tarixi abidələri ola bilər? Əgər varsa belə, o da onların saxtalaşdırdığı qədim Alban məbədləridir. Ermənilər yenə də unudurlar ki, onlardan fərqli olaraq azərbaycanlıların tarixi beş min il əvvələ gedib çıxır. Ermənilər yenə də bilmək istəmirlər ki, Azərbaycan tolerant xalqdır. Onlardan fərqli olaraq 30 ildə işğal etdikləri Azərbaycan ərazilərində daşı-daş üstündə qoymasalar belə, Azərbaycan xalqına bir trilyon 300 milyard ABŞ dollarından çox zərər vursalar da, dini abidələrimizi, məscidlərimizi təhqir edib heyvanlar saxlasalar da, qaçarkən dağıtsalar da, körpülərimizi partlatsalar da, Azərbaycan xalqı Bakı şəhərində, hətta onların kilsələrini, kilsədə saxlanılan 5 mindən artıq kitabı qoruyur.

- Amma dünya birliyi bu məsələlərə bizim qədər humanist və ədalətli yanaşmır...

- Dünya birliyi ermənilərin qayıdıb Qarabağın dağlıq hissəsində yaşamasına canfəşanlıq edirlər. Görəsən, onları son 115 ilə, indi Ermənistan adlanan əzəli yurdumuzdan qovulan milyondan artıq soydaşımızın, o cümlədən 1988-1993-cü illərdə Ermənistandan qovulmuş 250 mindən çox azərbaycanlının - indi 400 mindən çox (Qarabağda yaşayan 20 min ermənidən 20 dəfə çox olan) azərbaycanlıların taleyi niyə maraqlandırmır? Biz də əzəli torpaqlarımıza nəyin bahasına olursa-olsun qayıtmaq istəyirik!

Nüvədi kəndinin sakinləri dünya birliyinə müraciət edərək doğma torpaqlara qayıtmaq hüququnun təmin olunmasını istəyir. 452 ailənin hər birinin imzaları müvafiq sübutlarla 55 vərəqdə təqdim olunub. Müraciət BMT Baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasının rəhbərinə, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarına, İslam Əməkdaşlıq Təşkilatının rəhbərinə, ATƏT-in hazırkı sədrinə, Avropa Şurasının Baş Katibinə, Avropa Şurası Parlament Assambleyasının Prezidentinə, UNESCO-nun baş direktoruna və İSESCO-nun rəhbərinə ünvanlanıb. Bu gün dünyada 7 min 104 millətin yaşadığı 220-yə qədər dövlət vardır. Biz qloballaşan, inteqrasiya olunan bütün sərhədlərin açıq olmalı olduğu bir dünyada yaşayırıq və tezliklə Nüvədi kəndinə qayıtmaq istəyirik. Yuxarıda adıçəkilən mötəbər təşkilatlardan səbirsizliklə cavab və dəstək gözləyirik.

Paylaş:
Baxılıb: 118 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Xəbər lenti

94 il əvvəl...

13 Avqust 11:31

Ədəbiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

13 Avqust 10:25

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31