Bir əsr, 32 il...
02.02.2023 [11:00]
İstiqlal sözçüsünün əsərləri tədqiqatçılarını gözləyir
Aysu ABBASOVA
Azərbaycan tarixində xüsusi yer tutan görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin 132 yaşı tamam olur.
Ölkəsinin müstəqil dövlət kimi tanıdılmasında mühüm xidmətləri olan bu böyük ziyalının - yazıçı, jurnalist, tərcüməçi, etnoqraf, redaktor kimi Vətən və millət qarşısında gördüyü işlərə görə daima ehtiramla xatırlanmağa haqqı çatır. Milli mətbuat tariximizdə öz silinməz izlərini qoymuş Ceyhun Hacıbəylinin bir çox fikir və mülahizələri bu gün də dəyərini, aktuallığını saxlayır.
1891-ci ildə fevral ayının 3-də Şuşada anadan olmuş C. Hacıbəyli ilk təhsilini də elə Şuşada, Haşım bəy Vəzirovun müdir olduğu məktəbdə alıb. Sonra təhsilini Bakıda real məktəbində davam etdirib. Orta təhsilin ardınca 1908-ci ildə xeyriyyəçi Murtuza Muxtarovun maddi dəstəyi ilə Peterburq universitetinin hüquq fakültəsinə qəbul olunub. Daha sonra o, Fransaya gedib, Sorbonna universitetində və Ali Politexnik Elmlər Məktəbində təhsilini davam etdirib.
O, Əli bəy Hüseynzadənin müdir olduğu “Səadət” məktəbində dərs deyib. 15 avqust 1906-cı ildə Bakıda təşkil olunan Müəllimlərin birinci qurultayının keçirilməsində fəal iştirak edib. Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun qardaşı olan Ceyhun bəy Şərqdə ilk operanın yaranış günü - 1908-ci il yanvarın 12-də Hacı Zeynalabdin Tağıyevin teatrında “Leyli və Məcnun” operasının səhnəyə qoyulmasında da əmək sərf edərək, bu tarixi işə yaxından yardımçı olub. O, həmin tamaşada İbn Səlam və Nofəl rollarını oynamış, əsərin uğurlu alınması üçün bütün bacarığını əsirgəməmişdi.
1909-cu ildə böyük rus yazıçısı İvan Turgenevin “Pulsuzluq” komediyasını tərcümə edərək Azərbaycan oxucusuna çatdıran C.Hacıbəyli 1910-cu ildə, “Hacı Kərim” povestini yazır və 1911-ci ildə kitab şəklində çap etdirir. Ali təhsilini bitirib Azərbaycana qayıtdıqdan sonra, Ceyhun bəy müxtəlif qəzetlərdə azərbaycanca və rusca çoxsaylı məqalələrlə çıxışlar etmişdi. Xalq Cümhuriyyəti qurulana qədər “Kaspi”, “Proqres”, “Baku”, “İrşad” və başqa qəzetlərlə əməkdaşlıq edərək, yüzlərlə publisistik məqalə, hekayə dərc etdirmiş, həm də həmin dövrdə “İzvestiya”, “İttihad” qəzetlərinin redaktoru olmuşdu.
Mətbuatdakı fəallığının nəticəsidir ki, Xalq Cümhuriyyəti qurulanda dövlətin əsas qəzeti, mətbu orqanı - “Azərbaycan” qəzetinin redaktorluğu ona etibar edildi. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi Elmi Məlumat kitabxanasında saxlanılan “Azərbaycan” qəzeti nüsxələrinin 7 oktyabr 1918-ci ildən 16 yanvar 1919-cu ilədək dövründəki saylarında Ceyhun bəyin aparıcı fəaliyyətini aşkar surətdə görmək mümkündür.
Adını Azərbaycanın azadlıq tarixinə qürurla yazdıran Ceyhun Hacıbəyli mühacirətdə yaşadığı ömrünün son gününədək əqidə və amalından dönməmiş, Sovet imperiyası ilə ideoloji mübarizə aparmış, ölkəsinin müstəqilliyi uğrunda bacarığını əsirgəməmişdi. Azərbaycanın istiqlalı naminə daima mühacirləri bir bayraq altında toplaşmağa, birləşməyə səsləmiş, hər cür qruplaşmaya qarşı olduğunu bildirmişdi.
Ceyhun Hacıbəyli 22 oktyabr 1962-ci ildə Parisdə vəfat edib və burada Sen-Klu məzarlığında dəfn olunub. O, nə vaxtsa Azərbaycanın yenidən istiqlala qovuşacağına inanırdı. Xalqımız müstəqilliyi əldə edən kimi bu yolda ömürlərini fəda etmiş bir çox oğulları kimi, onun da xatirəsini əbədiləşdirmək üçün paytaxtın mərkəzi hissəsinin küçələrindən birinə Ceyhun Hacıbəylinin adı verilib. Haqqında sənədli film çəkilib. Amma onun rus və fransız dillərində xeyli məqalələri, əsərləri var ki, araşdırılması, tərcüməsi, çap edilməsi üçün hələ də öz tədqiqatçısını, naşirini gözləməkdədir. İnanırıq ki, böyük ziyalımızın işıqlı xatirəsi daima uca tutulduğu kimi, ədəbi irsi də qədirbilənlərimiz tərəfindən daim qorunacaq, xatırlanacaq və gələcək nəsillərə layiqli səviyyədə ötürüləcək.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

