Əqidə əxlaqı olmayanlar...
19.02.2022 [00:06]
Bu gün tərifləyib şişirdikləri “canlı balon”lara sabah iynə batırmaq üçün birinci sırada dayanırlar
Nurlan QƏLƏNDƏRLİ
IX-X əsrlərdə yaşamış ərəb filosofu Fərabi yazırdı ki, əqidə insanın canı - mənəvi həyatıdır. 11 əsr keçməsinə baxmayaraq, bu fikir dəyərini saxlayır - aktuallığını qoruyur. Xüsusilə də, günümüzün ictimai-siyasi reallıqları fonunda...
Əlbəttə, hər bir fərd cəmiyyətdə tutduğu mövqedən - vəzifəsindən, statusundan, yaxud yaşından, cinsindən, milliyyətindən və s. asılı olmayaraq şəxsi keyfiyyətləri ilə fərqlənir, buna görə tanınır: mənfi və ya müsbət obrazda. Amma bir qisim insan var ki, belə demək mümkünsə, daha çox “gözə batır”, yəni göz önündə olur. Onlar müxtəlif sahələrdə tanınmış şəxslər, ictimai-siyasi personalar və bu qəbildən olan digərləridir. Belələrinin sözünə, hərəkətinə - davranışına daha çox diqqət yetirilir, fikir və əməlləri sıravi insanlardan daha artıq müzakirə olunur. Beləliklə, ictimai populyar şəxs kimi diqqət mərkəzində olurlar. Amma unutmaq olmaz ki, populyarlıq hələ nüfuzlu olmaq deyil. Necə deyərlər, hər məşhur şəxs prestij sahibi deyil. Uğura nail olmaq, dəstək qazanmaq olar, amma baxır necə - hansı yolla və hansı vasitələrdən istifadə etməklə. Nəhayət, şəxsin ömür yolu onun əqidəsini necə əks etdirir: o, əqidə adamıdır, yoxsa əqidəsizlik nümunəsi... Bax, bu əsas məsələdir.
Xüsusilə, siyasilərin, ictimai xadimlərin əqidə tərbiyəsi çox önəmli məsələdir. “Troya atı” funksiyasını icra edənlər kimlərdir? Təbii ki, bir gün o qapıda, növbəti gün bu qapıda “siyasi dilənçilik”lə məşğul olanlar, öz ambisiyalarına görə bir gün şərq, o biri gün qərb sahillərində lövbər salanlar. Fərqi yoxdur, onlar siyasətçidir, media adamı, vətəndaş cəmiyyəti nümayəndəsi, məmur, yaxud başqa biri.
Cəmiyyətimizdə belə şəxslərin sayı az deyil. Onlar nə qədər böyük iddialarla, ambisiyalarla çıxış etsələr də, niyyətləri cılızdır. Rəngləri siyasi şəraitə görə dəyişən konyuktura adamlarıdır - ictimai-siyasi buqələmundurlar. Bu gün tərifləyib şişirdikləri “canlı balon”lara sabah iynə batırmaq üçün birinci sırada dayanırlar. Könüllü xidmətçilərdir, təbii ki, təmənnalı və nəyinsə qarşılığında.
“Dünən başqa cür düşünürdüm, bu gün tamamilə fərqli fikirdəyəm” deyib əqidə dəyişənlərin sayı da yetərincədir. Onlar ilanın qabığını dəyişməsi kimi mövqe dəyişdirsələr də, reallığı - ictimai rəydə obrazlarını dəyişə bilməzlər. Özünü dünən “barışmaz tənqidçi” mövqeyində göstərən belələri bu gün “ən yaxın-sadiq dəstəkçi” imicini yaratmağa çalışırlar. Amma eyni xislətdə - fitrətdə qalaraq. Zahirən başqa görkəm nümayiş etdirməyə çalışsalar da, eyni daxili mahiyyətə malikdirlər. Yaxınlaşsalar da, yaxın ola bilmirlər. Mütəfəkkirlərdən biri deyib ki, müdriklik həm də əqidəsini dəyişənləri “diqqət”dən kənar qoymamaq, onları müəyyən məsafədə yaxına buraxmaqdır. Amma bu, əqidəsizlərə, mövqeyi ingilis bayrağı kimi “zirvələrdə dalğalanan”, bir gün xəzri, bir gün gilavar kimi əsənlərə, pafos rüzgarı əsdirənlərə inam və ya güvəndən irəli gəlmir. Sadəcə, özlərini “təsdiqləmələri” (ifşa etmələri), ictimai rəydə nəyin nə, kimin kim olduğunu nümayiş etdirmələri üçün bir şansdır.
Birini tərifləmək üçün böyükhəcmli mətnlər yazan və yayan bəziləri siyasi şərait dəyişdikdən sonra həmin mətndə ad-soyadı dəyişdirib başqa adamdan ağızdolusu danışırlar - mədhiyyə yazmaq istedadlarını nümayiş etdirirlər. Onlardan bunu istəyən və ya xahiş edən yoxdur. Sadəcə olaraq, “mövqe” ortaya qoyduqlarını düşünürlər, amma əqidədən söhbət gedə bilməz. Məqsədləri aydın və bəsitdir: şəraitdən faydalanaraq şəxsi maraqları təmin etmək - “nüfuz” (şan-şöhrət), gəlir və vəzifə əldə etmək.
Bəziləri isə vəzifədə və əllərində müəyyən səlahiyyətlər olmasına, yaxud hansısa ictimai statusu daşımasına baxmayaraq, bunu yetərsiz hesab edir, “daha çox, daha artıq” düşüncəsinin əsirliyindən xilas ola bilmir. Onlar həm də “mən də varam” prinsipi ilə lüzumsuz canfəşanlıq edərək “siyasi kapital” yığmağa çalışırlar ki, bəlkə, gələcəkdə lazım olar. Amma dərk etmirlər ki, bununla özləri tamamilə lazımsız fiqura çevrilir, dəyərləri dəyərsizləşdirirlər. Yenə də qeyd edirik, fərqi yoxdur - məmurdur, yoxsa ictimai-siyasi xadim, media, yaxud vətəndaş cəmiyyəti nümayəndəsi...
Fərdi portretini cızdığımız - ictimai obrazını yaratdığımız belələrindən müəyyən qədər fərqlənənlər, amma eyni xəstəlikdən (əqidə əxlaqsızlığından) daha şiddətli əziyyət çəkən başqa tip “sima”lar da var. Onlar, hətta ucuz populyarlıq və maddi təminat qarşılığında son nəticədə dövləti, ictimai maraqları və milli mənafeləri hədəfə alırlar. Bunu müxtəlif statuslarda edirlər: “araşdırmaçı-jurnalist”, “siyasi analitik”, “elm xadimi” və s. cildində. İnformasiya mühitinin genişləndiyi - internet resurslarının inkişaf etdiyi şəraitdə müxtəlif vasitələrdən istifadə edirlər. Virtual platformaya nəzər salmaq mənzərə ilə daha yaxşı və yaxından tanış olmağa imkan verir. Məsələn, müəyyən müddət diplomat kimi Azərbaycanın maraqlarını qorumaq öhdəliyi daşımış Arif Məmmədov adlı şəxsi peşə fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırıldıqdan sonra sosial şəbəkələrdə xalqımızın, dövlətimizin əleyhinə kampaniya aparmaqla məşğuldur. İki qardaş ölkə - bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasında nifaq toxumu səpməyə yönəlmiş çirkin təbliğat aparır, Ermənistanın təcavüzkar siyasətindən, təxribatlar törətməsindən heç vaxt danışmır, Avropa Parlamentində Azərbaycan əleyhinə “siyasi moizə” oxuyur və s. Yaxud bir zamanlar iqtidarın siyasətini təqdir edən, hökumətin ünvanına təriflər yağdıran Cəmil Həsənli “vəzifə davası” iflasa uğradıqdan sonra özünü “tənqidçi”, Azərbaycanın qatı düşməni elan edib. Okeanın o tayında lövbər salaraq “həftə səkkiz, mən doqquz” internet kanallarında Azərbaycan dövlətini hədəf alan “şok açıqlama”lar verməklə məşğuldur.
Belələri “unudurlar” ki, ictimai maraqlar, dövlət mənafeləri hər şeyin fövqündədir, necə deyərlər, siyasi müqəddəsdir - ona toxunmaq, təftiş etmək olmaz. Təftiş edilməli nəsnə varsa, bu da onların sağalmaz xəstəliyi - əqidəsizliyidir.
İnsan mövqeyini vəzifəsinə görə müəyyənləşdirə bilər, amma əqidəsini əsla! Adını çəkdiyimiz və çəkmək istəmədiyimiz şəxslər vəzifə və digər başqa arzuları baş tutmadığına görə birbaşa dövləti hədəf seçirlərsə, Azərbaycan əleyhinə kampaniya aparırlarsa, deməli, əqidə əxlaqı çatışmazlığından əziyyət çəkirlər. Və bu, xroniki - sağalmaz xəstəlikdir. Əqidəsi olmayan adam, sadəcə olaraq, mənəviyyatı formalaşmamış canlı orqanizmdir. O, hansı niyyətə - məqsədə xidmət etməsindən, hansı cəbhədə mövqe tutmasından asılı olmayaraq, sadiq, peşəkar və dürüst ola, fayda verə bilməz.
Xəbər lenti
Hamısına bax
İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21
