ABŞ Konqresi sülhə dəstəyi və Azərbaycanla əməkdaşlığı seçdi
20.09.2025 [10:34]
Erməni lobbisinin növbəti məğlubiyyəti...
Bu ilin avqustunda Vaşinqtonda keçirilən görüş, əldə olunan razılaşmalar, imzalanan Birgə Bəyannamə Ermənistan ilə Azərbaycan arasında sülhün daha da yaxınlaşmasına rəvac verib. Məhz Vaşinqtonda nümayiş olunan iradə sülh sənədinin imzalanmasının yaxın olduğuna böyük inam yaradır. Paralel olaraq regionda digər sülhyaradıcı amillərin - Zəngəzur dəhlizinin açılışı, Türkiyə - Ermənistan sərhəddinin açılmasının da öz həllini tapacağına ümid böyükdür. Bu isə özlüyündə prosesə beynəlxalq diqqəti cəlb edir. Vaşinqtonun yaxından iştirakı ilə baş tutan razılaşmalar böyük güc mərkəzləri tərəfindən regionda təhlükəsizliyin təmininin yüksək dəyərləndirilməsinə, bölgədə yeni reallıqların yaranmasına yol açır. Bu isə erməni lobbisinin maraqlarına cavab vermir - yaranan situasiya, xüsusilə Tramp adminstrasiyasının proesə verdiyi dəstək bu ölkədəki erməni lobbisini narahat edir. Bunun nəticəsidir ki, onlar Azərbaycana qarşı ənənəvi şər-böhtan və qarayaxma kampaniyasından əl çəkmək, ölkəmizə qarşı qərəzli mövqedən uzaqlaşmaq istəmirlər.
Erməni lobbisi və onların “himayəsində” olan bəzi siyasətçilər təxminən otuz ili əhatə edən işğal dövründə, postmüharibə mərhələsində dəfələrlə Azərbaycana qarşı qərəzli kampaniyalar təşkil ediblər, ayrı-ayrı Avropa və ABŞ təsisatlarında ölkəmiz əleyhinə həqiqətdən uzaq qətnamələr qəbul edilməsinə nail olublar. Bu dəfə analoji mənzərənin şahidi oluruq - erməni lobbisinin anti-Azərbaycan kampaniyası səngimir. Ələbaxan konqresmenlər, pulla ələ alınırlar. Geniş imkanlara, maliyyə qaynaqlarına malik olan erməni lobbisi onlara qrantlar, bahalı hədiyyələr müqabilində sifarişlər verir və Azərbaycan əleyhinə fəaliyyətlərə sövq edir. Amma nəticə ortadadır - nəticəsizlik. Artıq erməni lobbisinin yalanları nə ayaq tutur, nə də yeriyir...
Şerman yenidən iş başında...
Real misala müraciət edək. ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi Dövlət Departamentinin yenidən səlahiyyətləndirilməsi prosesi çərçivəsində nəzərdən keçirilən qanun layihələrinə iki düzəlişi rədd edib. Qeyd edək ki, hər iki layihə açıq şəkildə anti-Azərbaycan xarakterli idi və uzun müddətdir, erməni lobbisinin təsiri altındakı Kaliforniyadan olan demokrat konqresmen Bred Şerman tərəfindən hazırlanmışdı. 70 yaşlı bu konqresmenin kimliyi və mövqeyi haqda yeni nəsə deməyə ehtiyac yoxdur - Bred Şerman ABŞ Konqresinə Kaliforniya ştatında, Los Anceles şəhərindəki San Fernando dairəsindən (30-cu dairə) seçilib. O Azərbaycan və Türkiyəyə qarşı qatı düşmən mövqeyi sərgiləyir. Şerman, həmçinin Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Komitəsinin və Konqresin Erməni Məsələləri üzrə Komissiyasının üzvüdür. Nəinki erməni dəstəkçisi, hətta ermənidən daha çox erməni kimi tanınır - bir müddət öncə Qarabağı könüllü tərk edən ermənilərin geri qayıtması üçün Donald Trampın administrasiyasına müraciət edən deputatların arasında onun da imzası var. Bu şəxs erməni lobbisinin bütün anti-Azərbaycan təşəbbüs və təbliğat kampaniyalarında öndə gedib. Onlar Azərbaycan torpaqlarının işğal altında olduğu illərdə ikili standartlardan çıxış etməklə Ermənistana dəstək göstərib, ilhaqa, təcavüzə özünəsayaq haqq qazandırıb.
Vurğulayaq ki, birinci düzəliş ABŞ-ın Beynəlxalq İnkişaf Maliyyələşdirmə Korporasiyasına Azərbaycandakı layihələrə hər hansı dəstək verməyi qadağan etməyi, ikinci düzəliş isə ABŞ Prezidentinin “Azadlığa Dəstək Aktı”na 907 saylı düzəlişin təsirini dayandırmaq səlahiyyətlərinin ləğv olunmasını təklif edirdi ki, bu da Azərbaycana Amerika yardımının göstərilməsini qadağan edir.
Hər iki düzəlişin rədd edilməsi ABŞ Prezidenti Donald Trampın Ermənistan və Azərbaycan arasında sülh təşəbbüsünə qarşı çıxan erməni lobbisinin Konqresdə daha bir məğlubiyyətini nümayiş etdirir. ABŞ Dövlət Departamentinin yenidən səlahiyyətləndirilməsi prosesi ABŞ Konqresinin Dövlət Departamentinin hüquqi səlahiyyətlərini və təşkilati strukturunu nəzərdən keçirdiyi, dəqiqləşdirdiyi və uzatdığı illik prosesdir.
Onlar nəyə nail olmaq istəyirlər?
Qeyd edək ki, ABŞ-ın Beynəlxalq İnkişaf Maliyyələşdirmə Korporasiyası (U.S. International Development Finance Corporation - DFC) ABŞ hökumətinin xüsusi maliyyə vasitəsilə inkişaf etməkdə olan ölkələrdə özəl sektor layihələrinin maliyyələşdirilməsinə yönəlmiş qurumudur. O, əvvəlki OPIC (Overseas Private Investment Corporation) və digər agentliklərin funksiyalarını birləşdirərək 2019-cu ildə, Donald Trampın birinci prezidentliyi dövründə yaradılıb. Məqsədləri arasında iqtisadi inkişafın təşviqi, yerli özəl sektorun gücləndirilməsi, iqlim və dayanıqlı investisiyalar, enerji təhlükəsizliyi, infrastruktur və maliyyə daxil olmaqla müxtəlif sahələr var. Korporasiya Azərbaycanda bir çox layihələri maliyyələşdirir və özəl sektorun inkişafına yardımı ilə seçilir.
907-ci düzəlişə gəldikdə isə, rəsmi Vaşinqtonun Azərbaycana dövlət yardımı göstərməsini qadağan edən bu düzəliş ilk dəfə 1992-ci ildə senator Con Makkeyn tərəfindən təklif edilmişdi, ancaq daha sonra naməlum səbəblərə görə geri qaytarıldı. Bundan sonra yenidən senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqresmen Ueyn Ouens (Yuta ştatı) tərəfindən Konqresdə irəli sürüldü. Düzəliş erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində Konqres tərəfindən qəbul edilib. 11 sentyabr 2001-ci ildə terror aktından sonra Konqres prezidentə düzəlişi ləğv etmək hüququ verən qanun qəbul etmişdi. Cozef Baydenin ABŞ prezidenti seçilməsinin ardından isə rəsmi Vaşinqtonun Azərbaycana dövlət yardımı göstərməsini qadağan edən bu düzəliş ləğv edilmədi.
Bu ilin avqustunda Prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı Azərbaycan-ABŞ münasibətlərinin inkişafı istiqamətində atılan mühüm addımlardan biri də ABŞ Prezidentinin Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncam imzalanması oldu. Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin Tramp tərəfindən məhz Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıdı, ABŞ-n Azərbaycanla əlaqələrin inkişafına verdiyi önəmin təcəssümünə çevrildi.
Ermənipərəst konqresmen anlamalıdır ki...
Göründüyü kimi, artıq ermənipərəst konqresmenlərin, onlara havadarlıq edən lobbinin bütün arzuları puça çıxır - Şermanın Azərbaycanda konkret ittihamla mühakimə olunun erməniəsilli şəxslər üzərindən oynamağa çalışdığı oyunlar isə iflas etdi. Ermənipərəsət konqresmen anlamalıdır ki, onun davranışları öz ölkəsinin milli maraqları ilə ziddiyyət təşkil edir - ermənipərəst konqresmenin açıq anti-Azərbaycan fəaliyyətə “qurşanması” Vaşinqtonun Cənubi Qafqazda sülhə töhfə vermək planlarına təhdiddir. Hədəf isə bəllidir - yenidən münaqişəni alovlandırmaq, Trampın dəstək verdiyi sülh gündəliyinə maneə yaratmaq. Ancaq bu arzular həyata keçməyəcək - regionda sülh prosesi dönməzdir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxHadisə
01 Noyabr 18:22
Dünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

