20 Sentyabr: Qarabağda Dövlətçiliyin Yenidən Doğuşu
19.09.2025 [14:40]
2023-cü ilin 20 sentyabrı Azərbaycan tarixinə yalnız bir hərbi əməliyyatın tamamlanması kimi deyil, dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası kimi daxil oldu. Bu tarix — Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin tam şəkildə Azərbaycan dövlətinin nəzarətinə keçməsi ilə ölkəmizin milli təhlükəsizlik, strateji sabitlik və siyasi iradə baxımından yeni mərhələyə qədəm qoyduğu gündür.
Bu ərazilər uzun illər ərzində münaqişə və qeyri-qanuni rejimlərin təsiri altında qalmış, nəticədə yalnız fiziki deyil, həm də sosial, iqtisadi və mədəni baxımdan dağıntılara məruz qalmışdı. Lakin 2023-cü ilin payızında əldə olunan həlledici nəticə bu torpaqların tarixində dönüş nöqtəsi oldu. Artıq bu bölgələrdə silah səsləri yox, yenidənqurma texnikasının səsi eşidilir.
Tarixi qələbənin ən güclü simvollarından biri 2023-cü ilin 8 noyabrında – Xankəndidə keçirilən hərbi parad oldu. Bu parad təkcə silahlı qüvvələrin güc nümayişi deyildi. Eyni zamanda bu, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin, siyasi yetkinliyinin və bölgədəki sabitlik çağırışının nümayişi idi. Azərbaycanın dövlət bayrağı Xankəndidə dalğalanmaqla təkcə bir şəhərin deyil, bütün bölgənin taleyində yeni səhifə açdı.
Qələbədən sonra atılan addımlar yalnız fiziki infrastrukturun yenilənməsi ilə kifayətlənmir. Qarabağ Universitetinin təsis edilməsi, bölgənin sosial və elmi potensialına verilən önəmin təzahürüdür. Bu universitet təkcə gənclərin təhsil ocağı deyil, həm də Qarabağın gələcək elmi, texnoloji və mədəni inkişafının dayağı kimi formalaşır.
Eyni zamanda Hadrut, Qırmızı Bazar, Azıx kimi yaşayış məntəqələrində həyata keçirilən layihələr – yeni məktəblər, inzibati binalar, enerji infrastrukturunun qurulması və dini-mədəni abidələrin bərpası – bu torpaqlarda həyatın bütün sahələrinin kompleks şəkildə canlandırıldığını sübut edir.
Prezident İlham Əliyevin mütəmadi olaraq azad edilmiş ərazilərə, xüsusilə Xocavənd rayonuna etdiyi səfərlər, dövlət səviyyəsində bölgəyə verilən önəmi əks etdirir. Onun Edilli, Tuğ, Düdükçü, Azıx kimi kəndlərə səfərləri zamanı tarixi və arxeoloji abidələrlə tanış olması, Azərbaycanın mədəni irsinə göstərdiyi diqqətin bir nümunəsidir. Azıx mağarası və alban məbədlərinin qorunması yönündə atılan addımlar isə bu ərazilərin tarixini yaşatmaqla yanaşı, turizm və mədəniyyət baxımından potensialını artırır.
Bu gün Qarabağda yüksələn məktəblər, salınan yollar, ucalan məscidlər və bərpa olunan kəndlər göstərir ki, bölgədə yalnız keçmişlə barış deyil, həm də gələcəklə bağlı ümidlər qurulur. Vətəndaşların bu ərazilərə qayıdışı, sosial rifah layihələrinin genişlənməsi və yeni iqtisadi imkanların yaradılması, Azərbaycanın hərtərəfli və balanslı siyasətinin nəticəsidir.
20 sentyabr artıq sadəcə bir tarix deyil. Bu gün – Azərbaycanın gələcək inkişafının, bölgədə sülhün, sabitliyin və milli birliyin təməl sütunlarından birinə çevrilib. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycanın dirçələn ruhunu, bərpa olunan ədalətini və davamlı inkişafını təcəssüm etdirir.
Nazilə Abbasova,
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının fəal üzvü
Laçın Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçisi
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

