Yanlış məfhum, olmayan xalq...
20.09.2025 [10:15]
Xanım səfirin yüksək statusuna uyğun gəlməyən ifadələri
Finlandiyanın Ermənistandakı səfiri, xanım Kirsti Narinen bu günlərdə, yumşaq desək, qəribə açıqlama ilə gündəmə gəlib. Söhbət onun sentyabrın 15-də keçirilən “Hərtərəfli Təhlükəsizlik və Dayanıqlıq 2025” beynəlxalq konfransı çərçivəsində Ermənistan mətbuatına verdiyi müsahibəsində ifadə etdiyi qarışıq fikirlərdən gedir. Xüsusilə də xanım səfirin Silahlı Qüvvələrimizin yüksək peşəkarlıqla həyata keçirdiyi uğurlu 23 saatlıq antiterror əməliyyatından sonra Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana gedən erməni əsilli insanlar barədə işlətdiyi ifadələr qəbuledilməzdir. “Dağlıq Qarabağın məcburi köçkünlərinə, “artsax xalqına” gəlincə, bizim edə biləcəyimiz ən yaxşı şey Ermənistanın möhkəmliyini, rifahını artırmaqda və bu insanların burada məskunlaşması və öz həyatlarını tapması üçün iqtisadi, siyasi və sosial imkanlar yaratmaqda ona dəstək olmaqdır. Əgər uzunmüddətli perspektivdən danışırıqsa, bu nöqtədə mühakimə yürütmək mümkün deyil”, - deyə Finlandiyanı Ermənistanda təmsil edən səfir bildirib.
Erməni əsilli insanlar Qarabağdan zorla çıxarılmayıblar
Əvvəlcə xanım səfirin müsahibəsində “məcburi köçkünlər” ifadəsindən istifadə etməsinə diqqət çəkək. “Məcburi köçkün” statusu yaşayış yerlərindən zor gücünə çıxarılan insanlara şamil edilir. Müharibələr və digər belə fövqəladə hallarda elə şərait yaranır ki, sakinlər ev-eşiklərini məcburi və təcili qaydada tərk etmək məcburiyyətində qalırlar. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ermənistan havadarlarının dəstəyi ilə respublikamıza qarşı işğalçılıq siyasətinə başlayanda keçmiş Dağlıq Qarabağın və ətraf rayonların azərbaycanlı sakinləri məhz belə vəziyyətlə üz-üzə qalmışdılar. Həmin ərəfədə Ermənistanın silahlı birləşmələri dinc, əliyalın insanları hədəfə alır, onları ən amansız şəkildə soyqırımlarına məruz qoyur, ev-eşiklərini yandırırdılar, əmlaklarını talayırdılar. Xatırladaq ki, on minlərlə azərbaycanlı dinc sakin güllə yağışından canını qurtarmaq naminə qışın çovğununda ayaqyalın, başıaçıq meşələrə səpələnmək, Araz çayı vasitəsilə İrana keçmək məcburiyyətində qalmışdı. Amansız erməni terrorundan qurtulub həyatda qalan insanlar həqiqətən də məcburi köçkün idilər. O dövrdə Azərbaycan təxminən bir milyon qaçqın və məcburi köçkün ordusunu qarşıladı. Bu, əsl humanitar fəlakət idi. İnsanlar vaqonlarda, yarımçıq tikililərdə, çadırlarda məskunlaşmaq məcburiyyətində qalmışdılar.
İki il bundan əvvəl Azərbaycanın Qarabağ bölgəsini tərk edən erməni əsilli insanlara (biz burada “vətəndaş”, “sakin” sözlərini ona görə işlətmirik ki, köç edənlərin böyük əksəriyyəti Ermənistan vətəndaşı olan və yaxud xaricdən gətirilərək burada məskunlaşdırılmış ermənilər idi. Bununla separatçılar ərazidə demoqrafik vəziyyəti dəyişmək, ermənilərin say üstünlüyünə nail olmaq məqsədi güdürdülər - red.) ) gəldikdə isə vəziyyət tamam fərqli idi. Ermənilər Azərbaycan ərazilərini dinc və könüllü şəkildə tərk ediblər. Onlara heç kim təzyiq göstərməyib. Xanım səfirə xatırlatmaq istərdik ki, 44 günlük müharibədən sonra Xankəndidə və digər ərazilərdə yaşayan ermənilərə dəfələrlə Azərbaycan vətəndaşlığını qəbul etmək və qanunlarımız altında yaşamaq çağırışları ünvanlanmışdı. Azərbaycan bunu müstəqillik, suverenlik prinsiplərini əsas götürməklə edirdi və tam ədalətli idi. Xanım səfir diplomatdır və yaxşı bilir ki, heç bir dövlət öz ərazisində insanların qeyri-qanuni şəkildə məskunlaşmasına icazə verməz. 23 saatlıq antiterror əməliyyatından sonra ermənilərin Qarabağdan çıxmalarını əks etdirən foto və video materiallar internetdə yerləşdirlib, hər kəsə açıqdır. Ermənilər ərazilərimizi tam təhlükəsiz şəkildə tərk ediblər, hətta ev əşyalarını, mal-heyvan sürülərini də özləri ilə aparıblar. Yol boyunca onlara su, ərzaq, şirniyyatlar təklif olunub. Bütün bunlar Azərbaycanın humanist yanaşmasını ortaya qoyur. Burada hər hansı bir məcburi köçkünlükdən bəhs etmək, sadəcə, ağa qara deməkdir.
“Artsax” mifi
Erməni separatçıları uzun illər ərzində heç bir əsası olmayan miflərə uyaraq yaşayıblar. Kilsə, xaricdəki erməni lobbisi onların beyninə “Böyük Ermənistan”, “mədəni xalq”, “qəhrəman ordu” xülyalarını yeridiblər. Üç onilliyi əhatə edən işğal illərində ermənilərin ərazilərimizdə törətdikləri vəhşiliklər, qabaqlarına keçən hər şeyi talayıb dağıtmaları, 44 günlük müharibədə erməni əsgər və zabitlərinin kütləvi şəkildə fərarilik etmələri bu uydurma mifləri tamam dağıtdı.
“Artsax” məfhumu da bir mifdir. Tarixdə belə bir toponimə rast gəlinmir. Hər kəsə bəllidir ki, bu yerlərin aborigen sakinləri məhz azərbaycanlılar olublar, ermənilər isə buraya güc mərkəzlərinin geosiyasi maraqları naminə məqsədli şəkildə köçürülüblər. Xanım səfirin olmayan məfhumdan və xalqdan danışması absurddur və onun yüksək statusuna uyğun gəlmir. Bu, həm də Azərbaycanın ərazi bütövlüyünü və postmüharibə mərhələsində başlayan, artıq məntiqi sonluğa çatmaq üzrə olan sülhyaratma prosesini dəstəkləyən Finlandiya hökumətinin mövqeyi ilə ziddiyyət təşkil edir.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

