Sabunçu rayonunda “20 Sentyabr-Dövlət Suverenliyi Günü” münasibətilə tədbir keçirilib
19.09.2025 [18:01]
YAP Sabunçu Rayon Təşkilatı və Sabunçu Rayon İcra Hakimiyyətinın birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində “20 Sentyabr-Dövlət Suverenliyi Günü” münasibətilə tədbir keçirilib.
Tədbirdə YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Həsənli, müavinlər Ramil Əliyev və Rəna Vəliyeva, Milli Məclisin deputatı Azər Allahverənov, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, idman, gənclər və mədəniyyət müəssisələri, xidmət sahələri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini dərin ehtiramla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“20 Sentyabr-Dövlət Suverenliyi Günü” ilə bağlı hazırlanmış videoçarx nümayiş olunduqdan sonra tədbirin rəsmi hissəsini açıq elan edən YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov çıxış edərək bildirib ki, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu yalnız beynəlxalq hüquqi sənədlərlə deyil, həm də xalqımızın qəhrəmanlıq mübarizəsi ilə təmin edilmişdir. 2020-ci ilin 27 sentyabr tarixində başlanan və 44 gün davam edən Vətən Müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olmuşdur. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə misilsiz qəhrəmanlıq göstərərək düşməni darmadağın etmişdir. Bütün sərhədlərimizdə dövlət nəzarəti təmin olunmuşdur. Qeyd olundu ki, 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonunda separatçıların təxribatlarına cavab olaraq lokal antiterror əməliyyatı keçirmişdir. 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatı nəticəsində Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyi tam bərpa olunmuşdur. A.Xudadanov vurğulayıb ki, bu hadisə yalnız hərbi-siyasi deyil, həm də tarixi və mənəvi baxımdan dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm mərhələ olmuşdur.
Milli Məclisin deputatı Azər Allahverənov, Vətən Müharibəsi qazisi, “Vətən müharibəsi iştirakçısı”, “İgidliyə görə”, “Cəbrayılın, Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş, ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqov, Ramana qəsəbəsi, Publik hüquqi şəxs statuslu 338 nömrəli tam orta məktəbin direktoru Fərid Ağalıyev çıxış edərək bildiriblər ki, müstəqillik və suverenlik yalnız hüquqi və siyasi kateqoriyalar deyil, həm də xalqın milli kimliyini, onun mədəni və tarixi varlığını təsdiqləyən dəyərdir. Dövlət Suverenliyi Günü xalqımızın keçdiyi çətin, lakin şərəfli mübarizə yolunun gələcək nəsillərə ötürülməsi üçün mühüm tarixdir. Bu hadisə yalnız dövlətçilik tariximiz üçün deyil, həm də milli kimliyimizin möhkəmlənməsi baxımından çox əhəmiyyətlidir.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

