Sülh və sabitlik naminə lokal antiterror tədbirləri
19.09.2025 [15:01]
44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisələr sübut etdi ki, Ermənistan üçtərəfli bəyanatın müddəalarına əməl etmir, əksinə yeni təxribatlarla bölgədə gərginliyi artırır. Azərbaycan isə beynəlxalq hüquq normalarına və dövlətin suverenlik prinsiplərinə əsaslanaraq məcburən lokal xarakterli antiterror tədbirlərinə başladı. Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan intensiv atəşə tutulması, ərazilərin yenidən minalanması, mühəndis işlərinin genişləndirilməsi və səngərlərin artırılması bölgədə təhlükəli vəziyyət yaratmışdı. Hətta minalardan təmizlənmiş ərazilərin və mülki yolların yenidən minalanması erməni tərəfinin məqsədyönlü terror siyasətinin davamı kimi dəyərləndirilməlidir. 19 sentyabr səhəri isə vəziyyətin dözülməz olduğunu açıq şəkildə göstərdi. Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində mülki şəxslər və hərbi qulluqçularımız həlak oldu. Bu fakt Ermənistanın hələ də terror siyasətindən əl çəkmədiyini, Azərbaycan vətəndaşlarının həyatını hədəfə aldığını sübut etdi. Bu isə sülh və sabitliyə ciddi təhlükə demək idi. 10 noyabr 2020-ci il bəyanatına görə, Ermənistan silahlı birləşmələrinin Qarabağdan çıxarılması nəzərdə tutulsa da, onların bölgədə mövcudluğu regional təhlükəsizliyi sarsıdırdı. Bu səbəbdən Azərbaycan lokal antiterror tədbirlərinə start verdi ki, həm dövlətin konstitusiya quruluşu bərpa edilsin, həm də mülki əhalinin təhlükəsizliyi təmin olunsun. Bunu da peşəkar və məsuliyyətli ordu yerinə yetirdi. Əməliyyatlar zamanı yalnız legitim hərbi obyektlər, atəş nöqtələri və hərbi texnikalar yüksək dəqiqlikli silahlarla zərərsizləşdirildi. Azərbaycan Ordusu mülki şəxsləri hədəf almadı, əksinə, əhalinin təhlükəsizliyi üçün SMS bildirişləri, səsgücləndirici xəbərdarlıqlar və məlumat vərəqələri paylandı. Qadınlar, uşaqlar, yaşlılar və xəstələr üçün humanitar dəhlizlər açıldı, tibbi yardım və ərzaq təminatı təşkil olundu. 44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdilər. 23 siyasi partiyanın imzaladığı birgə bəyanatda antiterror tədbirlərinin zəruriliyi vurğulandı və dövlət başçısının ədalətli mövqeyi dəstəkləndi. Lakin bəzi partiyaların – AXCP, Müsavat və REAL-ın bu həmrəylikdən kənarda qalması onların milli maraqlardan uzaq mövqeyini bir daha ortaya qoydu. Qərbi Azərbaycan İcması da beynəlxalq ictimaiyyəti ədalətli mövqe tutmağa çağırdı və rəsmi İrəvanın təxribatçı siyasətini qınadı. İcma bildirdi ki, Azərbaycan beynəlxalq hüquq prinsipləri əsasında addım atır və Ermənistana sülhü, əməkdaşlığı seçmək imkanı verir. Ancaq Ermənistan bu təklifi və dialoq imkanını dəyərləndirmədi.
Azərbaycan dəfələrlə Qarabağ bölgəsində yaşayan erməni sakinləri dialoqa dəvət etsə də, onların nümayəndələri bundan imtina ediblər. Lakin dövlətimiz hələ də Yevlaxda görüşlərə hazır olduğunu bildirirdi. Bununla yanaşı onu da bildirirdi ki, qanunsuz silahlı dəstələr təslim olmalı, silahlarını təhvil verməli və qondarma rejim özünü buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək. Azərbaycanın lokal xarakterli antiterror tədbirləri beynəlxalq hüquqa tam uyğun olaraq həyata keçirildi. Məqsəd işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərini təhlükəsiz etmək, vətəndaşlarımızın həyatını qorumaq və bölgədə dayanıqlı sülhün əsaslarını möhkəmləndirmək idi. Sülhün yeganə yolu isə tam aydın idi. Erməni silahlı qüvvələrinin Qarabağdan qeyd-şərtsiz çıxarılması və reinteqrasiya prosesinin həyata keçirilməsi. Şanlı Azərbaycan ordusu məhz bu şərtləri yerinə yetirdi.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19

