“Qara qızıl”ın qəhrəmanları!
20.09.2025 [08:56]
Neftlə yazılan müstəqillik manifesti...
Azərbaycanda “Neftçilər Günü”dür
Bəzi müstəqillik manifestləri silahla, bəziləri qanla, bəziləri isə qələmlə yazılır. Azərbaycanın müstəqillik manifesti isə həm silahla, həm qanla, həm də neftlə yazıldı, Xəzərin dərinliklərindən süzülüb gələn “qara qızıl” ilə...
Bu gün zəhmətkeş əllərin, yerin dərin qatlarından çıxarılan sərvətin, ölkə iqtisadiyyatının bel sütununu təşkil edən fədakar insanların - neftçilərin bayramıdır. Tarixə nəzər salsaq, Azərbaycanın neft salnaməsi təkcə texnoloji tərəqqi ilə deyil, həm də əzmkarlıq, iradə və xalqımızın öz torpağına, sərvətinə sahib çıxmaq iradəsi ilə yazılıb. 1846-cı ildə Bakıda dünyada ilk neft quyusunun qazılması ilə başlayan bu yol indiyə qədər uzanan bir inkişaf zəncirinə çevrilib.
20-ci əsrdə neft sənayesi sürətlə inkişaf edib, ölkəmizdə güclü istehsal bazaları və elmi mərkəzlər yaradılıb. Azərbaycan İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında çıxarılan neftin 75 faizini verməklə cəbhəni yanacaqla təmin edərək alman faşizminin məğlubiyyətə uğradılmasında böyük rol oynayıb. Elə bunun nəticəsidir ki, Azərbaycan daim istər qonşu, istərsə də digər ölkələrin diqqət mərkəzində olub, zaman-zaman müxtəlif güclər onun bu təbii sərvətini mənimsəmək istəyiblər. Hətta Böyük Vətən müharibəsində Hitler Almaniyasının da ilk hədəfi Bakı nefti olub. Lakin əzmkar və zəhmətkeş Bakı neftçiləri ölkəmizin iqtisadi gücünün əsas hissəsini təşkil edən bu “qara qızıl”ı öz zəhmətləri hesabına xalqımıza, dövlətimizə bəxş etməklə yanaşı, onu qorumağı da yaxşı biliblər.
Keçmiş Sovet İttifaqının hər yerində yeni neft yataqlarının aşkara çıxarılmasında Azərbaycanın qüdrətli elmi-texniki potensialının mühüm yeri olub. Təsadüfi deyildir ki, Rusiyanın neft regionları “İkinci Bakı”, “Üçüncü Bakı” kimi adlandırılırdı. Fədakar neftçilərimizin gərgin əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. Bunun nəticəsidir ki, hər il ölkəmizdə neft işçilərinin dövlət səviyyəsində qeyd edildiyi bayram günü var. 20 sentyabr ölkəmizdə neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər Günü kimi qeyd olunur.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etsə də, onu qorumaq və möhkəmləndirmək asan deyildi. Siyasi çəkişmələr, iqtisadi böhran, Ermənistanla müharibə - xalqın ümidləri sanki tükənmək üzrəydi. Ən mühüm dönüş nöqtələrindən biri isə 1994-cü ilin məhz bu günü - 20 sentyabrda imzalanan “Əsrin müqaviləsi” oldu. Bu müqavilə Azərbaycanı qlobal enerji bazarına çıxardı, ölkəyə sərmayə axını başladı və illərlə bağlı qalmış potensialı reallaşdırdı. Bir müqavilə Azərbaycanın taleyini dəyişdi. Bu sənəd təkcə neft sənayesinə aid deyildi, bu, Azərbaycanın dünyaya verdiyi “biz varıq və qalacağıq” mesajı idi.
Təxminən, 400 səhifə həcmində və 4 dildə hazırlanmış müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə olduqca əhəmiyyətlidir. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da “Yeni neft strategiyası” və doktrinası uğurla həyata keçirilməyə başlandı.
Bütün dünyaya səs salan bu sazişin imzalanması ilə Azərbaycan dövləti ilk dəfə idi ki, müstəqil siyasət yürütmək iqtidarında olmasını, özünün yeraltı sərvətlərinə sahib çıxmasını bütün dünyaya bəyan edə bilirdi. Təsadüfi deyil ki, təntənəli imzalanma mərasimində çıxış edən Ulu Öndər Heydər Əliyev demişdi: “Biz müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr qurur, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Bu müqavilənin imzalanması bazar iqtisadiyyatının Azərbaycanda həyata keçirilməsi üçün ilk böyük addımdır. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər sahələrdə çalışan şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq, müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatında və ictimai-siyasi həyatında hökm sürən sabitliyi dünyaya bir daha nümayiş etdiririk”.
Əlamətdar gün
Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə qeyd olunur. Qeyd edilən tarix Azərbaycanda 1999-cu və 2004-cü ildə, yəni “Əsrin müqaviləsi”nin imzalanmasının beşinci və onuncu ildönümündə rəsmi səviyyədə bayram kimi qeyd edilib.
“Neftçilər Günü”ndə adətən sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir. Həmin gün bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.
Təsadüfi deyil ki, Prezident İlham Əliyevin başçılığı ilə “neft ölkəsi” Azərbaycanımızda hər keçən gün bu sahənin sürətlə inkişafının şahidi oluruq. Artıq respublikamız dünyanın demək olar ki, bir çox nəhəng ölkələri ilə neft sektorunun inkişafına, dünyaya ixracına yönəlmiş müqavilələr, sazişlər imzalayıb.
Neft Azərbaycan üçün sadəcə yanacaq deyil, tarixdir, mədəniyyətdir, iqtisadiyyatdan da öncə həyat tərzidir. Neftçi isə sadəcə bir peşə yox, önəmli bir missiyadır. Gah Xəzərin dərinliklərində, gah Abşeronun qovurucu istisində, gah da qarlı-şaxtalı dağ bölgələrində çalışan neftçilər əslində ölkənin sabitliyini və inkişafını çiynində daşıyan qəhrəmanlardır. Bu gün onları təbrik etmək hər birimizin borcudur. Çünki onların 24 saatlıq növbələri, tərlə yoğrulan zəhmətləri nəticəsində bu gün işıqlı evlərdə yaşayır, inkişaf edən bir Azərbaycanda nəfəs alırıq.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxHadisə
01 Noyabr 18:22
Dünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

