19-20 Sentyabr 2023-cü il Antiterror Əməliyyatı və onun tarixi əhəmiyyəti
19.09.2025 [15:02]
Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin tam bərpası istiqamətində mühüm mərhələ olan 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal antiterror tədbirləri, xalqımızın tarixində yeni bir şanlı Zəfər səhifəsi kimi əbədi yer aldı.
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı birləşmələrinin qalıqları tərəfindən törədilmiş genişmiqyaslı təxribatların qarşısını almaq, həmin qanunsuz silahlı dəstələri tərksilah etmək və Azərbaycan Respublikasının konstitusiya quruluşunu bərpa etmək məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat davam edən bu yüksək peşəkarlıqla icra olunan əməliyyat nəticəsində Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün tapşırıqları uğurla yerinə yetirdi.
Bu əməliyyatın nəticəsi olaraq, Azərbaycan Respublikasının suverenliyi tam şəkildə bərpa olundu və ölkəmizin bayrağı Qarabağın hər bir guşəsində əzəmətlə dalğalanmağa başladı. Bu tarixi Qələbənin əlaməti olaraq Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da imzaladığı sərəncamla 20 Sentyabr – Dövlət Suverenliyi Günü elan edildi.
Azərbaycan tərəfi illər boyu dialoq və inteqrasiya imkanlarını təklif etsə də, Qarabağda yaşayan erməni icmasının nümayəndələri bu təklifləri davamlı şəkildə rədd edirdi. Lakin sentyabrın 19-da başlayan və 20-də başa çatan antiterror tədbirlərindən sonra onlar Azərbaycanın Yevlax şəhərində rəsmi görüşə gəlməyə məcbur oldular. Bu, onların vəziyyətin reallıqlarını qəbul etməsi və Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur qalmasının bariz nümunəsi idi.
Nəhayət, sentyabrın 28-də Qarabağdakı qondarma separatçı rejimin rəhbəri Samvel Şahramanyan qanunsuz "rejimin ləğvi" ilə bağlı sənəd imzaladı. Bu sənəd, Azərbaycan torpaqlarında illərlə davam edən qanunsuz separatçılığın rəsmi sonu demək idi.
Tarixi Zəfərin davamı olaraq, 2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinə səfər edərək, bu şəhərlərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu addım, dövlət suverenliyimizin real şəkildə təmin olunduğunun və bu torpaqlarda artıq yalnız bir dövlətin – Azərbaycanın – hökmranlığının olduğunu rəmzi şəkildə nümayiş etdirdi.
19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı yalnız hərbi deyil, həm də siyasi və milli əhəmiyyət daşıyan tarixi bir dönüş nöqtəsi oldu. Azərbaycan, hüquqi və beynəlxalq norma çərçivəsində öz torpaqlarında suverenliyini bərpa etdi, separatçılığa son qoydu və ölkə daxilində tam dövlət nəzarətini təmin etdi. Bu Qələbə, yalnız bu günün deyil, gələcək nəsillərin də qürur duyacağı şanlı tariximizin bir parçasıdır.
Kənan Quliyev,
YAP Laçın rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

