Nərimanov rayonunda yüksək bal toplayan məzunlarla görüş keçirilib
20.09.2025 [17:28]
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının qərargahında 2024/2025-ci tədris ilində Nərimanov rayon məktəbləri üzrə 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanmış gənclərlə görüş keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin YAP Nərimanov rayon təşkilatının foyesində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Milli Məclisin deputatı Samir Vəliyev, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev tələbə adını qazanan məzunları bu böyük uğur münasibəti ilə ürəkdən təbrik edib, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışıb. Təşkilat sədri bildirib ki, Ulu Öndər Heydər Əliyev respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu hər zaman xüsusi vurğulayıb: "Dahi Lider ölkəmizə rəhbərlik etdiyi bütün dönəmlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşıb. Bu gün Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın birgə səyləri nəticəsində ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət proqramları icra olunur".
Tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov tələbə adını qazanan bütün orta məktəb məzunlarını bu böyük uğur münasibətilə ürəkdən təbrik edərək bildirib ki, Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Həmçinin agentliyin direktoru təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, müasir standartlara uyğun yeni məktəb binalarının inşa edilərək istifadəyə verilməsi istiqamətində görülən işlər Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının bariz nümunəsi olduğunu qeyd edib.
Milli Məclisin deputatı Samir Vəliyev Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritetlərindən biri olduğunu vurğulayıblar. Qeyd ediblər ki, ölkəmizdə yüksək təhsilli kadrların yetişdirilməsi təhsil siyasətinin əsas məqsədlərindən biridir. O, Heydər Əliyev Fondunun təhsilin inkişafına xidmət edən bir sıra uğurlu layihələr həyata keçirdiyini bildirib, Azərbaycan dövlətinin gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını diqqətə çatıdırıb.
Tələbə adını qazanmış gənclər onlara yaradılan şəraitə, diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər.
Sonda partiyanın ictimai-siyasi həyatında götərdiyi fəal iştiraka görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova təşkilat tərəfindən təltif, yüksək bal toplayan gənclərə hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxSosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Gündəm
31 İyul 12:55
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57

