Azərbaycan xalqı tarixi günlərin qürurunu yaşayır
14.10.2023 [12:25]
Kəlbəcər rayonu, Mollabayramlı kənd camaatı Prezident İlham Əliyevə müraciət edib
Prezident İlham Əliyevin uzaqgörən, prinsipial və milli maraqlara əsaslanan siyasəti nəticəsində dövlətimiz və xalqımız qarşıya qoyduğu müqəddəs vəzifələrin yerinə yetirilməsinə-ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinə nail olub. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, ordumuzun Qarabağda lokal xarakterli antiterror tədbirləri nəticəsində isə sentyabrın 20-də suverenliyimizi tam bərpa etdik. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərk-silah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbənin təntənəsidir.
Beləliklə, bu tarixi zəfər müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dövlət başçısı kimi 20 illik fəaliyyətinin ən yüksək zirvəsini təşkil edir. Bu möhtəşəm qələbə xalqımız tərəfindən böyük qürurla qeyd olunur. Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri, o cümlədən işğaldan azad olunmuş ərazilərin sakinləri Prezidentə müraciət edərək öz minnətdarlıqlarını ifadə edirlər.
Kəlbəcər rayonu, Mollabayramlı kənd camaatının da müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə müraciətində qeyd olunur ki, Azərbaycan xalqı bu tarixi günlərin qürurunu yaşayır. Müraciətdə vurğulanır: “Biz Azərbaycan xalqının kiçik bir toplumu olan Kəlbəcər rayonu, Mollabayramlı kənd cammatı olaraq bu minnətdarlığı yazmağı özümüzə borc bildik. Sizin rəhbərliyiniz altında Azərbaycan xalqı bu tarixi günlərin qürurunu yaşayır. Bu qürur hissinin yaşanmasında qəhrəman oğullarımızı şəhid versək də, çoxsaylı qəhrəman əsgər və zabitlərimiz əlil olsa da ancaq Dövlətimizin ərazi bütövlüyü və suverenliyi bərpa olunduğu üçün Onların qanı yerdə qalmadı. Belə bir xalq bayatımız var:
Əzizim, Ordubada,
Səlmasdan Ordubada.
Sərkərdə qoçaq olsa,
Heç verməz ordu bada.
Azərbaycan Əsgəri nə qədər şücaətlidirsə, Siz də bir o qədər məğrur Sərkərdəsiniz. Bu qalibiyyətin əsas memarı Ali Baş Komandan kimi Sizsiniz. Bizlər Sizə ürək sözlərimizi çatdırmaq üçün zəngin dilimizin sözləri inanın ki, azlıq edir. Ölkəmizin və dünyanın əziyyət çəkdiyi separatizm və terrorizmin ölkəmizdə sonunu gətirə bilən yeganə Dünya Liderisiniz. Ona görə də biz hesab edirik ki, dünyanın ən ali mükafatı belə Sizin xidmətləriniz qarşısında çox kiçik qalır. Dünyanın ən ali mükafatı Sizə verilməlidir ki, o ali mükafat daha şərəfli görünsün. Biz Mollabayramlı camaatı olaraq hesab edirik ki, Nobel Sülh Mükafatı Sizə verilərsə həmin mükafat daha nüfuzlu ola bilər.
Sizə Mollabayramlı camaatı olaraq Türk Dünyası tarixinin növbəti qızıl səhifəsini yazdığınız üçün çox dərin minnətdarlığımızı bildirərək Sizi və Xalqımızı bu möhtəşəm qələbə münasibəti ilə təbrik edirik, Allahdan Sizə uzun ömür, möhkəm cansağlığı və daim müzəffər olmağı arzu edirik!”.
Günel Abbas
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00

