Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə müraciət ünvanlayıb
14.10.2023 [10:32]
Azərbaycan Mətbuat Şurası İdarə Heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, müraciətdə oktyabrın 15-də Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyinin 20 ilinin tamam olduğu bildirilir.
Müraciətdə, həmçinin qeyd edilir: “Siz ötən iyirmi ildə hər bir azərbaycanlının Prezidenti, Lideri olmağı bacarmış dövlət başçısısınız. Bu, yalnız sözdə ifadə olunan deyim yox, mütləq gerçəklik, danılmaz reallıqdır. Elə bir reallıq ki, özündə canlı tarixi yaşadır. Sizin sayənizdə ölkəmizin son iyirmi ili hər bir vətəndaşın, qəlbi Azərbaycan sevdası ilə döyünən hər bir şəxsin düşüncəsində böyük və şanlı tarixdir. Bu tarixi yaradan Siz olmusunuz.
Azərbaycanın bütün sahələrdə tərəqqisi və dinamik inkişafı, dünya dövlətləri sırasında özünə layiqli yer tutması fədakar əməyinizin qürur dolu məhsuludur. Cəmiyyətimizin bütün təbəqələrinin təmsilçiləri kimi, media nümayəndələri də bu qüruru və fəxarət hissini yaşayırlar. Prinsipial və qətiyyətli mövqeyinizin böyük Azərbaycan davası naminə olduğunu görmək və duymaq bizləri bəxtiyar edir. Dövlətimizin mövqeyini, Prezident və Ali Baş Komandan kimi fikirlərinizi son dərəcə səlis şəkildə bəyan etməklə, bütövlükdə siyasi nitqin, ictimai-publisistik üslubun mükəmməl örnəklərinə imza atmısınız. Qəlbimizi Sizə olan dərin rəğbət hissi ilə dolub-daşdıran həm də budur.
Jurnalistikaya diqqətiniz, peşənin nüfuzunun yüksəldilməsinə həssas yanaşmağınız, onun ölkəmizin həqiqətlərinin təbliği istiqamətindəki missiyasına verdiyiniz dəyər yüksək qədirbilənlik nümunəsidir. Dövlət idarəçiliyində, beynəlxalq münasibətlərdə, milli mənafe naminə mübarizədə medianın rolunu, jurnalistlərlə məqsədyönlü ünsiyyətin nə dərəcədə yüksək önəm daşıdığını bütün aydınlığı ilə nümayiş etdirmisiniz. Ona görə media ilə bağlı çıxışlarınızda səsləndirdiyiniz hər bir fikri sahənin daha da inkişafına yönələn yol xəritəsi kimi qəbul edirik. Media və mətbuata göstərdiyiniz həssas münasibət jurnalistlərlə işgüzar təmaslara verdiyiniz xüsusi önəm xüsusən bu il Milli Mətbuat Günündə müqəddəs, əziz Şuşamızda gerçəkləşən Beynəlxalq Media Forumunda da örnək sayılacaq təcəssümlərini tapdı.
Siz jurnalist əməyinə dövlət səviyyəsində ali qiymət verilməsini ənənə halına gətirən, jurnalistikamızın potensialını dövlətimizin və cəmiyyətimizin maraq və mənafelərinin qorunmasına səfərbər edən mükəmməl institusional baza yaratmısınız. Həyata keçirdiyiniz islahatlar nəticəsində bu gün peşəmiz təşkilatlanmış struktura malikdir. Sərəncamınız əsasında yaradılmış Medianın İnkişafı Agentliyinin reallaşdırdığı fəaliyyət, beynəlxalq standartlara cavab verən “Media haqqında” Qanunun qəbulu sahəyə fundamental yanaşmanı ortaya qoymaqdadır. Bütün bunlar isə qarşımızda yeni vəzifələr müəyyənləşdirməkdədir. Çalışacağıq ki, etimadınızı gözləntiləriniz səviyyəsində doğruldaq. Əlbəttə, onu da yaxşı dərk edirik ki, Sizin kimi, sözün əsl mənasında, dünya miqyaslı dövlət adamının etimadını doğrultmaq son dərəcə müstəsna məsuliyyətdir.
Möhtərəm cənab Prezident, Siz həm dahi siyasi xadim, böyük hərbi strateq, həm də informasiya cəbhəsində, media-mətbuat müstəvisində haqlı savaş aparmağın misilsiz ustası olaraq dünyaya təkrarsız nümunələr göstərdiniz. Vətən müharibəsi günlərində dünyanın nüfuzlu media orqanlarına, tanınmış jurnalistlərə müsahibələriniz, televiziya ilə çıxışlarınız xalqımıza və Ordumuza döyüş ruhu, möcüzəvi qələbə əzmi aşılamaqla yanaşı, istər siyasi xadimlərə, istərsə də media nümayəndələrinə əsl ustad dərsləri kimi tarixə həkk olundu. Gərgin əməyinizin nəticəsi gözlərimiz önündədir.
Bu gün Siz xəyalların gerçəkləşdiyi böyük Azərbaycana rəhbərlik edirsiniz. Ötən 20 ildəki arzu və ideyalarda başlıca xətti isə Qarabağ amalı təşkil edib. Əminliklə deyə bilərik ki, liderlik keyfiyyətləriniz bu amalı vahid hərəkat halına gətirdi. Elə bir hərəkat ki, xalqımızı xoşbəxtlik, Sizi Müzəffərlik məqamına ucaltdı. Bu gün onu da əminliklə deyə bilərik ki, Ümummilli Liderimiz Heydər Əliyevin ruhu şaddır. Çünki onun başladığı Qarabağ davası müasir liderlik xarakterinizdən irəli gələn xüsusiyyətlər nəticəsində məntiqi sonluğuna – Zəfərinə qovuşub. Bu səbəbdən Sizə dövlət başçısı kimi fəaliyyətinizin 20 illiyi ilə bağlı ürəkdən gələn düşünclərimizi çatdırarkən, Azərbaycan torpaqlarının işğaldan tamamilə azad edilməsi, dövlətimizin suverenliyinin bütün ərazilərimizdə bərpası münasibətilə dərin təşəkkürümüzü də bildirməyi özümüzə borc sayırıq.
Möhtərəm cənab Prezident, ölkəmizə rəhbərliyiniz dövründə millətimizə nəhayətsiz sevinc və qürur hissləri yaşatdığınız üçün bir daha Sizə Azərbaycanın çoxminli jurnalistlər ordusu adından sonsuz minnətdarlığımızı çatdırır, qarşıdan gələn dövrdə Sizin rəhbərliyinizlə xalqımızın daha böyük nailiyyətlər əldə edəcəyinə, dövlətimizin şanlı qələbələr qazanacağınıza əmin olduğumuzu bildiririk.
Tanrı Sizi qorusun!
Tanrı Vətənimizi qorusun!”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

