Deputatlığa namizəd Cavanşir Paşazadə Lənkəranda seçicilərlə görüşüb
23.01.2020 [11:00]
Yeni Azərbaycan Partiyasının (YAP) 75 saylı Lənkəran-Masallı seçki dairəsindən deputatlığa namizədi Cavanşir Paşazadə parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.
Yanvarın 22-də deputatlığa namizəd Cavanşir Paşazadə Lənkəran şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.
Daha sonra C.Paşazadə rayonun Vilvan kəndində şəhid ailəsinə baş çəkib, onların problemlərilə maraqlanıb. O, dövlətimizin hər zaman şəhid ailələrini diqqət mərkəzində saxladığını söyləyib.
C.Paşazadə sonra bir sıra kəndlərdə seçicilərlə görüşüb. Görüş zamanı deputatlığa namizəd qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hərtərəfli şəkildə inkişaf edir. O cümlədən respublikamızın bölgələrinin də inkişaf dinamikası çox yüksəkdir: “Bilirsiniz ki, indiyə qədər regionların sosial-iqtisadi inkişafına dair dörd Dövlət proqramı qəbul olunub. Onların üçünün icrası yekunlaşıb və bu proqramlar nəticəsində bölgələrdə böyük işlər görülüb. Hazırda dördüncü proqramın icrası uğurla davam edir. Bu proqramlar çərçivəsində Lənkəranda da böyük quruculuq işləri həyata keçirilib”.
C.Paşazadə hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hərtərəfli islahatların həyata keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, siyasi, sosial-iqtisadi, mədəni-humanitar nailiyyətlərimizin hər biri məhz ardıcıl və sistemli islahatların nəticəsində mümkün olub: “Artıq dövlət hakimiyyətinin bütün qollarını əhatə edən islahatların qanunverici hakimiyyəti də əhatə etməsi ölkədə baş verən köklü yeniliklərdən irəli gələn sosial və siyasi sifarişdir. Bu baxımdan, dərinləşən islahatlara paralel olaraq siyasi islahatların davam etdirilməsi, indiki halda qanunverici orqanın yenilənməsi mühüm əhəmiyyət kəsb edir”.
Deputatlığa namizəd seçiciləri parlament seçkilərində daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Öz növbəsində seçicilər fevralın 9-da Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28

