YAP Sumqayıt şəhər təşkilatı Beynəlxalq Ahıllar Gününə həsr olunmuş sosial tədbir keçirib
01.10.2019 [09:40]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı 1 oktyabr - Beynəlxalq Ahıllar Gününə həsr olunmuş sosial tədbir keçirib. YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, 1992-ci ildə BMT Baş Məclisi tərəfindən “Ahılların müdafiəsi ilə bağlı qətnamə” qəbul edilib. Beynəlxalq Ahıllar Günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. 22 iyun 2001-ci il tarixindən “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədədir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2006-cı ildə “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq edilib. Azərbaycanda yaşlı insanların problemlərinə həssas münasibət bu gün də mövcuddur. Pensiya yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - deyən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir. Həmin islahatlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan verir. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Azərbaycanda ahıl insanlara dövlət qayğısı da ildən-ilə artır.
Beləliklə, 1 oktyabr - Beynəlxalq Ahıllar Gününü nəzərə alaraq ahıl insanlar ziyarət edilib. Ziyarət edilən 20 ahıla Yeni Azərbaycan Partiyası Sumqayıt təşkilatı tərəfindən hazırlanmış ərzaq bağlamaları təqdim edilib. Səmimi keçən görüşdə ahıllar öz xatirələrini bölüşüb, ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər. Öz növbəsində aksiya iştirakçıları bildiriblər ki, ahıllara yardım göstərmək, əl uzatmaq, qapılarını döymək, yaşadıqları ünvana üz tutmaq, könüllərini sevindirmək, ürəklərinə ümid işığı səpmək, təsəlli vermək hər birimizin borcudur.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28

