İranı çökdürən güc - QADIN!
04.03.2023 [10:25]
Mübariz FEYİZLİ
İran hakimiyyətinin davranışlarında dünya praktikasında çox nadir hallarda rast gəlinən daha bir bəd əməlin şahidi olduq. Söhbət bu dəfə qonşu ölkədə qadınların rejimin siyasi qəzəbinə tuş gəlməsindən gedir. Bir az da konkretləşdirək: Son vaxtlarda İranda hakimiyyət isteblişmentindən gələn sifarişlər əsasında zərif cinsin təmsilçilərinə qarşı mənəvi işgəncələr, zorakılıq da daxil olmaqla ən müxtəlif səpkili təzyiqlər artıb. Mollakratiyanın qadınlara qarşı diskriminasiya siyasəti həyata keçirdiyini bilirdik. Görünür, rejim bu istiqamətdə siyasətini daha da sərtləşdirmək və qadınların hüquqlarının, ictimai fəallıqlarının məhdudlaşdırılmasını hədəfləyən qadağalar siyahısını bir qədər də genişləndirmək qərarına gəlib.
İranın əbədi qadın problemi: Müasirliklə mühafizəkarlığın təzadı
Belə görünür ki, İran əbədi bir qadın problemi yaşayır. Məsələ burasındadır ki, indiki hakimiyyətdən əvvəlki rejimin dönəmində də bu ölkə qadın problem ilə çalxalanıb. Fərqli ideoloji baxışlar üzərində qurulan iki rejimin qadın siyasəti bir-birindən əks qütblərdə dayanır - biz əvvəlki və indiki rejimlərin qadın siyasətində müasirliklə mühafizəkarlığın kəskin təzadını müşahidə edirik. Əvvəlki hakimiyyətin dövründə Rza şah Pəhləvi qadınlar üçün bütün islami geyimlərin qadağan olunmasını özündə əks etdirən bir sənəd imzalamışdı. Həmin sənədə əsasən, qadının ictimai yerlərdə necə geyinməsi ilə bağlı heç bir qadağa yox idi. Hətta qadınların mini ətək, qısa köynək, şalvar, kostyum geyinməsi belə qadağan olunmurdu. Şah rejimi qadınların seçilmək, təhsil almaq və digər hüquqlarını tanıyırdı.
Ölkənin müasirləşdirilməsi adı ilə imzalanan bu sənəd İran cəmiyyətində birmənalı qarşılanmadı və bir sıra hallarda ona radikal münasibət sərgiləndi. Bu da təbii idi. Çünki şah rejimi hər nə qədər ölkənin müasirləşdirlməsinin əsas hədəf olduğunu bildirsə də, tarixi ənənələri, cəmiyyətin mühafizəkar kəsiminin mövqeyini də unutmamalı idi. Şahın imzaladığı sənəd güc tətbiq etməklə həyata keçirilirdi. Polisin qadınların çadrasını qoparıb atmaq hüququ var idi. Çadra taxan qadınlar döyülür, evlərdə axtarışlar aparılırdı. Müasirləşmə islahatlarına tabe olmaq istəməyən qadınlar küçələrə, ictimai yerlərə çıxmamağa üstünlük verirdilər. Müasirləşmə islahatlarında İranın birinci xanımı Fərəh Pəhləvi nümunə göstərilirdi. Xalq arasında Fərəh Pəhləvini Şərqin Ceki Kennedisi (ABŞ-ın keçmiş birinci xanımı) adlandırırdılar və o, bundan qürur duyduğunu gizlətmirdi.
Şah Rza Pəhləvinin siyasi iradəsi, onun xanımının nümunəsi və polisin dəyənəyi sayəsində İranda qadınların böyük bir qisminin, necə deyərlər, geyim islahatları ilə “müasirləşdirilməsi” baş tutdu. Ancaq bu, uzun sürmədi. 1979-cu ildə şah rejimi devrildi və hakimiyyətə gələn mollakratiya şəriət qanunlarını, o cümlədən də qadınlar üçün geyim qadağalarını ölkənin həyatına gətirdi. Yeni rejim qadınlar üçün sərt qadağalar müəyyənləşdirmişdi. İranlı jurnalist Feranak Amidi vəziyyəti qısa şəkildə belə təsvir edib: “İnqilabdan əvvəl cinsi ayrı-seçkilik yox idi. Amma 1979-cu ildən sonra məktəblər ayrıldı, bir-biri ilə qohumluq əlaqəsi olmayan kişilər və qadınlar ictimailəşmək üçün görüşəndə saxlanılmağa başladılar”.
Xomeyninin hakimiyyətə gəlişindən az sonra sərbəstliyə alışmış yüz minlərlə qadın Tehranın və digər şəhərlərin küçələrinə axışdılar. Bununla belə, onların etirazları yeni siyasi hakimiyyəti geyim qadağasını yumşaltmağa sövq edə bilmədi. Beləcə, İran qadınları çadra, hicab buxovunun və digər qadağaların əsirinə çevrildilər.
Rejimin siyasi qəzəbi
Artıq 1979-cu ildən bəri aldadılan, qorxudulan İran cəmiyyəti daha əvvəlki kimi yaşamamaqda israrlıdır. İnsanların qəlbindəki rejimə qarşı nifrət qığılcımının alova çevrilməsi bir an məsələsi idi. Bu an 13 sentyabr 2022-ci il tarixində məhz qadınlardan gəldi. Həmin tarixdə İranın əxlaq polisi hicab qaydalarını pozma ittihamı ilə gənc Məhsa Əminini həbsə aldı. Məhsa Əmini həbsə alınandan üç gün sonra dünyasını dəyişdi. Hakimiyyəti ciddi-cəhdlə təkzib etsə də, cəmiyyət “gənc qadının fiziki zorakılığın qurbanına çevrildiyi” qənaəti ilə etirazlara başladı. Həmin tarixdən beş aydan çox vaxt ötsə də, etirazlar səngimək bilmir. Ölkədə qadın hüquqları zəminində başlayaraq sözün əsil mənasında inqilaba çevrilən hərəkatın İran rejiminin sonunu yaxınlaşdırdığı artıq etiraf olunur.
Ölkədə geniş vüsət alan etirazlar fonunda İran rejiminin sabiq prezident Haşimi Rəfsəncaninin qızı Faizə Haşimini və ali dini rəhbər Seyid Əli Xameneyinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxaninin həbsə alınmaları da diqqət çəkir. Hər iki qadının həbsi siyasi motivlidir. Faizə Haşimi hökumət əleyhinə iğtişaşlarda fəal şəkildə iştirak edir və insanları aksiyalara qoşulmağa çağırırdı. Faizə Haşimi, həmçinin İranın hazırkı prezidenti İbrahim Rəisinin ünvanına dəfələrlə müxtəlif səpkili tənqidlər səsləndirib. “İbrahim Rəisi heç kimdir, bir qrup şəxs onu pərdə arxasından idarə edir”, - deyə sabiq prezidentin qızı KİV-ə müsahibələrinin birində vurğulayıb. Tehran rejimi belə tənqidlərə dözümsüzdür. Faizə Haşiminin ictimai fəallığı və fərqli siyasi baxışları onun barəsində bir neçə dəfə həbs qərarının çıxarılmasına səbəb olub. Sabiq prezidentin qızının son həbsi isə ötən il sentyabrın 27-də baş verib. Bu dəfə İran parlamentinin keçmiş deputatı Faizə Haşimi 5 il həbs cəzasına məhkum edilib.
İranın ali dini rəhbəri Seyid Əli Xameneyinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani barəsində də məhz ictimai fəallığına və fərqli siyasi baxışlarına görə bir neçə dəfə həbs qərarı çıxarılıb. O, sonuncu dəfə ötən il noyabrın 23-də həbsə alınıb. Qeyd edək ki, Fəridə Muradxani həbsindən bir neçə ay əvvəl məhbuslara dəstək kampaniyasına start vermişdi. Hüquq müdafiəçisi xüsusi ruhani məhkəməsi tərəfindən mühakimə olunaraq 15 il müddətinə həbs cəzasına məhkum edilib. “Qardaşım İran xalqının səsinə qulaq asmır, yanlış olaraq öz muzdlularının, yaltaqların, xalqın payını yeyənlərin çıxışlarını İran xalqının səsi hesab edir”. Bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneyinin bacısı, hazırda həbsdə olan Fəridə Muradxaninin anası Bədri Hüseyni Xameneyi müraciətində bildirib. Onun sözlərinə görə, Xameneyi günahsız insanları sıxışdırmaq və öldürməkdə Ruhullah Xomeyninin yolunu davam etdirir. B.Hüseyni İranın ali rəhbəri ilə əlaqələri kəsdiyini, əvvəllər insani vəzifəsi olaraq dəfələrlə xalqın səsini ona çatdırdığını da vurğulayıb.
Rejimin mənfur qisas əməliyyatı - gənc qızların kütləvi zəhərlənmələri
Qadın hərəkatının genişlənməsi ilə rahatlığını itirən və sonunun gəldiyini düşünən siyasi hakimiyyət zərif cinsin nümayəndələrinə qarşı qisas əməliyyatlarını ən müxtəlif formalarda həyata keçirir. Belə çirkin vasitələrdən biri də gənc qızların kütləvi şəkildə zəhərlənməyə məruz qalmalarıdır. KİV-də bununla bağlı kədərli statistika dərc olunur. Ötən ilin noyabrından bəri İranda ən azı 700-ə yaxın qızın zəhərləndiyi müəyyən edilib. Zəhərlənənlərin böyük əksəriyyəti məktəbli qızlardır. Hələlik zəhərlənənlər arasında ölənlər olmasa da, onlarla yeniyetmə qız tənəffüs problemi, ürəkbulanma, başgicəllənmə və halsızlıq kimi simptomlarla xəstəxanalara yerləşdiriliblər. İranın dini mərkəzi sayılan Qum şəhəri qızların kütləvi zəhərlənməsinin episentri sayılır. İlk zəhərlənmə hadisəsi 30 noyabr 2022-ci il tarixində Qumdakı Nur Texniki Liseyində qeydə alınıb. Bəhs olunan hadisə zamanı 18 şagird xəstəxanaya yerləşdirilib. Bundan sonra Qumda və ölkənin digər bölgələrində oxşar hadisələr daha bir neçə dəfə təkrarlanıb.
Gənc qızların kütləvi zəhərlənmələrə məruz qalmaları İranda ictimai narazılıqları artırıb. Fevralın ortalarında valideynlər Qum qubernatorluğu qarşısında etiraz aksiyası keçiriblər. “Uşaqlarımın təhlükəsizliyini təmin etməlisiniz! İki qızım var və mənim onları məktəbə buraxmamaqdan başqa çarəm yoxdur...”, - sosial şəbəkələrdə yayılan etiraz videolarından birində qışqıran qəzəbli ata belə deyib.
Aksiyalara qoşulan valideynlər qızların zəhərlənməsinin düşünülmüş plan əsasında həyata keçirildiyini bildiriblər. Vurğulanır ki, siyasi hakimiyyət genişlənən qadın hərəkatının qarşısını almaq, gənc qızları qorxutmaq üçün onların təhsildən yayınmalarının yeni üsulunu “icad” edib. “Bu, müharibədir!” - eyni videodakı qadın deyir. “Qumdakı qızlar liseyində bunlara əl atırlar ki, bizi evdə oturmağa məcbur etsinlər. Qızların evdə qalmasını istəyirlər!”
Nə qədər rəzil və mənəvi cəhətdən kasad olmalısan ki, bu yolla qisas almaq barədə düşünəsən. Belə görünür ki, rejimin təmsilçilərinin bütün mənəvi dəyərləri aşınıb. Əks halda, məktəblərdə, liseylərdə gənc qızların məqsədli şəkildə zəhərlənmələrini hansı məntiqlə izah edəsən?
Həbsə alınan qadınların məruz qaldıqları mənəvi işgəncələr
Öz hüquqları uğrunda mübarizə aparan qadınların, gənc qızların saxlanılaraq həbsxanalara salındıqda orada kütləvi şəkildə zorlanmaya məruz qaldıqları da gələn xəbərlər sırasındadır. Məsələn, 19 yaşlı Yalda Ağafazlı adlı qız ötən il oktyabrın 26-da Tehranda həbs edilib və 11 gün Qarak həbsxanasında saxlanılıb. Yalda Ağafazlı həbsdən çıxandan cəmi 5 gün sonra intihar edib. Ehtimal olunur ki, 19 yaşlı qızın intiharının səbəbi həbsxanada zorlanmaya məruz qalmasıdır. Almaniyada yaşayan azərbaycanlı jurnalist Çingiz Sultansoyun sözlərinə görə, o, İrandan qaçıb gəlmiş fars mühacirlərindən qadınların həbsxanada zorlanmasına dair ittihamlar eşidib. “Onların tanıdıqları həmvətənləri İranda saxlanılan qızını görmək üçün həbsxanaya gedib, qızdan soruşanda ki, “sənə daha nə gətirək?” o, cavab verib ki, “hamilə qalmamaq üçün həblər”. Buradan belə nəticə çıxır ki, İranda həbsxana və istintaq işçiləri məhbus qızları-qadınları kütləvi şəkildə zorlayırlar...”.
İrandan olan insan haqları müdafiəçisi Nərgiz Məhəmmədi ötən il mətbuata açıqlamasında demişdi ki, həbsxana rəsmiləri məhbus qadınların iradəsini sındırmaq üçün sistematik olaraq cinsi təcavüz və cinsi təhqirə əl atırlar. O, bunu özünün də başına gətirildiyini söyləmişdi.
İranda həbs olunmuş qadınlarla bağlı beynəlxalq hesabatlardan birində qeyd edilir ki, cəzaçəkmə müəssisəsinə salınan Nilufər Bəyani adlı ekoloq ölkə rəhbərliyinə məktub yazaraq 1200 saatlıq sorğu-sual zamanı məruz qaldığı işgəncələri detallı təsvir edib. Qadının sözlərinə görə, müstəntiqlər onu zorlama və ölümlə hədələyib, vəhşi heyvan səsləri çıxarmağa, seks oyunlarında iştiraka məcbur ediblər.
“Hicab amnistiyası” rejimin mahiyyətini dəyişmir
İndiyədək İran rejimi etirazları səngitmək məqsədi ilə müxtəlif tədbirlərə əl atıb. Bir tərəfdən, qeyd olunduğu kimi, bütün ölkə boyunca etirazlara qalxanlara qarşı ən qəddar davranış nümayiş etdirilir - çoxsaylı həbslər və edamlar İranın bugünkü mənzərəsini səciyyələndirir. Eyni zamanda, rejim müxtəlif manipulyativ tədbirlərə əl atmaqla islahatlar görüntüsü yaratmağa çalışır. İş o yerə çatıb ki, siyasi hakimiyyət ən əsas prinsipindən geri çəkilərək “baş örtüyü” islahatlarının anonsunu edib.
İran rejimi ölkədə baş verən hadisələr fonunda zərif cinsin təmsilçilərinə münasibətdə “hicab amnistiyası” elan etməsi və müəyyən dəyişikliklərin anonsunu verməsi sırf görüntü səciyyəsi daşıyır. Bu “islahatlar” rejimin özünü xilas etmək naminə əl atdığı son manipulyativ tədbirlərdir. Əslində isə “hicab islahatı”, bir qədər bundan əvvəl bəyan edilən amnistiya aktı rejimin mahiyyətini dəyişmir. Artıq hər kəsə bəllidir ki, mollakratiya məhz qadın hərəkatının güclü selində batacaq və çöküb məhv olacaq.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
02 İyun 21:02

Xəbər lenti
02 İyun 20:40

Xəbər lenti
02 İyun 20:25

Xəbər lenti
02 İyun 19:27

YAP xəbərləri
02 İyun 18:41

Dünya
02 İyun 18:17

Xəbər lenti
02 İyun 16:47

Xəbər lenti
02 İyun 16:40

Xəbər lenti
02 İyun 15:11

Xəbər lenti
02 İyun 14:48

Dünya
02 İyun 14:26

Xəbər lenti
02 İyun 13:18

Xəbər lenti
02 İyun 12:47

Xəbər lenti
02 İyun 12:43

Xəbər lenti
02 İyun 12:19

Xəbər lenti
02 İyun 12:15

Xəbər lenti
02 İyun 12:14

Xəbər lenti
02 İyun 12:06

İdman
02 İyun 11:55

MEDİA
02 İyun 11:40

Xəbər lenti
02 İyun 11:30

Xəbər lenti
02 İyun 11:27

İqtisadiyyat
02 İyun 11:22

Xəbər lenti
02 İyun 11:19

Sosial
02 İyun 11:15

Xəbər lenti
02 İyun 11:07

Xəbər lenti
02 İyun 11:07

Xarici siyasət
02 İyun 11:05

Xəbər lenti
02 İyun 11:04

Xəbər lenti
02 İyun 10:55

Xəbər lenti
02 İyun 10:46

Xəbər lenti
02 İyun 10:44

Xarici siyasət
02 İyun 10:42

Analitik
02 İyun 10:30

İqtisadiyyat
02 İyun 10:20

Gündəm
02 İyun 10:10

Siyasət
02 İyun 10:00

Xəbər lenti
02 İyun 09:26

Xəbər lenti
01 İyun 22:41

Xəbər lenti
01 İyun 22:36

Siyasət
01 İyun 21:43

Xəbər lenti
01 İyun 20:32

Xəbər lenti
01 İyun 20:26

Xəbər lenti
01 İyun 20:03

Xəbər lenti
01 İyun 19:59

Xəbər lenti
01 İyun 19:10

Gündəm
01 İyun 18:29

Siyasət
01 İyun 18:25

Xəbər lenti
01 İyun 18:06

Xəbər lenti
01 İyun 17:37

Xəbər lenti
01 İyun 17:07

Xəbər lenti
01 İyun 17:05

İqtisadiyyat
01 İyun 17:03

İqtisadiyyat
01 İyun 16:37

Dünya
01 İyun 16:28

Gündəm
01 İyun 16:13

Xəbər lenti
01 İyun 15:56

Dünya
01 İyun 15:35

Xəbər lenti
01 İyun 15:15

Xəbər lenti
01 İyun 15:13

Xəbər lenti
01 İyun 14:48

Xəbər lenti
01 İyun 14:19

Xəbər lenti
01 İyun 13:55

Xəbər lenti
01 İyun 13:41

Gündəm
01 İyun 13:37

Xəbər lenti
01 İyun 11:35

Analitik
01 İyun 11:30

Xəbər lenti
01 İyun 11:25

Xəbər lenti
01 İyun 11:20

Xarici siyasət
01 İyun 11:12
