Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
19.09.2025 [14:16]
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatında 19 Sentyabr 2025-çi il tarixində 20 Sentyabr- Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə İlk önçə Ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə partiya üzvü olan fəallar iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirdi ki, Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və müdrik rəhbərliyi sayəsində müstəqilliyimiz qorunaraq möhkəmləndirildi, dövlətçiliyimizin sarsılmaz təməlləri qoyuldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan öz suveren hüquqlarını tam şəkildə təmin etmiş, ərazi bütövlüyünü bərpa etmiş, regionun aparıcı dövlətinə çevrilmişdir. 2025-ci ildə Azərbaycan xalqı ilk dəfə bu günü rəsmi olaraq qeyd edir. Bu hadisə yalnız dövlətçilik tariximiz üçün deyil, həm də milli kimliyimizin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır. 20 Sentyabr – Dövlət Suverenliyi Günü yalnız hüquqi sənədin qəbul edilməsi faktı deyil, həm də xalqımızın müstəqillik iradəsinin, milli özünüdərk prosesinin, dövlət quruculuğu əzminin təntənəsi idi. Dövlət Suverenliyi Günü xalqımızın keçdiyi çətin, lakin şərəfli mübarizə yolunun xatırladılması və gələcək nəsillərə ötürülməsi üçün mühüm platformadır.
Tədbirdə çıxış edənlər:antiterror əməliyyatları zamanı şəhid olmuş leytenant Ömər Şirinovun atası Muğan Şirinov, Kəlbəcər rayon İcra Hakimiyyətinin şöbə müdiri Faiq Mehdiyev,rayon Həmkarlar İttifaqının sədri Əli Bağırov,9 nömrəli məktəbin direktor müavini Müzəffər Orucov və Su Suvarma Sistemləri İdarəsinin əməkdaşı Bilal Nuriyev bildirdilər ki, tariximizin müxtəlif mərhələlərində xalqımız saysız-hesabsız sınaqlara- məhrumiyyətlərə, işğallara məruz qalmışdır. Amma heç bir qüvvə xalqımızın müstəqillik iradəsini, dövlətçilik arzularını sarsıda bilməmişdir.
Qeyd etdilər ki, 2020-ci ilin Vətən müharibəsində və 2023-cü ilin anti-terror əməliyyatlarında Azərbaycan Ordusunun rəşadəti, xalqımızın birliyi və Ali Baş Komandanın qətiyyəti sayəsində 30 ilə yaxın davam edən işğala son qoyuldu. Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Dövlət bayrağımız Qarabağın hər guşəsində ucaldıldı, qanunsuz silahlı qruplaşmalar tərksilah edildi. Bu gün Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etmiş, suverenliyini tam şəkildə təmin etmişdir.
Tədbirdə partiya sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim olundu.
Xəbər lenti
Hamısına baxSosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20

