Biletlər “şərq ekspressinə” sifariş olunur...
28.02.2023 [10:52]
Avropadan Pekinə “yürüş”
Qlobal liderlik uğrunda mübarizənin mühüm tərəflərindən sayılan Çin prosesdəki yerini dəqiqləşdirməyə “qərar verib”. Başqa sözlə, rəsmi Pekin artıq bir ildir ki, davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı sükutunu pozmaqla diqqəti özünə cəlb edir. Qeyd edək ki, Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Day Bin Təhlükəsizlik Şurasının Ukrayna mövzusu üzrə iclasında çıxışı zamanı Çinin Moskva və Kiyevi ilkin şərt olmadan beynəlxalq ictimaiyyətin köməyi ilə danışıqları bərpa etməyə çağırdığını bildirib. “Diplomatik danışıqlar Ukrayna böhranını həll etməyin yeganə yoludur. Beynəlxalq ictimaiyyət sülh və danışıqları təşviq etməli, danışıqların bərpası üçün əlverişli platformalar yaratmaq və asanlaşdırmaq üçün təcili çalışmalıdır. Münaqişə tərəflərini danışıqlar masası arxasına çəkmək asan iş olmayacaq. Ancaq bu, siyasi həll yolunda ilk addımdır... Biz Rusiya və Ukraynanı ilkin şərt olmadan danışıqları bərpa etməyə çağırırıq. Ukrayna böyük dövlətlər arasında mübarizə meydanı deyil, heç kim bu münaqişədən Ukrayna xalqı hesabına faydalanmağa çalışmamalıdır”, - deyə diplomat qeyd edib.
“Qırmızı xətt heç vaxt keçilməməlidir. Nüvə müharibəsi aparılmamalıdır”, - deyən Day Bin bildirib ki, münaqişənin genişlənməsi riski ilə əlaqədar böyük dövlətlərin üzərinə xüsusi öhdəliklər düşür: “Kommunikasiya və koordinasiya kanallarını saxlamaq, böhranın qarşısını almaq üçün hər şeyi etmək lazımdır. Beynəlxalq ictimaiyyət atom elektrik stansiyalarına və ya digər dinc nüvə obyektlərinə edilən hücumlara qarşı səsini çıxarmalıdır.”
Eyni zamanda, rəsmi Pekin Rusiya və Ukraynanı beynəlxalq hüquq normalarına riayət etməyə çağırır. Beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinə hörmətlə yanaşmağın vacibliyini vurğulayır. Hətta savaşdan sonra Ukraynanın bərpa prosesinin beynəlxalq hüququn tələblərinə uyğun reallaşdırmağı, müharibədən sonra zərərçəkənlərin, eləcə də hərbi əsirlərin problemlərinin ədalətli həll olunmasını təklif edir.
Vurğulanmalıdır ki, bundan öncə də Çin tərəfi dəfələrlə Ukraynanın ərazi bütövlüyü ilə bağlı məsələdə birmənalı mövqe nümayiş etdirmişdi. O, bu məsələdə yaxın müttəfiqi sayılan Rusiyanın deyil Ukraynanın tərəfindən olduğunu bildirmişdi. Düzdür, bəzi ekspertlər bu amili Çinin özünün də yaşadığı “problemlərlə” əlaqələndirir - Tayvan məsələsinin hər zaman “açıq bomba” statusu daşıdığı vurğulanır. Amma, qlobal proseslər başqa söz deyir. Belə ki, Çinin özünü qarşıdakı və ya proqnozlaşdırılan proseslərdən sığortalamaq üçün “axına qarşı” hərəkət etmədiyini də iddia edənlər tapılır.
“Göy qanad”dan qopanları “qırmızı qanad” diqqətlə izləyir...
II Demokratiya Sammitinə qalmış müddət azaldıqca bəzi proseslər daha çox aydınlığa qovuşur. Burada xüsusi olaraq Qərb koalisiyasının administrativ addımları diqqəti cəlb edir:
- “Köhnə qitə”nin avrosentristləri prosesin nəticəsini görür və daha yumşaq nəticələr üçün çalışır;
- Anqlo-sakson ittifaqı isə qəti mövqedən bir addım geri çəkilmir - “bizim dediyimizi deməyən bizdən deyil” prinsipi hələ də onların əsas ideoloji xətti kimi çıxış edir.
Başqa sözlə, mərkəzçi avropalılar prosesin məntiqi nəticəsi kimi qütblərarası savaşın daha da güclənəcəyini düşünür. Şərti olaraq “göy qanad” adlandırılan qərb koalisiyası dünyada siyasi, hərbi və iqtisadi nizamı yenidən formalaşdıracaq. Beləliklə də, qərar vermək statusu da əl dəyişəcək - Avropa “beynəlxalq orbitr” funksiyasını Vaşinqtona təhvil verəcək. Artıq Brüssel və ya Haaqa dünyanın “ədalət kürsüsü” sayılmayacaq və hər hansı bir təsiretmə rıçaqına malik olmayacaq. Prosesin istiqamət aldığı bu yoldan dönmək üçün isə yalnız bir “tutacaq” var - Çin.
“Qırmızı qanad” adlandırılan Rusiya və müttəfiqləri isə prosesi diqqətlə izləyir. Onlar Avropanın yavaş-yavaş “göy qanad”dan qopduğunun fərqindədirlər və bu amildən maksimum istifadə etməyə çalışırlar.
Şərqə doğru genişlənmənin nəticələri: “köhnə qitə” Qərbə doğru “sıxışdırılır”
Avropanın bəzi qurum və strukturları açıq şəkildə olmasa da, dolayısı ilə ABŞ-ın Rusiya - Ukrayna müharibəsindəki rolundan narazıdır - Qərb Ağ evin Rusiyanı tam sıradan çıxarmağa çalışmadığını görür. Bununla yanaşı, tətbiq olunan iqtisadi sanksiyalar Rusiyadan daha çox Avropanı “çökdürür”. Avropanın “dərin dövləti” anlayır ki, son iki əsrdir davam edən anqlosakson-avrosentrist davası qəti şəkildə birincilərin qələbəsi ilə nəticəyə qovuşa bilər. Burada nəzərə alınmalı olan amillər çoxdur:
- ABŞ-ın hərbi gücü sayılan NATO-nun artıq Şərqi Avropaya can atması;
- ABŞ-ın daha vacib ərazi sayılan Şərqi Avropada “xilaskar” kimi qəbul edilməsi;
- Vaşinqtonun nüfuz dairəsini daha da gücləndirməklə Avropa Birliyi modelini gözdən salması.
Beləliklə, hər üç amil nəticə etibarı ilə bir nəticədə birləşir - Avropa İttifaqı dövlətlərin üzərində formalaşdırdığı inzibati nəzarətçi funksiyasını itirir. ABŞ ilə müqayisə olunası hərbi gücə, iqtisadi gücə malik olmayan (İngiltərə istisnadır - red) Avropa artıq özünün nicatını fərqli ünvanlarda axtarır. Pekinin BMT TŞ-da səsləndirilən son bəyanatı isə Avropa üçün “göydəndüşmə fürsət” sayılır.
Zelenski Pekindən “razıdır”...
Üstəlik bu fürsət Ukrayna tərəfindən də dəyərləndirilir. Belə ki, Ukrayna Prezidenti Vladimir Zelenski Çin Sədri Si Cinpin ilə görüşməyi planlaşdırır - bu barədə Zelenski mətbuat konfransında bildirib. “Mən bildiyimə görə, Çin Ukraynanın ərazi bütövlüyünü tanıyır. Bu da o anlama gəlir ki, Çin Rusiyanın bizim ərazimizdən çıxması üçün hər şeyi edə bilər”, - deyə o bildirib. Zelenski əlavə edib ki, bu görüş dünyada təhlükəsizliyə faydalı olacaq. Eyni zamanda, Ukrayna Prezidenti Çinin təklif etdiyi sülh planı ilə qismən razılaşdığını bildirib. Zelenskinin sözlərinə görə, Çinin təklif etdiyi sülh planında Ukraynanın maraqları üçün istifadə oluna biləcək məqamlar var - xüsusilə, ərazi bütövlüyü və nüvə təhlükəsizliyi məsələləri. “Hesab edirəm ki, sülh təşəbbüsündə ərazi bütövlüyünə hörmət var. Hansı ki, dövlətimizin ərazi bütövlüyü pozulub. Söhbət nüvə təhlükəsizliyindən də gedir. Bu, dünyanın, eləcə də dövlətimizin maraqları ilə üst-üstə düşür”, - deyə Zelenski bildirib.
Çin “köhnə qitə”ni xilas edə biləcəkmi?
Ukraynanın bu mövqeyi isə Avropanı hərəkətə gətirib. Artıq “köhnə qitədə” bütün “biletlər” “şərq eksperessinə” sifariş olunur. Faktlara nəzər salaq:
- Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel 2023-cü ilin birinci yarısında Çinə səfər edə bilərlər;
- Fransa Prezidenti Emmanuel Makron apreldə Çinə səfər edəcək.
Çinin Avropa Birliyindəki səfiri Fu Szun bildirib ki, Pekin Ukrayna məsələsində AB-nin bəzi mövqeləri ilə tam razı deyil, lakin bu məsələ Çin və Avropa arasında münasibətlərin inkişafına təsir göstərməməlidir. AB Ukrayna məsələsində həddən artıq emosional olmaqdan çəkinməlidir. İnsanların istəkləri ola bilər, amma həqiqətlə üzləşməlidirlər. Əks halda bu müharibə uzanacaq. Yəni, mövqelər daha da yaxınlaşdırıla bilər - ən azından ABŞ-ı Avropanı da sıradan çıxarmaq planından əl çəkdirəcək qədər...
Fransa prezidenti isə öz səfərini Pekinin sülh naminə Rusiyaya təzyiq göstərməyə çağırışı ilə əlaqələndirir. Hər bir halda məqsəd eynidir. Bu sıraya Almaniyanı da əlavə etmək olar. Almaniya müdafiə naziri Boris Pistorius bildirib ki, Çinin Ukraynadakı münaqişənin həlli ilə bağlı sülh təşəbbüsü təqdirəlayiqdir, lakin bunun ardınca tədbirlər görülməlidir. Tədbirlərin nə olacağını isə zaman göstərəcək...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
02 İyun 21:02

Xəbər lenti
02 İyun 20:40

Xəbər lenti
02 İyun 20:25

Xəbər lenti
02 İyun 19:27

YAP xəbərləri
02 İyun 18:41

Dünya
02 İyun 18:17

Xəbər lenti
02 İyun 16:47

Xəbər lenti
02 İyun 16:40

Xəbər lenti
02 İyun 15:11

Xəbər lenti
02 İyun 14:48

Dünya
02 İyun 14:26

Xəbər lenti
02 İyun 13:18

Xəbər lenti
02 İyun 12:47

Xəbər lenti
02 İyun 12:43

Xəbər lenti
02 İyun 12:19

Xəbər lenti
02 İyun 12:15

Xəbər lenti
02 İyun 12:14

Xəbər lenti
02 İyun 12:06

İdman
02 İyun 11:55

MEDİA
02 İyun 11:40

Xəbər lenti
02 İyun 11:30

Xəbər lenti
02 İyun 11:27

İqtisadiyyat
02 İyun 11:22

Xəbər lenti
02 İyun 11:19

Sosial
02 İyun 11:15

Xəbər lenti
02 İyun 11:07

Xəbər lenti
02 İyun 11:07

Xarici siyasət
02 İyun 11:05

Xəbər lenti
02 İyun 11:04

Xəbər lenti
02 İyun 10:55

Xəbər lenti
02 İyun 10:46

Xəbər lenti
02 İyun 10:44

Xarici siyasət
02 İyun 10:42

Analitik
02 İyun 10:30

İqtisadiyyat
02 İyun 10:20

Gündəm
02 İyun 10:10

Siyasət
02 İyun 10:00

Xəbər lenti
02 İyun 09:26

Xəbər lenti
01 İyun 22:41

Xəbər lenti
01 İyun 22:36

Siyasət
01 İyun 21:43

Xəbər lenti
01 İyun 20:32

Xəbər lenti
01 İyun 20:26

Xəbər lenti
01 İyun 20:03

Xəbər lenti
01 İyun 19:59

Xəbər lenti
01 İyun 19:10

Gündəm
01 İyun 18:29

Siyasət
01 İyun 18:25

Xəbər lenti
01 İyun 18:06

Xəbər lenti
01 İyun 17:37

Xəbər lenti
01 İyun 17:07

Xəbər lenti
01 İyun 17:05

İqtisadiyyat
01 İyun 17:03

İqtisadiyyat
01 İyun 16:37

Dünya
01 İyun 16:28

Gündəm
01 İyun 16:13

Xəbər lenti
01 İyun 15:56

Dünya
01 İyun 15:35

Xəbər lenti
01 İyun 15:15

Xəbər lenti
01 İyun 15:13

Xəbər lenti
01 İyun 14:48

Xəbər lenti
01 İyun 14:19

Xəbər lenti
01 İyun 13:55

Xəbər lenti
01 İyun 13:41

Gündəm
01 İyun 13:37

Xəbər lenti
01 İyun 11:35

Analitik
01 İyun 11:30

Xəbər lenti
01 İyun 11:25

Xəbər lenti
01 İyun 11:20

Xarici siyasət
01 İyun 11:12
