Ermənistan hərbi çevrilişin astanasında...
17.11.2021 [10:08]
Baş verən hərbi təxribat Ermənistanın daxili gərginliyindən qaynaqlanır
Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib. Azərbaycan Müdafiə Nazirliyinin bununla bağlı yaydığı məlumatda bildirilib ki, Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb. Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib: “Qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəş açıb. Nəticədə ilkin məlumata görə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Yaralılara dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların həyatları üçün təhlükə yoxdur”.
Məlumatda o da qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib. Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.
Genişmiqyaslı təxribat törətməklə qısa- müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi Yerevanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib.
Qeyd edək ki, məsələ ilə bağlı artıq Rusiya və İran dövlətlərinin rəhbərləri arasında telefon danışığı olub. Bundan başqa, Ermənistan tərəfi növbəti dəfə yalan məlumatlarla Azərbaycanı günahlandırmağa çalışıb.
Baş verənlərlə bağlı fikirlərini “Yeni Azərbaycan” qəzetinə bölüşən Milli Məclisin deputatı Arzu Nağıyev bu kimi erməni təxribatlarının sonunun antiterror əməliyyatları ilə nəticələnə biləcəyini düşünür. Onun fikrincə, nəyin bahasına olursa-olsun, ermənilər öz yerinə və mövqeyinə oturdulacaqlar: “Həm sülhməramlı qüvvələr, həm Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi işlərini daha ciddi qurmalıdır. ATƏT-in Minsk qrupunun həmsədrləri, böyük dövlətlər və təşkilatlar da bu məsələdə mövqe ortaya qoymalı, öz işlərini yalnız bəyanat verməklə bitmiş hesab etməməlidirlər”.
Millət vəkilinin fikrincə, Ermənistandakı revanşist qüvvələr bu kimi təxribatlarla həm də baş nazir Nikol Paşinyanın hakimiyyəti idarə edə bilməməsinə işarə vurur.
Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli isə sərhəddəki erməni təxribatlarının bu genişmiqyaslı hərbi əməliyyatlar üçün zəmin ola biləcəyini istisna edib. Onun fikrincə, ümumilikdə, vəziyyət gərgindir və gərginliyin məhz Laçın istiqamətində olmasının səbəbi də hərbi strateji əhəmiyyət məsələsidir: “Ermənistan Laçın ətrafında üstünlüyü ələ almağa çalışır. Bununla da gələcəkdə dəhlizin fəaliyyəti və istifadəsi zamanı üstünlük qazanmaq istəyir. Baş verənlərin səbəblərini izah etmək çox çətindir”.
Hərbi şərhçinin fikrincə, hazırda Ermənistanda daxili siyasi vəziyyət də olduqca gərgindir. Onun sözlərinə görə, Ermənistan hərbi çevriliş astanasındadır: “Ermənistan ordusunun yüksəkçinli zabitləri, generalları arasında mövcud siyasi rəhbərliyə qarşı kəskin münasibət var. Bu münasibətin hansı formada təzahür edəcəyi haqda indidən bir şey demək mümkün deyil. Dolayısı ilə Ermənistan ciddi siyasi dəyişiklik astanasında sayıla bilər. Bölgədə baş verən proseslərin də bununla sıx bağlılığı var”.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxDünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37

