Türkiyəli professor: “Ortaq türkcə könül körpümüzdür”
13.04.2022 [10:08]
Bu gün Türk Dövlətləri Təşkilatının (TDT) birgə əməkdaşlığında ortaq türkcə mövzusu aktual məsələlərdəndir. Ankara Gazi Universitetinin professoru Selma Yellə bu mövzuda müsahibəni təqdim edirik:
Sevil Hilalqızı Ünal
- Türkdilli dövlətlərin müştərək dil mövzusu son zamanlar niyə bu qədər əhəmiyyətli hal alıb?
-İnsanlar arasında ünsiyyəti təmin edən dil həm də özündə əsrlərin, qərinələrin təcrübəsini, biliyini, mədəniyyətini əks etdirir. Türklər də fərqli coğrafiyalarda qurduqları güclü dövlətlər sayəsində türk dilini bu günə qədər müxtəlif ləhcələrdə yaşatmaqdadırlar və türkcə lüğət zənginliyi ilə dünyanın ən qədim dillərindən biridir.
Keçmiş Osmanlı Ahıska vilayətinin Ahılkelek mahalından olan Tərəkəmə türkü Məhərrəm Erginə görə, türk millətini yaşadan beş gücdən birincisi hərbdir, ikinci, siyasət və idarəetmə, üçüncü, iqtisadiyyat, dördüncü, geosiyasət, beşinci isə sosial və mədəni gücdür. Bu baxımdan, bütün türk dövlətlərinin müsbət tərəfləri gücləndirilməli, zəif və problemli tərəfləri isə inkişaf etdirilməlidir. Bunun üçün də, ilk növbədə, ortaq türkcə lazımdır. Ortaq türkcə XXI əsr TDT-nin gücünə güc qatacağı üçün bu qədər əhəmiyyətlidir. Dil canlı və işlək bir funksiya olduğuna görə, bu proses heç vaxt durmamalıdır, hər zaman funksional və davamlı olmalıdır.
Bu gün Türkiyənin də daxil olduğu Türküstan coğrafiyasında ana dili türkcə olsa da, türkdilli dövlətlər hakim güc və mədəniyyətlərin təsirinə məruz qaldıqları üçün, köklü bir ağacın gövdələri olmaqlarına rəğmən biri-birilərini anlamaz hala gəliblər. Tarixdən bir örnək vermək istərdim. Hələ təxminən 745 əsr bundan öncə 15 May 1277-ci ildə Karamanoğlu Mehmet Bəy ərəbcə, farsca danışan saraydakılarla xalq arasındakı anlaşılmazlıqları görüb “bu gündən sonra divanda, dərgahda və bərgahda, məclisdə və meydanda türkcədən başqa heç bir dil işlədilməyəcək” fərmanını verərək təkcə siyasi və hərbi zəfər deyil, həm də mədəni zəfərə nail olub. Aradan yüz illər keçsə də türkdilli xalqların ünsiyyəti, əməkdaşlığı, birliyi üçün belə bir köklü islahatın aparılmasına ehtiyac duyulmaqdadır.
Hazırda Türk Dili Qurumunun (TDQ) lüğətində 616.767 söz olsa da, yazılı dildə təxminən 50 min sözün səmərəli istifadə edildiyi görünür. Bu səbəbdən də işlək olan 50 min sözlə ingilis dilini müqayisə edənlər “türk dili zəngin bir dil deyil” deyir və onun elm dili ola bilməyəcəyini iddia edirlər. Lakin belə bir ümumiləşdirmə aparmaq dilçiliyə görə yanlışdır. XX əsrin başlanğıcında 80 min civarında olan ingilis dili indi 400 mindən çox söz tərkibinə gətirilib. Diqqət edirsizsə, mən “gəlib” yox, “gətirilib” deyirəm.
Keçmişlə bu günün müqayisəsi aparılarsa, XI əsrdə yazılan “Divan-i Lügəti-t Türk”də 8624 söz olduğu halda, eyni dövrdə hazırlanmış Latın-İngilis lüğətlərindəki sözlərin sayı 3000-dir. Türkcə sözlər ingilis sözlərindən təxminən 3 dəfə çoxdur. Üstəlik, Kaşqarlı Mahmut bu lüğətə ancaq gündəlik dildə işlənən türkcə sözləri daxil etdiyini bildirir. Yəni o dövrdə az işlənən və ya keçmişdə işlənən sözlər daxil edilərsə, bu fərqin daha çox olacağı şübhəsizdir.
-Türk dili niyə bu vəziyyətə gəlib çıxıb?
-Çünki türkcəmizin saflaşdırılması, təmizlənməsi kimi cəhdlərdə ifrata yol verilib, ərəbcə və farsca olan kəlmələrin dilimizdəki işləkliyinə son qoyulması kimi yanlışlıqlar buna səbəb olub. Halbuki, bu sözlər Adriatikdən Çin Səddinə qədər bütün müsəlman türk toplumlarında ortaq mənalarda mövcud olub, türklərin fikirlərinin çatdırılmasında əhəmiyyətli rol oynayıb. Bunlar dilimizdə istifadə olunmadıqca, müvafiq ölkənin coğrafi mövqeyindən və aktiv mədəniyyətindən asılı olaraq rus, ingilis, fars və sair dillərində davam etdirilib. Bu mənada deyə bilərik ki, Atatürkün başlatdığı dil islahatını da lazımi səviyyədə dərk etmək mümkün olmayıb və xüsusilə 70-ci illərdən etibarən ideoloji yanaşmalarla dilin saflaşdırılması cəhdləri türkcəyə ciddi ziyan vurub. Bu zərər o qədər böyükdür ki, bilərəkdən və ya bilməyərəkdən türk dünyası arasındakı ünsiyyətə də böyük zərbə dəyib. Beləliklə, türk ləhcələri arasında da ciddi fərqlər yaranmağa başlayıb. Bir məsələni də deyim ki, Azərbaycanda hər kəsin Anadolu ləhcələrini daha asan anlaması, xalqımızın dilində yaşayan ifadələrin Azərbaycan türkcəsində şifahi və yazı dilində hələ də səmərəli şəkildə istifadə olunması ilə əlaqədardır.
-1926-cı ildən bəri türkdilli dövlətlərin birgə anlaşma dililə bağlı dəfələrlə müzakirələri olub, 1990-cı illərdən bu yana münbit mühit də formalaşıb, amma bu günədək niyə bu problem həllini tapmayıb?
-Bəli, 26 fevral 1926-cı ildə Bakıda türkologiya ilə əlaqədar qurultay keçirilib. Bu qurultayda Türkiyəni təmsil edən, mənim də böyük sayğı duyduğum Əli Bəy Hüseynzadə xüsusilə iki mövzu üzərində durub ki, bunun biri Türkiyə türkcəsinin türk dünyasında ortaq dil olaraq qəbul edilməsi, ikincisi isə ortaq əlifba olaraq latın əlifbasına keçilməsi idi. Qatılan əksər ölkələr bu fikrə dəstək versə də, sovet imperiyasının təzyiqləri ideyanın gerçəkləşməsinə imkan verməyib, türkçü aydınlar repressiyaya, sürgünlərə, qətllərə məruz qalıb.
Türkiyənin 1928-ci ildən sonra latın qrafikasına keçməsi müsbət bir addım kimi qiymətləndirilsə də, bu qərar bütün türk dünyasında qəbul olunmadı. İstanbul ləhcəsinin Türkiyədə yazı dili kimi qəbul edilməsindən sonra Azərbaycanla Türkiyə, iki qardaş ölkə arasında dil fərqi artmaqda davam etdi.
XIX əsrin sonlarından başlayan “dildə, fikirdə, işdə birlik” idealı ilə hərəkət etsəydik, bəlkə də bu gün bu problemlərin çoxundan danışmazdıq. Bu səbəbdən təcili qərarlar qəbul etmək və keçmişdən bəri türk dünyasının ortaq düşüncəsi olan yazı dilini bütün türk dövlətləri tərəfindən istifadəsinə başlamaq lazımdır. Mustafa Kamal Atatürk “Türk dili ən zəngin dillərdən biridir, yetər ki, bu dil şüurla işlənsin” ifadəsilə əslində bu problemin həlli yollarından birinə işarə edirdi.
1990-cı ildən bəri türk dövlətlərinin bu mövzu ilə əlaqədar toplantılar keçirməsinə rəğmən hələ də məsələnin həllini tapmamasına gəlincə, onu deyə bilərəm ki, başda Rusiya, ABŞ, İngiltərə olmaqla böyük imperialist güclər hər cəhdlə bu ideyanın gerçəkləşməsinə əngəl olurlar. Amma Türkiyə, Azərbaycan və digər türkdilli dövlətlərin birlikdəliyi bu əngəlləri aşmaq gücünü artırdıqca həmin qüvvələr zəiflədiyi üçün türk dünyası hədəfə daha da yaxınlaşır.
-Hazırda təxminən nə qədər sözlə türk dünyası bir-birini anlaya bilər, bununla əlaqədar bir araşdırma varmı?
- Ankara Universitetinin Türkcə və Xarici Dillər Tədqiqatı, Tətbiq Mərkəzinin (TÖMER) mütəxəssisi Halil Çağlara görə, türkcə ilə orta hesabla 400 kəlmə ilə anlaşıldığı halda, İngiltərədə orta hesabla 2 min tələffüz istifadə olunur. Digər türkdilli dövlətlərdə də vəziyyətin Türkiyədəki kimi olduğunu təxmin etmək çətin deyil. Bu səbəbdən TDT-nin əməkdaşlıq üçün başladacağı ortaq fəaliyyətlər təhsildə, incəsənətdə, musiqidə, kinoda, teatrda və hər şeydən əvvəl də ortaq dəyərlərimiz olan dilimizdə milliliyin təmin edilməsilə həyata keçirilməlidir.
Bunun üçün də türk qrammatikasına uyğun ümumi sözlər istehsal etmək və ya mövcud türk ləhcələrindən uyğun sözləri seçib ümumi istifadəyə təqdim etmək məqsədəuyğun olar.
-Mustafa Kamal Atatürk, Əli bəy Hüseynzadə, İsmayıl Qaspralı və bu kimi fikir adamlarımızın ideyalarının reallaşması üçün nə işlər görə bilərik?
-TDT artıq böyümək və güclənmək əzmindədir. Rusiya Federasiyasının tərkibində 52 muxtar türk respublikaları var deyə, Rusiyanın da bu təşkilatda müşahidəçi qismində olsa da yer alması qaçılmazdır. Odur ki, bu təşkilat nəzdində nələr edə bilərik, bunu belə ifadə etmək istərdim:
Peyk və internet imkanlarından istifadə etməklə milli məqsədlər üçün türk dünyasının diqqətini çəkəcək müxtəlif yayınlar etmək mümkündür. Məsələn, TDT-nin nəzdində nədən ortaq telekanal açılmır?
Bütün türk ləhcələrində, yazılı və vizual mediada ortaq dəyərlərimiz, sevincli, kədərli, ibrətamiz günlərimiz paylaşılmalı və yenidən xatırlanmalıdır, musiqinin universal dilindən istifadəyə, birgə musiqi mədəniyyəti verilişlərinin aparılmasına diqqət yetirilməlidir, ortaq tarixi hadisələr, mənəvi-mədəni dəyərlərdən bəhs edən seriallar çəkilməlidir. Məsələn, Birinci Dünya müharibəsi illərində Zeynalabdin Tağıyevin Şərqi Qara dənizdə yeməkxanalar və ruslara əsir düşən türk əsirlərə himayədarlıq etməsi bu günümüzə nə qədər məlumdur? Mağcan Cumabayev, Əli bəy Hüseynzadə, Zeynalabdin Tağıyev, Əli Şir Nəvai, Nuri Paşa və təbii ki, Atatürk, Heydər Əliyev və s. kimi tarixi şəxsiyyətlərimizdən bəhs edən təqdimatlara önəm verilməlidir. Yaxud İslam Ordusu tərəfindən Bakının azad edilməsi ilə yanaşı, son 44 günlük Vətən müharibəsində Türkiyənin dəstəkləri yeni nəsillərə düzgün və yaddaşlarına həkk olunacaq şəkildə çatdırılmalıdır. Bütün bunlarla da bu coğrafiyadakı övladlarımız məcburiyyət olmadan bir-birilərini anlamağa başlayacaq.
Akademik araşdırmalarda ortaq dil təcrübəsinin bazasını gücləndirmək və ortaq türkcəyə Türkiyə türkcəsini daxil etmək israrı əvəzinə bütün türk ləhcələrini daxil etmək olar. Bu baxımdan, Türkiyəli millət vəkili Tuğrul Türkeşin rəhbərlik etdiyi “Demokrasi Platformu”nun nəşrləri çox təqdirəlayiqdir.
Partnyor universitetlərin sayını artırmaqla yanaşı, birgə fakültələr, institutlar, elmi-tədqiqat və türk dili-türk ləhcələrinin tədris mərkəzlərini yaratmaq və onları cəlbedici mərkəzlərə çevirmək mümkündür.
Ortaq türk tarixinin yazılması, ortaq tarix dərsliklərinin yaradılması vacibdir. Bundan başqa, tarixi personajlar və hadisələrlə bağlı əsrlərdir, davam edən ideoloji ayrı-seçkilik baxışlarına son qoyulmalıdır. Məsələn, Yavuz Sultan Səlim və Şah İsmayıl, Əmir Teymur və Yıldırım Bəyazid kimi tarixi şəxsiyyətlərin qərəz olmadan bütün türk xalqlarına tanıdılması lazımdır.
Türkdilli xalqların nağıl qəhrəmanlarının, folklor nümunələrinin tanıdılması üçün hazırda Türkiyədə müəyyən irəliləyişlər var, bu nümunəni digər türkdilli dövlətlərdə də genişləndirmək yaxşı olardı.
Bütün türkdilli dövlətlər üçün keçərli olmaq üzrə dünya brendinə çevrilə biləcək məhsullar istehsal etmək, dizaynlar qurmaq lazımdır.
Təbii ki, bu fəaliyyətlərə müdaxilələr olunmaması üçün TDT ordusunun formalaşdırılması və ortaq iqtisadi sərmayələrin yatırılması prioritet olaraq həyata keçirilməlidir.
Hər kəs səmimi olaraq qəbul etməlidir ki, heç bir türk xalqı digər türk xalqından üstün və imtiyazlı deyil. Alınan tədbirlər bütün türk dünyasının ortaq maraqları üçündür. Bütün türk xalqlarının əcdadı Bilgə Xaqanın “Türk, Oğuz milləti, eşidin, göylər dağıtmasa, yerlər dəlinməsə, türk törəməsini kimsə yox edə bilməz!” nəsihəti çərçivəsində fəaliyyətinə davam edən Türk Dövlətləri Təşkilatının “yolu açıq olsun” deyirik!
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
27 Sentyabr 23:00

Xəbər lenti
27 Sentyabr 21:25

Xəbər lenti
27 Sentyabr 19:00

Xəbər lenti
27 Sentyabr 18:35

Siyasət
27 Sentyabr 18:04

Xəbər lenti
27 Sentyabr 17:25

Xəbər lenti
27 Sentyabr 16:46

Xəbər lenti
27 Sentyabr 16:34

Xəbər lenti
27 Sentyabr 16:08

Dünya
27 Sentyabr 16:05

Xəbər lenti
27 Sentyabr 15:21

Xəbər lenti
27 Sentyabr 15:13

İqtisadiyyat
27 Sentyabr 15:12

Xəbər lenti
27 Sentyabr 14:45

Siyasət
27 Sentyabr 14:42

Xəbər lenti
27 Sentyabr 14:39

Xəbər lenti
27 Sentyabr 14:17

Xəbər lenti
27 Sentyabr 14:10

Xəbər lenti
27 Sentyabr 14:08

Xəbər lenti
27 Sentyabr 13:54

Xəbər lenti
27 Sentyabr 13:32

Xəbər lenti
27 Sentyabr 13:12

Xəbər lenti
27 Sentyabr 13:00

Xəbər lenti
27 Sentyabr 12:54

Turizm
27 Sentyabr 12:32

Xəbər lenti
27 Sentyabr 12:24

Siyasət
27 Sentyabr 12:20

Xəbər lenti
27 Sentyabr 12:10

Xarici siyasət
27 Sentyabr 12:03

Xəbər lenti
27 Sentyabr 12:01

Xəbər lenti
27 Sentyabr 11:57

Xəbər lenti
27 Sentyabr 11:56

İqtisadiyyat
27 Sentyabr 11:51

Xəbər lenti
27 Sentyabr 11:48

MEDİA
27 Sentyabr 11:40

Xəbər lenti
27 Sentyabr 11:30

Xəbər lenti
27 Sentyabr 11:23

Sosial
27 Sentyabr 11:22

Siyasət
27 Sentyabr 11:10

Xəbər lenti
27 Sentyabr 11:09

İqtisadiyyat
27 Sentyabr 11:00

Siyasət
27 Sentyabr 10:50

İqtisadiyyat
27 Sentyabr 10:40

Siyasət
27 Sentyabr 10:30

Gündəm
27 Sentyabr 10:29

Siyasət
27 Sentyabr 10:20

Xəbər lenti
27 Sentyabr 10:18

Siyasət
27 Sentyabr 10:10

Xəbər lenti
27 Sentyabr 09:42

Gündəm
27 Sentyabr 09:30

Gündəm
27 Sentyabr 00:52

Gündəm
26 Sentyabr 23:37

Xəbər lenti
26 Sentyabr 21:59

Siyasət
26 Sentyabr 21:56

Gündəm
26 Sentyabr 21:54

Xəbər lenti
26 Sentyabr 19:09

Xəbər lenti
26 Sentyabr 18:13

Xəbər lenti
26 Sentyabr 18:09

Xəbər lenti
26 Sentyabr 17:40

Xəbər lenti
26 Sentyabr 17:06

Xəbər lenti
26 Sentyabr 16:30

Xəbər lenti
26 Sentyabr 16:15

Xəbər lenti
26 Sentyabr 16:13

Xəbər lenti
26 Sentyabr 16:07

Turizm
26 Sentyabr 16:05

Xəbər lenti
26 Sentyabr 15:45

Xəbər lenti
26 Sentyabr 15:00

Dünya
26 Sentyabr 14:47

Xəbər lenti
26 Sentyabr 14:36

Xəbər lenti
26 Sentyabr 14:25
