/ / Bakı ilə tanışlıq Dünya Xəbər Agentlikləri V Konqresinin və OANA-nın XVI Baş Assambleyasının iştirakçılarında zəngin təəssürat yaradıb
Bakı ilə tanışlıq Dünya Xəbər Agentlikləri V Konqresinin və OANA-nın XVI Baş Assambleyasının iştirakçılarında zəngin təəssürat yaradıb
16.11.2016 [09:43]
Noyabrın 16-18-də Bakıda Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasının iştirakçıları Azərbaycan paytaxtının görməli yerləri ilə yaxından tanış olublar.
AZƏRTAC xəbər verir ki, Bakının mərkəzi küçələri ilə avtobusla gəzinti zamanı qonaqlara paytaxtımızın qədim və yeni tikililəri, memarlıq abidələri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Bakı böyük elmi, mədəni və sənaye mərkəzidir. Azərbaycanın paytaxtı qədimliyinə, ərazisinin genişliyinə və əhalisinin sayına görə Şərqin ən böyük şəhərlərindən biridir.
Gəzinti zamanı qonaqlara dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və zəngin irsinin dərindən öyrənilməsinə və tədqiqinə yönəlib. Bundan əlavə, Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılmasına və təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir. Layihəsi 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən hazırlanan Mərkəz müasir Bakının simvollarından biri hesab edilir.
Qonaqlar Dənizkənarı Milli Park haqqında da məlumatlandırılıblar. Bildirilib ki, son illərdə Dənizkənarı Milli Parkda böyük tikinti və abadlıq işləri həyata keçirilib.
Sonra beynəlxalq tədbirlərin iştirakçıları İçərişəhərlə tanış olublar. Qız qalası abidəsinin qeyri-adi memarlıq xüsusiyyətləri, Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya qonaqlarda böyük maraq doğurub. İçərişəhərin qədim küçələri ilə gəzinti zamanı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən bu ərazidə həyata keçirilən təmir-bərpa və abadlıq işləri haqqında ətraflı məlumat verilib. İçərişəhər ərazisində dövlət tərəfindən mühafizə olunan müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələrinin yerləşdiyi qeyd olunub.
Şəhər gəzintisi Şərq memarlığının şah əsərlərindən biri olan dünya əhəmiyyətli “Şirvanşahlar Sarayı Kompleksi” tarixi-memarlıq abidəsi, “Alov qüllələri”, Dağüstü Park, Şəhidlər xiyabanı, Dövlət Bayrağı Meydanı, Azərbaycan Xalça Muzeyi və digər mədəniyyət ocaqları ilə tanışlıqla davam edib.
Qonaqlara ölkəmizin tarixi, mədəniyyəti, müstəqillik illərində qazandığı uğurlar, paytaxtımızda keçirilən beynəlxalq tədbirlər barədə geniş məlumat verilib.
Azərbaycanın paytaxtı ilə tanışlıq qonaqlarda zəngin təəssürat yaradıb.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47

