Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 121 yaşlı metropoliten...

121 yaşlı metropoliten...

24.10.2025 [08:32]

Nyu-York metrosu necə inşa edildi?

1904-cü il oktyabrın 24-də açılan Nyu-York metrosu dünyanın ən köhnə ictimai nəqliyyat sistemlərindən biridir. Nyu-York metropoliteni dünyanın ən çox istifadə edilən, eləcə də ən çox stansiyaları olan metropolitendir. XIX əsrin ikinci yarısında Nyu-York şəhərinin planlı inkişafının başlaması ilə ilk nəqliyyat problemləri ortaya çıxdı. Bunları həll etmək üçün şəhər rəhbərliyi fəal şəkildə dəmir yolları qurmağa başladı. Ancaq bu da vəziyyəti düzəltmədi. Nyu-Yorkda metrodan əvvəl 95 metrlik bir tunel var idi - sıxılmış havanın enerjisi ilə hərəkətə gətirilən pnevmatik dəmir yolu sayılırdı. Bu daha çox təcrübə layihəsi idi. Ancaq ilk həftədə bundan 11 min vətəndaş istifadə etdi, bir il sonra isə say təxminən yarım milyona çatdı. Amma bu tunel 1898-ci ilə qədər işləyə bildi - daha sonra sıradan çıxdı.

Əl əməyinin bəhrəsi...

Elə həmin il mühəndis Villiam Parsons yeni bir metro layihəsini təklif etdi. Ancaq bir problem onun həyata keçirilməsinə mane olurdu. Belə ki, 4 ilə 6 metr dərinlikdə uzanan yolda olan monolit qayalar işi on qat artırdı. Buna görə mühəndis mümkün olduğu yerlərdə - şəhər küçələri altında tunellər qazmağı təklif etdi. Dayaqlarda isə yüksək stansiyaların qurulması ideyası irəli sürüldü. Beləliklə, Nyu-York metrosunun inşasına başlanıldı. O günlərdə müasir insanlar üçün istifadə edilə bilən texnologiyalar hələ mövcud deyildi, buna görə də işlərin çox hissəsi əl ilə aparılırdı.

İki şirkətin rəqabəti...

İlk metro xətti 4 ildə tikilib. Metronun rəsmi açılışı 24 oktyabr 1904-cü ildə baş tutdu. Həmin vaxt 24 stansiya açıldı. 1905-ci ildə daha yeddi açıldı. Birinci xətt IRT tərəfindən tikilib. Sonra başqa bir şirkət bu işə qoşuldu. İki şirkət arasında inşaat üçün şiddətli rəqabət başladı. 1913-cü ildə şəhər rəhbərliyi hər iki şirkətlə müqavilələr bağladı. İnşaat isə o qədər də aktiv getmədi - kapital həcmi əhəmiyyətli dərəcədə artdı.

1932-ci ildə bu istiqamətdə IND dövlət şirkəti yaradıldı. 1940-cı ildə bu şirkət rəqibləri - BRT və IRT şirkətlərini satın aldı. Gələcək stansiyaların inşası isə artıq daha planlı şəkildə inşa edilməyə başlanıldı. Bir çox stansiyası yararsız olduğu üçün söküldü. 1953-cü ildə “New York City Transport Authority” yaradıldı. Nəticədə, dövlət metro üzərində tam nəzarəti əldə etdi.

Qeyd edək ki, Nyu-York metrosu hazırda dünyanın ən uzun beşinci metro sistemidir  - ümumi marşrut uzunluğu 368 km-dir. Metro sistemi 24 xətt və 472 stansiya ilə işləyir. Sistemdəki stansiyaların təxminən 60 faizi yeraltıdır.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 6 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Tarixdən gələcəyə

23 Oktyabr 11:20  

İqtisadiyyat

Siyasət

Bakıdan strateji addım

23 Oktyabr 10:15  

Yeni texnologiyalar

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31