Ortaq strateji məqsədlərə əsaslanan münasibətlər
23.10.2025 [15:46]
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən xarici siyasət kursunun prioritet istiqamətlərindən biri də beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və bu əsasda dost ölkələrlə münasibətlərin möhkəmləndirilməsidir. Bu, ölkə başçısının bütün sahələr üzrə atdığı praqmatik addımlar və aydın hədəflər nəticəsində mümkün olmuşdur. Çünki bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlarımızın qorunmasına hesablanmış uğurlu və dünya ölkələrinə nümunə olacaq xarici siyasət kursu həyata keçirilir. Bu siyasət kursunun nəticəsidir ki, dünya dövlətləri Azərbaycanla əməkdaşlıq etməyə can atır. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı əsas istiqamətlərdən birini təşkil edir.
Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır.
Azərbaycan ortaq tariximiz və köklərimiz olan Qazaxıstan dövlətilə daima dostluq, qardaşlıq əlaqələri qurmaqdadır. Bu gün Qazaxıstan və Azərbaycan müstəqillik yolunda inamla irəliləyən iki müstəqil dövlətdir. Dünya miqyasında hər iki ölkənin nüfuzu artmaqdadır. İstər iqtisadiyyat , istərsə də sosial sahədə yüksək inkişaf müşahidə edilməkdədir. Bu da hər iki ölkənin uğurlu xarici və daxili siyasətinin nəticəsidir. Aparılan siyasət dövlət və xalqın milli mənaefəyinə xidmət etməklə ölkələrin inkişafına böyük töhfə verməkdədir.
İkitərəfli münasibətlərin genişlənməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Belə ki, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən sonra Qazaxıstanla formalaşan əlaqələr onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi dövründə daha da inkişaf edib, keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.
Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına dövlət səfəri çərçivəsində Kasım-Jomart Tokayev ilə birgə mətbuata bəyanatla çıxışı, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında iştirakı, imzalanan sənədlər iki ölkə arasındakı əlaqələrin gələcək inkişafına təkan verəcək və Prezident İlham Əliyevin Qazaxıstana bu səfəri iki ölkə arasında strateji müttəfiqliyin daha da möhkəmləndirilməsinə gətirib çıxaracaqdır.
Azərbaycan və Qazaxıstan arasında siyasi dialoq və strateji tərəfdaşlıq 2025-ci ildə yeni keyfiyyət mərhələsinə yüksəlib. Səfər zamanı dövlət başçıları münasibətləri strateji müttəfiqliyə yüksəldən “Strateji Tərəfdaşlıq Müqaviləsinin 20 illiyi ilə bağlı Birgə Bəyanat”, “Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının 1-ci Qərarı” və “Xarici İşlər Nazirləri Şurasının Əsasnaməsinin təsdiq edilməsinə dair 2-ci Qərar” kimi mühüm sənədlər imzalayıblar.
Azərbaycan–Qazaxıstan ticarət əlaqələri həm həcm, həm də struktur baxımından mühüm dönüş mərhələsindən keçib. Ümumilikdə, 2020–2025-ci illərdə Azərbaycan–Qazaxıstan ticarət dövriyyəsi təxminən 3,8 dəfə artıb, bu da iki ölkə arasında iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə daxil olduğunu nümayiş etdirir.
Son illərdə Azərbaycanın Qazaxıstana ixracında sənaye və nəqliyyat sektoruna aid məhsulların payı artmaqdadır. 2025-ci ilin göstəricilərinə görə, minik avtomobilləri ümumi ixracda təxminən 35 faiz, neft-qaz sənayesi üçün borular və avadanlıqlar 17 faiz, dizel mühərrikli avtomobillər 10 faiz təşkil edib ki, bu ixrac strukturu Azərbaycanın Qazaxıstan bazarında re-eksport və sənaye təchizatçısı kimi rolunun möhkəmləndiyini göstərir.
Azərbaycanla Qazaxıstan arasında ikitərəfli biznes əlaqələri də genişlənir. Hazırda Qazaxıstanda 1500-ə yaxın Azərbaycan kapitallı şirkət, Azərbaycanda isə təxminən 150 Qazaxıstan müəssisəsi fəaliyyət göstərir. 2005-2025-ci illərdə Azərbaycan tərəfindən Qazaxıstana 424,6 milyon dollar, Qazaxıstandan isə Azərbaycana 156 milyon dollar həcmində investisiya yönəldilib. İki ölkə arasında investisiya əlaqələri də səfərin əsas gündəliyində durur. Beləliklə, səfər zamanı iki liderin iqtisadi əməkdaşlığın şaxələndirilməsi və qarşılıqlı investisiyaların genişləndirilməsi haqqında bəyan etdiyi hədəflər bu rəqəmlərlə birbaşa uzlaşır.
Səfər çərçivəsində Prezidenti İlham Əliyevin və Kasım-Jomart Tokayevin birgə iştirakı ilə “Orta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ümumi yük dövriyyəsində Qazaxıstan limanları ilə daşımaların payı illik təxminən 35 faiz təşkil edir. 2024-cü ildə bu həcm 2,6 milyon ton, 2025-ci ilin ilk doqquz ayında isə artıq 2,1 milyon ton səviyyəsində qeydə alınıb.
Prezident İlham Əliyevin Qazaxıstana bu səfəri iki qardaş dövlət arasında münasibətləri yeni strateji mərhələyə yüksəldib. Azərbaycan və Qazaxıstan arasında dərin tarixi köklərə, güclü siyasi iradəyə və ortaq strateji məqsədlərə əsaslanan münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına bax
Dünya
23 Oktyabr 19:37

Maraqlı
23 Oktyabr 19:15

Dünya
23 Oktyabr 18:52
YAP xəbərləri
23 Oktyabr 18:39

YAP xəbərləri
23 Oktyabr 18:24

YAP xəbərləri
23 Oktyabr 18:10

Analitik
23 Oktyabr 17:44

YAP xəbərləri
23 Oktyabr 17:44

Dünya
23 Oktyabr 17:25

YAP xəbərləri
23 Oktyabr 17:08

Dünya
23 Oktyabr 16:42

Sosial
23 Oktyabr 16:42

Elm
23 Oktyabr 16:41

YAP xəbərləri
23 Oktyabr 16:41

YAP xəbərləri
23 Oktyabr 16:40

YAP xəbərləri
23 Oktyabr 16:40

Maraqlı
23 Oktyabr 16:30

YAP xəbərləri
23 Oktyabr 16:14

Dünya
23 Oktyabr 15:48

YAP xəbərləri
23 Oktyabr 15:46

Siyasət
23 Oktyabr 15:40

Dünya
23 Oktyabr 15:22

YAP xəbərləri
23 Oktyabr 15:09

YAP xəbərləri
23 Oktyabr 15:03

YAP xəbərləri
23 Oktyabr 15:02

YAP xəbərləri
23 Oktyabr 14:55
YAP xəbərləri
23 Oktyabr 14:50

YAP xəbərləri
23 Oktyabr 14:50

Dünya
23 Oktyabr 14:42

YAP xəbərləri
23 Oktyabr 14:18

Dünya
23 Oktyabr 14:18

Dünya
23 Oktyabr 13:51

YAP xəbərləri
23 Oktyabr 13:40

Dünya
23 Oktyabr 13:26

Sosial
23 Oktyabr 12:46

Dünya
23 Oktyabr 12:44

Hadisə
23 Oktyabr 12:35

Dünya
23 Oktyabr 12:19

YAP xəbərləri
23 Oktyabr 12:13

Elm
23 Oktyabr 12:01

Gündəm
23 Oktyabr 11:46

Gündəm
23 Oktyabr 11:26

Siyasət
23 Oktyabr 11:20

İqtisadiyyat
23 Oktyabr 11:02

Siyasət
23 Oktyabr 10:56

Hərbi
23 Oktyabr 10:38

İqtisadiyyat
23 Oktyabr 10:25

İqtisadiyyat
23 Oktyabr 10:23

Siyasət
23 Oktyabr 10:15

Xəbər lenti
23 Oktyabr 10:14

Sosial
23 Oktyabr 10:11

Hadisə
23 Oktyabr 10:10

Yeni texnologiyalar
23 Oktyabr 09:57

İqtisadiyyat
23 Oktyabr 09:31

Analitik
23 Oktyabr 09:14
.jpg&width=120)
MEDİA
23 Oktyabr 08:52

Sosial
23 Oktyabr 08:30

Siyasət
23 Oktyabr 08:13

İdman
23 Oktyabr 08:01

YAP xəbərləri
22 Oktyabr 23:30

İdman
22 Oktyabr 22:46

YAP xəbərləri
22 Oktyabr 22:37

Dünya
22 Oktyabr 22:13

YAP xəbərləri
22 Oktyabr 21:52

Dünya
22 Oktyabr 21:35

YAP xəbərləri
22 Oktyabr 21:17

Analitik
22 Oktyabr 21:01

YAP xəbərləri
22 Oktyabr 20:42

YAP xəbərləri
22 Oktyabr 20:26

Dünya
22 Oktyabr 20:12
