Azərbaycan-Qazaxıstan əlaqələri strateji tərəfdaşlıq səviyyəsində dinamik inkişaf edir
23.10.2025 [16:40]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycan və Qazaxıstan prezidentlərinin dostluq münasibətləri hər iki dost dövlətlər arasındakı siyasi dialoqun yüksək səviyyədə olmasını təsdiq edir. Məhz iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olmasının nəticəsidir ki, son 3 ildə Prezident İlham Əliyev Qazaxıstana 7, Prezident Kasım-Jomart Tokayev Azərbaycana 6 dəfə səfər etməsi iki dövlət arasındakı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin göstəricisidir.
Ölkə Başçımızın Qazaxıstana rəsmi səfəri zamanı hər iki dövlət rəhbərlərinin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçiriməsi, iclasda dost ölkələrin münasibətlərinin yeni səviyyəyə qaldırılması istiqamətində atılacaq addımların müzakirə olunması da hər iki dövlət arasındakı dərin siyasi münasibətlərin yüksələn xətlə davam etdiyindən xəbər verir.
Azərbaycan və Qazaxıstan müstəqillik qazandıqları gündən indiyə kimi istər regionda və istərsə də beynəlxalq aləmdə bir-birinə dəstək verən iki strateji tərəfdaşdır. Bu gün Azərbaycan ilə Qazaxıstan arasında möhkəm təməllərə əsaslanan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri dövlətlərarası sənədlərdə deyil, real həyatda da Qazaxıstan Azərbaycan Respublikasına dəstəyini hər zaman hiss elətdirib.
2004-cü ilin may ayında Astanada Azərbaycanla Qazaxıstanın strateji tərəfdaşlığı ilə bağlı "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə" imzalanıb. 2005-ci ilin may ayında Bakıda "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə", 2022-ci ilin avqust ayında isə "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə" imzalanıb.
Qazaxıstanın ölkəmizlə əməkdaşlıq etməkdə maraqlı olduğu və bu istiqamətdə real addımlar atdığı oktyabrın 20-də ölkə Ptezidenti cənab İlham Əliyevin dost ölkəyə rəsmi səfəri zamanı bir daha təsdiqlədi. Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Kemeleviç Tokayevin “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasının 20 illiyi münasibətilə Birgə Bəyanatı”nı, “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə dair 1 saylı Qərarı”nı və “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirləri Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə 2 saylı Qərarı”nı imzalaması, ticari-iqtisadi, nəqliyyat, logistika, həmçinin strateji tərəfdaşlığa dair mühüm sənədlər sənədlərin mübadiləsi Azərbaycan-Qazaxıstan münasibətlərinin bütün müstəvilərdə sürətlə inkişaf etdiyinin təsdiqidir.
Onu da xüsusi olaraq qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsində, Azərbaycanın haqq, ədalət savaşında dost Qazaxıstan beynəlxalq platformalarda həmişə ölkəmizi dəstəkləyib, Azərbaycanla həmrəyliyə səs verib. Prezident cənab İlham Əliyevin Qazaxıstana dövlət səfəri Azərbaycan-Qazaxıstan dostluq münasibətlərini gələcəkdə daha da inkişaf etdirilməsinə mühüm töhfələr verəcək.
Xəbər lenti
Hamısına baxDünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16

