Azərbaycan–Qazaxıstan münasibətləri: dostluq, etimad və strateji əməkdaşlıq nümunəsi
23.10.2025 [16:14]
Azərbaycan və Qazaxıstan arasında rəsmi diplomatik münasibətlər 1990-cı illərin əvvəllərində formalaşıb.
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.
Azərbaycan və Qazaxıstan arasındakı münasibətlər müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Siyasi, iqtisadi, nəqliyyat-logistika, təhsil, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlıq sürətlə genişlənir. Hər iki ölkə üçün bu münasibətlər regional sabitlik və inkişaf üçün vacibdir. Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında əlaqələr təkcə regional deyil, həm də beynəlxalq səviyyədə qarşılıqlı etimad, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır. İki dövlət müstəqilliklərinin ilk illərindən etibarən bir-birinin suverenliyini, ərazi bütövlüyünü və milli maraqlarını dəstəkləyib, bu gün isə həmin əlaqələr yeni keyfiyyət mərhələsinə yüksəlib. Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır.
Təkcə son üç ildə Azərbaycan Prezidentinin Qazaxıstana yeddi səfəri, Tokayevin isə Azərbaycana altı səfəri bu münasibətlərin intensivliyini və strateji xarakterini təsdiq edir. Dövlət başçıları arasındakı müntəzəm görüşlər aktual məsələlərin operativ şəkildə həllinə, ortaq mövqelərin formalaşdırılmasına və əməkdaşlıq gündəliyinin irəli aparılmasına geniş imkanlar açır.
2025-ci il oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası keçirilib. İclasda Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi, qarşılıqlı ticarət və iqtisadi əməkdaşlığın inkişafı, nəqliyyat və enerji sahələrində birgə layihələrin təşviqi, eləcə də humanitar və mədəni əlaqələrin gücləndirilməsi məsələləri müzakirə edilib. Prezident İlham Əliyev çıxışında Azərbaycan və Qazaxıstan arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb və qarşılıqlı faydalı əməkdaşlığın davam etdiriləcəyini bildirib. Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib.
İkitərəfli əlaqələrə gəldikdə qeyd etmək yerinə düşər ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl verdiyi müsahibədə Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini deyib. Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlarda bir-birinə ardıcıl şəkildə dəstək göstərən iki dost dövlətdir.
BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Türk Dövlətləri Təşkilatı (TDT), ATƏT və Qoşulmama Hərəkatı çərçivəsində hər iki ölkə bir-birinin təşəbbüslərini dəstəkləyir və ortaq mövqelərlə çıxış edir. Xüsusilə Türk Dövlətləri Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycan–Qazaxıstan həmrəyliyi türk dünyasında birliyin möhkəmlənməsinə xidmət edir. Dövlət başçıları İlham Əliyev və Qasım-Comərd Tokayev dəfələrlə qeyd ediblər ki, iki ölkənin əməkdaşlığı təkcə ikitərəfli maraqlarla məhdudlaşmır, həm də bütün türk dünyasının inteqrasiyasına töhfə verir.
Azərbaycan və Qazaxıstan beynəlxalq hüququn prinsiplərinə — suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü — dərin hörmətlə yanaşırlar. Qazaxıstan Respublikası Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləmiş, 2020-ci il Vətən müharibəsi zamanı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini açıq şəkildə ifadə etmişdir.Eyni zamanda, Azərbaycan da Qazaxıstanın regional sabitlik, təhlükəsizlik və iqtisadi əməkdaşlıqla bağlı təşəbbüslərinə dəstək verir. İki ölkə arasında bu prinsipial yanaşma onların siyasi münasibətlərini etibarlı müttəfiqlik səviyyəsinə yüksəldib.
2005-ci ildə imzalanan Strateji Tərəfdaşlıq Müqaviləsi bu hüquqi əsaslardan biri sayılır. Azərbaycan və Qazaxıstan arasında imzalanmış iqtisadi və ticarət sənədləri, o cümlədən Ticarət və İnvestisiya Müqavilələri, iki ölkənin iqtisadi əlaqələrinin davamlı inkişafını təmin edir: Qazaxıstan Azərbaycana əsasən xammal və ərzaq məhsulları buğda və digərləri ixrac edir. 2025-ci ildə idxalın böyük hissəsi üç əsas kateqoriyadan ibarət olub: qızıl,buğda və xam neft. Azərbaycan da Qazaxıstan bazarına maşın, neft-qaz sənayesi üçün avadanlıq və s. ixrac etməyə başlayıb. Enerji sahəsində də əməkdaşlıq aktivləşib: İki ölkə arasında “Orta Koridor”ideyası əsas layihələrdən biridir: Qazaxıstandan yük daşımaları Xəzər dənizi vasitəsilə Azərbaycana, sonra Qafqaz və Türkiyə ərazisindən Avropaya yönəlir. Hazırda Qazaxıstan neftinin Azərbaycandan keçərək “Bakı‑Tbilisi‑Ceyhan boru kəməri” marşrutu ilə daşınması və bu həcmdə artım planları var. İki ölkə mədəniyyət, təhsil və humanitar sahədə də sıx əməkdaşlıq edir: tələbə mübadiləsi, mədəni günlər, film festivalları, universitetlər arası müqavilələr və s sahələrdə əməkdaşlıq edilir.
Parlamentlərarası əlaqələr mövcuddur; dostluq qrupları fəaliyyət göstərir. Həmçinin, bu əməkdaşlıq türk dünyası çərçivəsində də önəmli rol oynayır iki ölkə türk dövlətləri arasında inteqrasiyanın aparıcı qüvvələri kimi çıxış edir. Hər iki dövlət regional təhlükəsizlik məsələlərində bir-birini dəstəkləyir və birgə layihələrə maraq göstərir. Ölkələrimiz arasında təhsil sahəsində də əməkdaşlıq mövcuddur. 2022-2023-cü tədris ilinin əvvəlinə olan məlumata əsasən, Azərbaycanda 87 Qazaxıstan vətəndaşı təhsil alır. Bakı Dövlət Universitetində müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev adına Qazax Mərkəzi, Qazaxıstanda isə L.Qumilyov adına Avrasiya Milli Universitetində Heydər Əliyev adına auditoriya, Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində “Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi” fəaliyyət göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soykök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcək.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına bax
Elm
23 Oktyabr 19:52

Dünya
23 Oktyabr 19:37

Maraqlı
23 Oktyabr 19:15

Dünya
23 Oktyabr 18:52
YAP xəbərləri
23 Oktyabr 18:39

YAP xəbərləri
23 Oktyabr 18:24

YAP xəbərləri
23 Oktyabr 18:10

Analitik
23 Oktyabr 17:44

YAP xəbərləri
23 Oktyabr 17:44

Dünya
23 Oktyabr 17:25

YAP xəbərləri
23 Oktyabr 17:08

Dünya
23 Oktyabr 16:42

Sosial
23 Oktyabr 16:42

Elm
23 Oktyabr 16:41

YAP xəbərləri
23 Oktyabr 16:41

YAP xəbərləri
23 Oktyabr 16:40

YAP xəbərləri
23 Oktyabr 16:40

Maraqlı
23 Oktyabr 16:30

YAP xəbərləri
23 Oktyabr 16:14

Dünya
23 Oktyabr 15:48

YAP xəbərləri
23 Oktyabr 15:46

Siyasət
23 Oktyabr 15:40

Dünya
23 Oktyabr 15:22

YAP xəbərləri
23 Oktyabr 15:09

YAP xəbərləri
23 Oktyabr 15:03

YAP xəbərləri
23 Oktyabr 15:02

YAP xəbərləri
23 Oktyabr 14:55
YAP xəbərləri
23 Oktyabr 14:50

YAP xəbərləri
23 Oktyabr 14:50

Dünya
23 Oktyabr 14:42

YAP xəbərləri
23 Oktyabr 14:18

Dünya
23 Oktyabr 14:18

Dünya
23 Oktyabr 13:51

YAP xəbərləri
23 Oktyabr 13:40

Dünya
23 Oktyabr 13:26

Sosial
23 Oktyabr 12:46

Dünya
23 Oktyabr 12:44

Hadisə
23 Oktyabr 12:35

Dünya
23 Oktyabr 12:19

YAP xəbərləri
23 Oktyabr 12:13

Elm
23 Oktyabr 12:01

Gündəm
23 Oktyabr 11:46

Gündəm
23 Oktyabr 11:26

Siyasət
23 Oktyabr 11:20

İqtisadiyyat
23 Oktyabr 11:02

Siyasət
23 Oktyabr 10:56

Hərbi
23 Oktyabr 10:38

İqtisadiyyat
23 Oktyabr 10:25

İqtisadiyyat
23 Oktyabr 10:23

Siyasət
23 Oktyabr 10:15

Xəbər lenti
23 Oktyabr 10:14

Sosial
23 Oktyabr 10:11

Hadisə
23 Oktyabr 10:10

Yeni texnologiyalar
23 Oktyabr 09:57

İqtisadiyyat
23 Oktyabr 09:31

Analitik
23 Oktyabr 09:14
.jpg&width=120)
MEDİA
23 Oktyabr 08:52

Sosial
23 Oktyabr 08:30

Siyasət
23 Oktyabr 08:13

İdman
23 Oktyabr 08:01

YAP xəbərləri
22 Oktyabr 23:30

İdman
22 Oktyabr 22:46

YAP xəbərləri
22 Oktyabr 22:37

Dünya
22 Oktyabr 22:13

YAP xəbərləri
22 Oktyabr 21:52

Dünya
22 Oktyabr 21:35

YAP xəbərləri
22 Oktyabr 21:17

Analitik
22 Oktyabr 21:01

YAP xəbərləri
22 Oktyabr 20:42

YAP xəbərləri
22 Oktyabr 20:26
