Qəzzaya davamlı sülh nə vaxt gələcək?
23.10.2025 [09:14]
Qəzzada atəşkəs çox kövrəkdir. Bölgədə bir neçə günlük fasilədən sonra silahlar yenidən işə salınıb və çoxlu sayda insanın həyatına son qoyulub. Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitindən sonra atəşkəısin ilk dəfə pozulması oktyabrın 19-da baş verib. Həmin gün İsrail qüvvələri Qəzza zolağına zərbələri bərpa edib.
Tərəflər bir-birini günahlandırır
Oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın təşəbbüsü və siyasi iradəsi, həmçinin beynəlxalq birliyin dəstəyi sayəsində sülh razılaşmasının imzalanması Qəzza bölgəsi və bütün Yaxın Şərq coğrafiyası üçün ümid işığı kimi görünürdü. Qeyd edək ki, atəşkəsin bərpası HƏMAS və İsrail Trampın təklif etdiyi 20 bəndlik sülh planının birinici hissəsini qəbul etdikdən sonra baş tutub. Sənədi Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Qətər əmiri Şeyx Təmim bin Həməd əl Tani, ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.
Şarm əl-Şeyx razılaşmasının icrasına sammit başa çatdıqdan dərhal sonra başlanıldı. Yerli əhali atəşkəsin əldə olunmasını bayram kimi qarşıladı. Bölgəyə humanitar yüklərin daxil olmasına şərait yaradıldı, əsirləriin, girovların və cəsədlərin mübadiləsinə başlanıldı. Lakin görünür bunlar davamlı sülhün təmin edilməsi üçün yetərli olmayıb. “Clash Report”un “X” sosial şəbəkəsindəki hesabında yayımlanan videoda Qəzzanın mərkəzinin güclü zərbələrlə sarsıldığı görünür. Yarıdağılmış binalardan qalxan tüstü buludları ətrafı qaranlığa qərq edib.
Regionda yeni tarixin başlanğıcı kimi dəyərləndirilən Yaxın Şərq Sülh Sammitindən altı gün sonra atəşkəsin pozulmasına görə tərəflər bir-birini günahlandırırlar. İsrailin Baş naziri Binyamin Netanyahu Knessetdə çıxışı zamanı bildirib ki, HƏMAS-ın atəşkəsi pozmasına cavab olaraq Qəzza zolağına 153 ton bomba atılıb. Onun sözlərinə görə, hücum nəticəsində hərəkatın yüksək rütbəli komandirləri də daxil olmaqla onlarla hədəf məhv edilib. “Təəssüf ki, atəşkəs zamanı iki əsgərimiz həlak olub”, - deyə Netanyahu qeyd edib.
Təl-Əvivin ittihamlarına HƏMAS-dan cavab özünü çox gözlətməyib. Belə ki, öz növbəsində, HƏMAS atəşkəsi pozmadığını və Qəzza zolağının cənubundakı Rəfah şəhərində baş verən toqquşmalarla əlaqəsinin olmadığını bəyan edib.
Tərəflərin təkzibi fonunda sual yaranır: Əgər İsrail və HƏMAS atəşkəs razılaşmasına sadiq olduqlarını bildirirlərsə, bəs onda silahları kim işə salıb? Ehtimal olunan versiyalar haçalanır. Atəşkəs rejiminin bölgədə qarşıdurmanın uzanmasında maraqlı olan üçüncü qüvvələr tərəfindən pozulması ehtimalı böyükdür. Məlumdur ki, bəzi qüvvələr Qəzzada və bütövlükdə Yaxın Şərqdə öz maraqlarını proksi qurumların vasitəçiliyi ilə təmin etməyə çalışırlar. Həmin qüvvələr müharibə səhnəsində görünməsələr də, proseslərin idarə olunmasına öz təsirlərini bu və ya digər formada göstərirlər.
Dünyadan gələn reaksiyalar
Yaxın Şərq Sülh Sammitindən az sonra Qəzzanın yenidən qan gölünə çevrilməsinə dünya dövlətləri də biganə qalmayıblar. Qətər əmiri Təmim bin Həməd əl-Tani İsraili HƏMAS-ın mövqelərinə silsilə zərbələrdən sonra Qəzza zolağında atəşkəsi pozmaqda ittiham edib.
Bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb. “Biz İsrailin Fələstində yol verdiyi bütün pozuntuları, xüsusilə Qəzza zolağının insan həyatı üçün yararsız əraziyə çevrilməsini və atəşkəs rejiminin davamlı surətdə pozulmasını bir daha pisləyirik”, - deyə əmir bildirib.
Regionda sülhün bərqərar olması təşəbbüsünü irəli sürən və Misirdə Yaxın Şərq Sülh Sammitinin keçirlməsinə nail olan ABŞ Prezidenti Donald Tramp da əmindir ki, Qəzza zolağında atəşkəs rejiminin pozulması HƏMAS-ın rəhbərliyi tərəfindən sanksiyalaşdırılmayıb. Bu barədə o, Ağ Evdə Avstraliyanın Baş naziri Entoni Albanese ilə görüşü zamanı Qəzza zolağındakı vəziyyəti jurnalistlərə şərh edərkən deyib. “Mən inanmıram ki, bunu HƏMAS-ın rəhbərliyi edib”, - deyə ABŞ lideri bildirib.
Eyni zamanda, Tramp vurğulayıb ki, əgər vəziyyət gərginləşərsə, ABŞ HƏMAS-a qarşı qətiyyətli güc tətbiq etməyə hazırdır. Bu xüsusda fikirlərini ifadə edən D.Tramp “HƏMAS ilə bağlı vəziyyətimiz nisbətən kiçikdir. Əgər onlar özlərini düzəltməsələr, bu, çox tez həll olunacaq”, - deyə vurğulayıb.
D.Trampın başqa bir açıqlaması da diqqət çəkir. O, “Truth Social” hesabında bildirib ki, Yaxın Şərqdə bir sıra ölkələr Qəzzaya hərbi qüvvə göndərməyə hazır olduqlarını bəyan edib. “HAMAS-ın bizimlə razılaşmanı pozaraq pis hərəkətlərinə davam edəcəyi təqdirdə, bizim Yaxın Şərqdə və onun ətrafındakı əla müttəfiqlərimizin bir çoxu açıq-aşkar və qətiyyətli şəkildə, böyük həvəslə Qəzzaya hərbi qüvvə göndərmək fürsətini dəyərləndirərək mənim təklifimlə “bizim HAMAS-ımızı düzəltməyə” hazır olduqlarını mənə bildiriblər. Mən bu ölkələrə və İsrailə “hələ yox” cavabı verdim. Hələ də ümid var ki, HAMAS doğru olanı edəcək. Əgər etməsələr, onların sonu sürətli, şiddətli və qəddar olacaq”, - deyə Tramp xəbərdarlıq edib.
Türkiyə qüvvələri Qəzzada olacaqmı?
ABŞ administrasiyası Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinin tərkibini İsrailə məcburən qəbul etdirməyəcək, lakin Türkiyənin bu missiyada iştirakının konstruktiv olacağına inanır.
Bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens İsraildə keçirdiyi mətbuat konfransında deyib: “Biz İsrail dostlarımıza onların ərazisindəki xarici qoşunlarla bağlı heç bir şey təlqin etməyəcəyik, lakin inanırıq ki, türklər konstruktiv rol oynaya bilər və açığını desəm, onlar artıq çox konstruktiv rol oynayıblar. Buna görə onlara çox minnətdarıq”.
Vens, həmçinin bütün tərəfləri keçmiş münaqişə və onun müxtəlif ölkələr arasında yaratdığı parçalanmalara deyil, Fələstin anklavının gələcəyinə diqqət yetirməyə çağırıb.
İsrailin türk hərbiçilərinin beynəlxalq sabitləşdirmə qüvvələrinin tərkibində yer almalarına razılıq verəcəyini təsdiqləmək mümkün deyil. Təl-Əviv buna etirazını gizlətmir.Yeri gəlmişkən, bir qədər bundan əvvəl “Hürriyət” qəzeti Baş nazir Benyamin Netanyahunun Qəzzada sülh razılaşmasını pozmaq planı hazırladığına dair yazı dərc edib. Nəşr, həmçinin bildirib ki, İsrail tərəfi türk hərbçilərinin beynəlxalq sabitləşdirmə qüvvələrində yer almamasında israr edəcək.
Beləliklə, Qəzzada vəziyyət ağır olaraq qalmaqdadır. İzlənilən proseslər onu deməyə əsas verir ki, regionda davamlı sülhü qısa müddətdə və asanlıqla təmin etmək mümkün olmayacaq. Bundan ötrü beynəlxalq birlik daha qətiyyətli səy göstərməlidir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına bax
Sosial
23 Oktyabr 12:46

Dünya
23 Oktyabr 12:44

Hadisə
23 Oktyabr 12:35

Dünya
23 Oktyabr 12:19

YAP xəbərləri
23 Oktyabr 12:13

Elm
23 Oktyabr 12:01

Gündəm
23 Oktyabr 11:46

Gündəm
23 Oktyabr 11:26

Siyasət
23 Oktyabr 11:20

İqtisadiyyat
23 Oktyabr 11:02

Siyasət
23 Oktyabr 10:56

Hərbi
23 Oktyabr 10:38

İqtisadiyyat
23 Oktyabr 10:25

İqtisadiyyat
23 Oktyabr 10:23

Siyasət
23 Oktyabr 10:15

Xəbər lenti
23 Oktyabr 10:14

Sosial
23 Oktyabr 10:11

Hadisə
23 Oktyabr 10:10

Yeni texnologiyalar
23 Oktyabr 09:57

İqtisadiyyat
23 Oktyabr 09:31

Analitik
23 Oktyabr 09:14
.jpg&width=120)
MEDİA
23 Oktyabr 08:52

Sosial
23 Oktyabr 08:30

Siyasət
23 Oktyabr 08:13

İdman
23 Oktyabr 08:01

YAP xəbərləri
22 Oktyabr 23:30

İdman
22 Oktyabr 22:46

YAP xəbərləri
22 Oktyabr 22:37

Dünya
22 Oktyabr 22:13

YAP xəbərləri
22 Oktyabr 21:52

Dünya
22 Oktyabr 21:35

YAP xəbərləri
22 Oktyabr 21:17

Analitik
22 Oktyabr 21:01

YAP xəbərləri
22 Oktyabr 20:42

YAP xəbərləri
22 Oktyabr 20:26

Dünya
22 Oktyabr 20:12

YAP xəbərləri
22 Oktyabr 19:51

Dünya
22 Oktyabr 19:31

YAP xəbərləri
22 Oktyabr 19:14

YAP xəbərləri
22 Oktyabr 18:33

YAP xəbərləri
22 Oktyabr 18:09

YAP xəbərləri
22 Oktyabr 17:50

YAP xəbərləri
22 Oktyabr 17:49

YAP xəbərləri
22 Oktyabr 17:11

YAP xəbərləri
22 Oktyabr 17:10

YAP xəbərləri
22 Oktyabr 16:19

Siyasət
22 Oktyabr 16:05

YAP xəbərləri
22 Oktyabr 15:54

YAP xəbərləri
22 Oktyabr 15:38

YAP xəbərləri
22 Oktyabr 15:18

Gündəm
22 Oktyabr 14:57

Siyasət
22 Oktyabr 14:34

Siyasət
22 Oktyabr 14:33

Siyasət
22 Oktyabr 14:11

Sosial
22 Oktyabr 13:46

YAP xəbərləri
22 Oktyabr 13:24

YAP xəbərləri
22 Oktyabr 13:06

Gündəm
22 Oktyabr 13:02

Sosial
22 Oktyabr 12:57

Gündəm
22 Oktyabr 12:31

YAP xəbərləri
22 Oktyabr 12:29

YAP xəbərləri
22 Oktyabr 12:26

Elanlar
22 Oktyabr 12:21

İqtisadiyyat
22 Oktyabr 12:18

Siyasət
22 Oktyabr 12:15

YAP xəbərləri
22 Oktyabr 12:11

Hadisə
22 Oktyabr 12:03

Dünya
22 Oktyabr 12:02

İqtisadiyyat
22 Oktyabr 12:00

İqtisadiyyat
22 Oktyabr 11:59
