Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Tunis sahillərində miqrant qayığı batıb, azı 40 nəfər ölüb

Tunis sahillərində miqrant qayığı batıb, azı 40 nəfər ölüb

23.10.2025 [13:26]

Tunis sahilləri yaxınlığında qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində azı 40 nəfər həyatını itirib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, qayıqda ümumilikdə 70 miqrant olub və onlar qeyri-qanuni yolla Avropaya keçməyə cəhd ediblər. Hadisə nəticəsində 30 nəfər xilas edilib.

Qeyd edək ki, son illərdə Şimali Afrika sahilləri Avropa İttifaqının cənub sahillərinə qeyri-qanuni miqrasiya cəhdlərinin əsas marşrutlarından birinə çevrilib. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu kimi miqrant axınları zamanı qayıqların batması nəticəsində minlərlə insan həyatını itirib.

Paylaş:
Baxılıb: 692 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30