Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2019-cu ilin oktyabrı - Əli Kərimli Ramiz Mehdiyevi xilas edə bilmədi

2019-cu ilin oktyabrı - Əli Kərimli Ramiz Mehdiyevi xilas edə bilmədi

23.10.2025 [08:13]

2019-cu ilin payızı idi - bu payız olduqca dinamik və siyasi hadisələrlə zənginliyi ilə seçilirdi. Düşünürük ki, hadisələrə axırdan əvvələ doğru nəzər salsaq, daha açıq kontekst əldə etmək olar. Həmin ilin oktyabrın 23-də Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tutduğu vəzifədən azad edilmişdi. Bundan cəmisi 4 gün əvvəl, oktyabrın 19-da isə Bakıda redikül müxalifətin “Milli şura” adlanan kəsimi razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərmişdi. Bu aksiya cəhdindən 14 gün əvvəl, oktyabrın 11-də isə Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Ermənistanın faşizm siyasəti yürütməsini və faşizmi dəstəklədiyini rəsmi faktlarla sübut etmişdi. Sitat: “Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir”.

Bundan 8 gün əvvəl, yəni oktyabrın 3-də Azərbaycan Prezidenti Rusiyanın Soçi şəhərində keçirilmiş “Valday” Diskussiya Klubunda tarixi çıxış etmişdi. Çıxışdan sitat: “Həmçinin Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də “Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Aşqabaddakı erməni faşizminin faktlarla sübut edilməsi, Valdayda səslənən şüar Azərbaycanın öz torpaqlarını azad etmək uğrunda başlatdığı savaşın ilk əmri, ilk qığılcımı idi. Azərbaycan Prezidenti tarixi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ilə Ermənistana, onu dəstəkləyənlərə, ona havadarlıq edənlərə, havadarlıq edənlərə xidmət göstərənlərə xüsusi bir mesaj ünvanlamışdı - artıq o tarixi an yetişib!

Şübhəsiz ki, bu mesaj ölkə daxilində də mühüm yenilikləri, islahatları və təmizlənmələri özündə əks etdirirdi. Belə bir tarixi məqamda, Qarabağ uğrunda mübarizəyə start verildiyi anda, hədəfin Şuşa, Xankəndi göstərildiyi halda adını müxalifət qoyan məhdud bir qrupun Bakıda küçələrə çıxaraq qarşıdurma yaratmaq istəyi haradan doğa bilərdi? Ya, onlara xüsusi göstəriş verilmişdi, ya da...

Əli Kərimlinin patronajlığı altında olan “Milli şura”nın keçirdiyi aksiyada səsləndirilən şüarlar da diqqətçəkici idi - onlar bu dəfə hansısa ənənəvi “seçki” və ya “demokratiya” şüarı ilə ortaya çıxmamışdılar. Hədəf itaətsizliyi təşfiq etmək idi. Bəli, Əli Kərimlinin aksiya cəhdindən öncə sosial şəbəkələrdə səsləndirdiyi çağırışlara diqqət yetirsək orada nəzərdə tutduğu qarşıdurmaların “anonsunu” verdiyinin şahidi olardıq. Xalqı itaətsizliyə çağırmağa cəhd göstərən, “Sudan, Əlcəzair təcrübələri”ndən dəm vuran, qarşıdakı mərhələdə qanunu pozacaqlarını və bunun da müqabilində polis tərəfindən saxlanılacaqlarını deyən Ə.Kərimli “cızılan plan üzrə” hərəkət edirdi. Hətta BŞBPİ-nin xəbərdarlığının ardından sosial şəbəkələrdə belə bir çağırışın olunması bir daha ortada çirkin planı olduğunu sübuta yetirirdi. Demək ki, müxalifətin “düyməsinə” qarşıdakı proseslərə əngəl olmaq üçün basılmışdı.

Və... aksiya cəhdindən cəmisi 4 gün, Valday mesajlarından isə 16 gün sonra Ramiz Mehdiyev işdən azad edildi. Bütün kartlar açılmışdı - əlahəzrət məntiq deyir ki, 19 oktyabrda Bakıda icazəsiz aksiya keçimək istəyi Mehdiyevin 23 oktyabrda vəzifədən uzaqlaşdırılmasını əngəlləməyə hesablanmışdı. Bir daha tarixlərə diqqət yetirək - Bu o vaxt idi ki, Azərbaycan Vətən müharibəsinə hazırlaşırdı. Bu o vaxt idi ki, Prezident İlham Əliyev komandada təmizlənmə prosesini başlatmışdı...

MƏNSUR

Paylaş:
Baxılıb: 97 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Tarixdən gələcəyə

23 Oktyabr 11:20  

İqtisadiyyat

Siyasət

Bakıdan strateji addım

23 Oktyabr 10:15  

Yeni texnologiyalar

Sosial

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31