Mövcud olmayan sərhədlər...
05.10.2022 [10:23]
Ermənistan xarici missiyanı hara dəvət edir?
Rusiya və İranın ofsaytda qalmaları ilə razılaşacaqları real görünmür
Ermənistan KİV-lərində yer alan informasiyalara görə, bu ölkə sərhədlərində Rusiya qüvvələrinin Fransa və yaxud ABŞ missiyaları ilə əvəzlənməsi xəyallarına düşüb. Onilliklər boyu Ermənistanı ayaqda saxlamış Rusiyanın bu xəyanəti həzm edəcəyi mümkünsüz görünür.
Mübariz ABDULLAYEV
Məğlub Ermənistanda dövlət sərhədlərinin qorunması missiyasının xarici qüvvələrə həvalə edilməsi məsələsi yenidən aktuallaşıb. Son günlərdə Ermənistan cəmiyyətində bununla bağlı aparılan müzakirələr intensivləşib. Müxtəlif versiyalar səsləndirilir. Xüsusilə də, bu ölkənin dövlət sərhədlərinin qorunmasının xarici silahlı birləşmələrə həvalə olunması alternativi olmayan variant kimi təqdim edilir.
Sərhədlərini qoruya bilməyən dövlət
Baş nazir Nikol Paşinyan da məsələyə öz münasibətini bildirib. O, sentyabrın 28-də özünün “Twitter” səhifəsində etdiyi paylaşımda Ermənistanla Azərbaycan arasındakı sərhədlər (şərti sərhədlər-red.) boyunca beynəlxalq müşahidə missiyasının yerləşdirilməsinin zəruri olduğunu bildirib. Müstəqil ölkənin dövlət sərhədini kim qorumalıdır? Sual, bəlkə də, yerinə düşmür. Aydın məsələdir ki, müstəqil dövlətdən söhbət gedirsə, onun sərhədlərinin təhlükəsizliyinin təmin olunması da həmin dövlətin ən prioritet vəzifəsidir. Hər bir ölkə sərhəddən başlayır. Hansısa bir ölkə öz sərhədlərini qoruya bilmirsə, onun suverenliyindən danışmaq da absurddur. Belə görünür ki, üç onillik ərzində işğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə qaldıran, 44 günlük müharibədə isə məğlubiyyət acısı yaşayan Ermənistan indi suverenliyini təmin etmək iqtidarında olmayan bir vəziyyətdədir.
Əslində, baş nazirin sərhədlərin qorunmasının xarici qüvvələrə həvalə edilməsinin zəruriliyini dilə gətirməsi, ilk növbədə, ölkənin acınacaqlı durumunun etirafı kimi qəbul olunmalıdır. 44 günlük müharibə ermənilərin uydurduqları “yenilməz ordu” mifini darmadağın etdi. Bəlli oldu ki, bu ölkənin hərbi birləşmələrinin döyüş qabiliyyəti sıfıra bərabərdir, şəxsi heyətin peşəkarlığı və mənəvi ruhu çox aşağıdır. 44 gün ərzində Ermənistanın ordu adına ləkə olan hərbi birləşmələrinin silahlanmasına cəlb edilən fiziki və mənəvi cəhətdən köhnəlmiş texnika sıradan çıxardıldı. Şəxsi heyət böyük itkilərə məruz qaldı. Müharibənin başa çatmasından sonrakı iki ildə Ermənistan dağılmış ordusunu bərpa edə bilməyib. Bunu etməyə ölkənin ağır iqtisadi durumu və kasıb büdcəsi imkan vermir. Ermənistan rəhbərliyi yenə də gözləyir ki, xarici fondlar, erməni lobbisi ianələr, qrantlar ayırsın və bu vəsaitlərlə ordu yenidən formalaşdırılsın. Blef bir perspektivdir. Ermənistan ianələrlə, qrantlarla, yardımlarla ordu qurmağın acı təcrübəsini 44 günlük müharibədə yaşadı. Ucuz qiymətə alınan və yaxud bu ölkəyə havayı verilən silah-sursat döyüş meydanlarında bir işə yaramadı. Necə deyərlər, ucuz ətin şorbası olmur. Ermənistanın bir dəfə onu məğlubiyyətə aparan eyni ssenariləri təkrarlamaqdan başqa çıxış yolu yoxdur. Hətta Ermənistan üçün indi şərtlər daha da ağırlaşıb. Belə ki, hazırda ənənəvi müttəfiqlər də bir işə yaramayan, ayağını daim iki başmağa qoyan, həmişə sürüşkən mövqe sərgiləyən bu ölkəyə ucuz silahları belə göndərməyə həvəsli görünmürlər. Baş nazir Nikol Paşinyan ölkəsinin acınacaqlı durumuna hamıdan yaxşı bələddir.
Digər tərəfdən, Ermənistan cəmiyyətində orduya böyük inamsızlıq müşahidə olunur. 44 günlük müharibədə 10 min fərari qeydə alındı. Müharibədən sonra isə valideynlər övladlarını hərbi xidmətdən yayındırmaqdan ötrü müxtəlif vasitələrə əl atırlar. Son vaxtlarda Ermənistanı tərk edən gənclərin sayının kəskin artması ölkədə demoqrafik vəziyyəti də əhəmiyyətli dərəcədə ağırlaşdırıb. Nikol Paşinyan bütün bunların fərqindədir. O yaxşı başa düşür ki, hazırda Ermənistanın öz gücünə sərhədlərin qorunmasını təmin etmək qeyri-mümkündür. Bütün bunları nəzərə alan baş nazir sərhədlərin qorunmasının xarici qüvvələrə həvalə edilməsinin zəruriliyindən danışır.
“Bəlkədə qaytardılar”
Nikol Paşinyanın bəhs olunan paylaşımı sual yaradır: Söhbət Azərbaycanla Ermənistan arasında hansı sərhədlərdən gedir? Axı bu sərhədlər müəyyənləşdirilməyib. Postmüharibə dövründə qalib dövlət kimi heç bir imtiyazlar istəmədən, heç bir şərt diktə etmədən qarşı tərəfə sülh mesajları verən Azərbaycan iki ölkə arasında sərhədlərin mümkün qədər qısa zaman kəsiyində delimitasiya və demarkasiya olunmasının tərəfdarıdır. Ölkəmiz üçtərəfli Bəyanatın, Brüssel razılaşmalarının müddəalarına sadiq olduğunu dəfələrlə birmənalı şəkildə bəyan edib. Ancaq məğlub Ermənistanda Azərbaycanın nə sülh təşəbbüslərinə, nə də sərhədlərin müəyyənləşdirilməsi çağırışlarına adekvat cavab verilmir. Bu ölkədə müxalifətdə və iqtidar komandasında hələ də “bəlkə də qaytardılar” xülyası, revanşizm cəhdləri ilə yaşayan qüvvələr var. Ermənistan rəhbərliyi vasitəçilərin səyləri ilə müxtəlif məkanlarda, müxtəlif platformalarda baş tutan görüşlərdə sərhədlərin müəyyənləşdirilməsinə razılığını bildirsə də, ölkəsinə geri qayıtdıqda daxili auditoriyanın qəzəbindən qorxaraq vədlərindən geri çəkilir və sərhədlər boyunca təxribatlara rəvac verməklə bütövlükdə sülh prosesini ləngidir. İki ölkə arasındakı şərti sərhədlərdə sonuncu belə genişmiqyaslı təxribatlar sentyabrın 12-dən 13-nə keçən gecə törədildi və bu təxribatların qarşısı Ordumuzun bölmələri tərəfindən həyata keçirilən “Qətiyyətli cavab” əməliyyatı ilə alındı. Hərbi toqquşma nəticəsində Ermənistan növbəti dəfə böyük itkilərə məruz qaldı.
Burada başqa bir məqama da diqqət çəkmək istərdik. Ermənistan ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın Laçın və Kəlbəcər rayonlarını işğal altına almaqla özünün keçmiş Dağlıq Qarabağla coğrafi bağlantısını təmin etdi. Üç onillik ərzində bəhs olunan ərazilər nəzarətsiz zonaya çevrilmişdi. Bundan istifadə edən Ermənistan “dərə xəlvət, tülkü bəy” prinsipini əsas tutaraq sözügedən ərazilərdə öz sərhədlərini xeyli irəli çəkmiş və orada qanunsuz məskunlaşma aparmışdır. Ortada xəritələr var. Həmin xəritələrdən aydın görünür ki, Ermənistan həm keçmiş İttifaq rəhbərliyinin səxavəti ilə Azərbaycandan qopartdığı torpaqlar, həm də işğal dövründə sərhədlərini irəli çəkməklə öz ərazilərini genişləndirməyə nail olub. Forpost ölkədə elə zənn edilirdi ki, işğal sonsuzluğadək davam edəcək və qeyri-qanuni yollarla əldə olunan torpaqlar da həmişəlik onların nəzarətində qalacaq. Belə olmadı. Azərbaycan Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində İranla 132 kilometrlik, məğlub Ermənistanla 500 kilometrlik məsafədə əvvəlki sərhədlərə çıxdı. Ermənistanın son təxribatlardan sonra “ərazilərimiz işğal olundu” deyib vay-şivən qoparmasının heç bir izahı yoxdur. Ermənistan belə haray-həşir salmaqdansa, sərhədləri məlum xəritələrə əsasən geri çəkməlidir. Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra etdiyi çıxışında başqa bir vacib məsələdən bəhs edib. “İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz sərhədlərə çıxdıq. Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz buna görə Azərbaycan-Ermənistan sərhədində heç bir iş görməmişdilər”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Rusiyaya xəyanət
Regionda Ermənistanın əsas müttəfiqlərindən biri Rusiya hesab olunur. Son vaxtlaradək Şimal qonşumuzdan bu ölkəyə dəstək çoxistiqamətli olub - həm iqtisadi, həm də hərbi sektorları əhatə edib. O cümlədən Ermənistanın Türkiyə və İranla sərhədləri Rusiya hərbçiləri tərəfindən qorunur. 1992-ci ildə Ermənistanla Rusiya arasında bağlanmış sazişdə MDB-nin xarici hüdudları ifadəsi öz əksini tapıb. Həmin sənədə əsasən, Rusiya sərhəd qoşunları Ermənistanın sərhədlərini qoruyur. Hazırda məlum səbəblərdən Rusiyada vəziyyət gərginləşib. Ermənistan isə öz ənənəvi xislətinə uyğun olaraq tabeçilik ünvanını dəyişməyə, hazırda ona istədiyi qədər yardım, dəstək göstərməyən Rusiyadan qopmağa cəhdlər göstərir. Ermənistan KİV-lərində yer alan informasiyalara görə, bu ölkə sərhədlərində Rusiya qüvvələrinin Fransa və yaxud ABŞ missiyaları ilə əvəzlənməsi xəyallarına düşüb. Onilliklər boyu Ermənistanı ayaqda saxlamış Rusiyanın bu xəyanəti həzm edəcəyi mümkünsüz görünür.
Ermənistan, həmçinin 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli Bəyanatın müddəaları üzrə də Rusiyaya xəyanət etməkdə “cəsarətli” görünür. Üçtərəfli Bəyanatda Ermənistanın ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinə nəzarəti Rusiya hərbçilərinin həyata keçirməsi nəzərdə tutulub. Bəyanatda dəhlizlərlə bağlı iki öhdəlik öz əksini tapıb. Azərbaycan Laçın dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Respublikamız Laçın dəhlizinin əvvəlki marşrutuna alternativ yolun inşasını avqust ayında vaxtından əvvəl tamamladı. Ermənistan isə onun üzərinə düşən öhdəliklərdən yayınmağa çalışır. Əvvəla, bu ölkə müharibənin başa çatmasından sonra ötən iki ildə dəhlizin yaradılması istiqamətində hər hansı bir addım atmayıb. Digər tərəfdən, N.Paşinyan hökuməti gələcəkdə yaradılacaq dəhlizə nəzarət hüququnun Ermənistanda qalmasına nail olmağa cəhdlər göstərir. Ekspertlərin qənaətinə görə, Rusiya Ermənistanın bu xəyanətini də razılıqla qarşılamayacaq. Yeri gəlmişkən, Ermənistan ərazisində dislokasiya olunan Rusiyaya məxsus hərbi birləşmələr bir qədər bundan əvvəl Zəngəzur dəhlizinin keçəcəyi ərazilərdə xüsusi əməliyyat həyata keçirərək burada əlavə qüvvələr yerləşdirdilər. Bu xüsusi əməliyyatın keçirilməsi narkotik trafikinə qarşı mübarizə kimi izah edilir. Rusiya hərbçilərinin isə Ermənistan rəsmilərinə əzələ nümayişi ortadadır.
Dost olmayan ölkələrin missiyaları İranla sərhəddə?
Qonşu İran üç onilliyi əhatə edən işğal illərində dalan ölkəyə çevrilən Ermənistan üçün, sözün əsl mənasında, ümid qapısı sayılıb. Əgər Ermənistan tam şəkildə süqut etməyibsə, buna görə Rusiya ilə yanaşı, həm də İrana borcludur. İran da təcavüzkar Ermənistana açıq və gizli şəkildə hərtərəfli dəstək göstərib. Ancaq çörəyi dizinin üstündə olan Ermənistan üçün bu yaxşılıqları unutmaq, köhnə dostlara arxa çevirmək, onları əlcək kimi dəyişmək çox asandır. İndiki geosiyasi reallıqlar fonunda dost olmayan ölkələrin hərbi missiyalarını sərhədləri qorumağa dəvət etməklə, Ermənistan həm də İrana xəyanət sərgiləmiş olur. Dost olmayan ölkələrin hərbi missiyalarının regiona, qonşuluğa gəlməsi İran üçün qırmızı xətdir. Təsadüfi deyildir ki, Ermənistan cəmiyyətinin özündə də N.Paşinyanın sərhədlərin qorunması ilə bağlı yeni planları pessimist əhval-ruhiyyə ilə qarşılanıb. Yerli ekspertlər bildirirlər ki, belə təşəbbüslər irəli sürüləndə İranın mövqeyi mütləq nəzərə alınmalıdır. “İran qonşuluğunda dost olmayan ölkələrin hərbçilərinin zühr etməsi ilə heç vaxt barışmayacaq”. Bu fikri yerli mətbuata müsahibəsində İranşünas Qarik Misakyan ifadə edib. Onun sözlərinə görə ABŞ, İsrail qonşu dövlətin qara siyahısındadır. Ekspert bildirib ki, İran sərhədlərin qorunmasına xarici missiyaların cəlb olunmasına o halda razılaşa bilər ki, heyətlərin tərkibində bu ölkəyə məxsus hərbçilər də yer alsınlar. “Bizim hökumət unutmamalıdır ki, İran Ermənistanın təbii və real müttəfiqidir. İndiki halda iki ölkənin maraqları da üst-üstə düşür”, - deyə Q.Misakyan əlavə edib.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
28 Sentyabr 20:43

Xəbər lenti
28 Sentyabr 20:40

Xəbər lenti
28 Sentyabr 20:19

Xəbər lenti
28 Sentyabr 19:14

Xəbər lenti
28 Sentyabr 18:55

Xəbər lenti
28 Sentyabr 18:40

Xəbər lenti
28 Sentyabr 18:30

Xəbər lenti
28 Sentyabr 18:20

YAP xəbərləri
28 Sentyabr 18:00

Xəbər lenti
28 Sentyabr 17:23

Xəbər lenti
28 Sentyabr 17:20

Xəbər lenti
28 Sentyabr 17:14

Xəbər lenti
28 Sentyabr 16:25

Xəbər lenti
28 Sentyabr 16:22

Xəbər lenti
28 Sentyabr 16:16

İdman
28 Sentyabr 15:43

Xəbər lenti
28 Sentyabr 15:23

Dünya
28 Sentyabr 15:00

Xəbər lenti
28 Sentyabr 14:46

Xəbər lenti
28 Sentyabr 14:24

Xəbər lenti
28 Sentyabr 14:17

Xəbər lenti
28 Sentyabr 14:15

Xəbər lenti
28 Sentyabr 14:01

İdman
28 Sentyabr 13:58

Xəbər lenti
28 Sentyabr 13:52

Xəbər lenti
28 Sentyabr 13:31

Xəbər lenti
28 Sentyabr 13:21

Xəbər lenti
28 Sentyabr 13:11

Xəbər lenti
28 Sentyabr 13:08

Xəbər lenti
28 Sentyabr 12:58

Xəbər lenti
28 Sentyabr 12:56

Xəbər lenti
28 Sentyabr 12:53

Xəbər lenti
28 Sentyabr 12:52

Xəbər lenti
28 Sentyabr 12:50

Xəbər lenti
28 Sentyabr 12:35

Xəbər lenti
28 Sentyabr 12:33

Mədəniyyət
28 Sentyabr 12:28

İqtisadiyyat
28 Sentyabr 12:20

Xəbər lenti
28 Sentyabr 12:16

Xəbər lenti
28 Sentyabr 12:14

Mədəniyyət
28 Sentyabr 12:11

Siyasət
28 Sentyabr 12:05

Xəbər lenti
28 Sentyabr 12:04

Xəbər lenti
28 Sentyabr 11:57

Sosial
28 Sentyabr 11:54

Xəbər lenti
28 Sentyabr 11:41

Siyasət
28 Sentyabr 11:38

Xəbər lenti
28 Sentyabr 11:32

Xəbər lenti
28 Sentyabr 11:27

MEDİA
28 Sentyabr 11:20

Xəbər lenti
28 Sentyabr 11:15

Sosial
28 Sentyabr 11:10

Xəbər lenti
28 Sentyabr 11:02

Xəbər lenti
28 Sentyabr 10:58

Analitik
28 Sentyabr 10:55

Xəbər lenti
28 Sentyabr 10:50

Xəbər lenti
28 Sentyabr 10:44

Siyasət
28 Sentyabr 10:40

Xəbər lenti
28 Sentyabr 10:33

Xəbər lenti
28 Sentyabr 10:32

Xəbər lenti
28 Sentyabr 10:31

İqtisadiyyat
28 Sentyabr 10:30

Siyasət
28 Sentyabr 10:20

Gündəm
28 Sentyabr 10:10

Siyasət
28 Sentyabr 10:00

Xəbər lenti
28 Sentyabr 09:54

Xəbər lenti
28 Sentyabr 09:38

Xəbər lenti
27 Sentyabr 23:00

Xəbər lenti
27 Sentyabr 21:25

Xəbər lenti
27 Sentyabr 19:00
