“Azərbaycan” qəzetinin biblioqrafik göstəricisi nəşr olunub
18.10.2023 [10:59]
Bu yaxınlarda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Milli Mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli ilə elmi işim barədə söhbətimiz zamanı çox dəyərli bir kitabdan bəhs etdi. Kitab Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin orqanı olan “Azərbaycan” qəzetinin (1918- 1920) tam külliyyatının biblioqrafik göstəricisindən ibarət idi. Nəşrin özünəməxsusluğu bir xeyli diqqətimi çəkdiyindən həm oxumaq, həm də oxunmasına nail olmaq üçün kitaba nacizanə bir rəy yazmaq barədə Cahangir müəllimlə məsləhətləşdim...
Məlum olduğu kimi “Azərbaycan” qəzetindəki materiallar Azərbaycan Cümhuriyyətinin bilavasitə tarixini əks etdirir. Qəzetin səhifələrində Azərbaycan Hökumətinin qərarları, Parlament üzvlərinin çıxışları, paytaxtda və bölgələrdə baş verən hadisələrin təfərrüatları, müxtəlif təhlillər, xatirələr öz əksini tapıb. Günümüzdə xüsusi əhəmiyyət kəsb edən Qarabağ, Zəngəzur bölgələrinə dair materiallar yer alır. Eləcə də Azərbaycan Cümhuriyyətinin xarici dövlətlərlə münasibətləri, dövrün ab-havası müfəssəl şəkildə qəzetin səhifələrində əks olunur. Bu baxımdan qəzetin müxtəlif vaxtlarda transliterasiyası Azərbaycan Cümhuriyyəti tarixşünaslığında yeni bir səhifə açır və gələcək tədqiqatlar üçün mühüm stimul olacağına inam böyükdür.
İlk dörd nömrəsi Gəncədə, sonrakı nömrələri Bakıda nəşr edilən “Azərbaycan” qəzetinin 15 sentyabr 1918-ci il 28 aprel 1920-ci il tarixləri arasında 443 nömrəsi çapdan çıxıb. Qəzetin redaktorları müxtəlif vaxtlarda Ceyhun bay Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Üzeyir bəy Hacıbəyli və Xəlil İbrahim kimi dövrün qabaqcıl ziyalıları olub. Qəzet əksəriyyətlə 4 səhifə həcmində çıxsa da, bəzi nömrələrdə səhifələrin sayı fərqlilik göstərir. Hər səhifədəki sütunların sayı və səhifələrin ölçüsü, qəzetin çap olunduğu 19 ay yarımlıq müddət ərzində bir neçə dəfə dəyişib. “Azərbaycan” qəzetinin nüsxələri Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində, Azərbaycan Respublikasının Dövlət Arxivində, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda və Azərbaycan Milli Kitabxanasında pərakəndə halda saxlanılmaqdadır. Qəzetin müasir oxucu üçün əlçatan olması tariximizin Cümhuriyyət dövrü kimi zəngin səhifəsinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir.
Azərbaycan xalqının tarixi mirasını qorumaq və gələcək nəsillərə ötürmək işinə töhfə vermək olduqca əhəmiyyətli bir məqamdır. Bu baxımdan filologiya üzrə fəlsəfə doktoru Lalə Osman qızı Hacıyevanın hazırladığı biblioqrafik göstərici həmin külliyyata faydalı əlavə kimi qiymətləndirilə bilər. Pərakəndə şəkildə respublikanın müxtəlif kitabxanalarında saxlanılan “Azərbaycan” qəzetinin saylarını arayıb toplayan L.Hacıyeva, biblioqrafik göstəricilər qarşısında qoyulan qaydalara uyğun iş aparıb və mükəmməl biblioqrafik göstərici ərsəyə gətirib.
Kitabda Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin (1918-1920) səhifələrində işıq üzü görmüş bütün məqalə və yazıların biblioqrafiyası toplanılıb. Orijinal mətn ərəb qrafikalı əlifbadan latın qrafikalı müasir Azərbaycan əlifbasına köçürülüb. Biblioqrafiya ilə yanaşı mətndə çətin anlaşılan ərəb-fars sözlərinin lüqəti kitaba daxil edilib. Bu baxımdan nəşr jurnalistlər, ədəbiyyatşünaslar və tarixçilər üçün qiymətli mənbə sayıla bilər.
Lalə xanımın kitabın ön sözündə qeyd etdiyi kimi, bu mürəkkəb işdə o, yalnız olmayıb. Kitabın nəşrinə Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar institutunun professoru Raqub Kərimova və şərqşünas-alim, tərcüməçi Azad Ağaoğlu, habelə əlyazmanın transliterasiya redaktoru və lüğətin tərtibçisi, BDU-nun Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu böyük dəstək göstəriblər.
Xatırlatmaq yerinə düşərdi ki, bir neçə il əvvəl “Bakinski listok”un izinə düşmüş BDU-nun jurnalistika fakültəsinin əməkdaşı, filologiya elmləri namizədi, tədqiqatçı Lalə Hacıyeva ciddi axtarışlar nəticəsində qəzetin nüsxələrini Rusiya Milli kitabxanasında (Sankt-Peterburq) aşkar edə bilmişdi. Bununla mətbuat tariximizin araşdırılması işinə ciddi töhfə vermiş Lalə xanım həm də fədakarlıq göstərərək qəzetin bütün nüsxələrini qısa izah və şərhlərlə birlikdə kitab şəklində ictimaiyyətə təqdim etmişdi. Yəni H.Zərdabinin sizə təqdim edilən ilk mətbu məqaləsinin üzə çıxması da L.Hacıyevanın bu xidməti sayəsində mümkün olub.
Bu mənada, Lalə xanımın mətbuat tarixi və arxivlər sahəsindəki fəaliyyətini olduqca təqdirəlayiq hesab etmək olar.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

