Ermənistan törətdiyi təxribatlarla...
18.11.2021 [10:34]
Öz vəziyyətini ağırlaşdırır
Ermənistanın dövlət sərhədində törətdiyi təxribatlar onun üçün ciddi problemlər yaradır. Sərhəddə baş vermiş gərginliklə bağlı bəyanat verən Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan tərəfinin revanşizm mövqeyindən çıxış edərək hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyib. Bəyanatda qeyd olunur ki, bölgədə vəziyyətin gərginləşməsi və üçtərəfli bəyanatın icrasına maneələr törədilməsi məsuliyyəti bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə qarşı yönələn hər hansı təhdid və hərbi təxribatlar bundan sonra da adekvat şəkildə cavablandırılacaq.
Ümumiyyətlə, Ermənistan artıq neçənci dəfədir ki, bu tipli təxribatlar törədir və itirən tərəf də özü olur. Bütün bunlar onu göstərir ki, qarşı tərəf sülh çağırışlarına qarşı dirəniş göstərməyə cəhd edir.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bütün hallarda bu proses Ermənistanın əleyhinə işləyir: “Son təxribat onu göstərdi ki, Ermənistanın tutduğu yol yanlış yoldur və onu uçuruma aparır. Ermənistan anlamalıdır ki, yekun sülh müqaviləsini imzalamağa hazırlaşmalı və Zəngəzur dəhlizinin açılmasına şərait yaratmalıdır”.
Millət vəkilinin sözlərinə görə, Ermənistan təxribatlarla özünün vəziyyətini daha da ağırlaşdırıb: “Ermənistan Azərbaycan qarşısında müqavimət göstərə bilməz. Son təxribatlar göstərdi ki, yenidən Ermənistan özü rüsvay oldu. Ermənistanın müxtəlif niyyətləri ola bilər. Onlar müxtəlif yüksəklikləri əldə etmək, sərhədlərin müəyyən olunmasına, Zəngəzur dəhlizinin açılmasına mane olmaq, beynəlxalq aləmin yenidən diqqətini bura yönəltmək istəyirlər. Dünəndən xarici mətbuatı izləyirəm, hiss olunur ki, əvvəldən bu prosesə hazırlıq görülüb. Artıq müəyyən təşkilatlara, dini qurumlara müraciətlər olunub ki, guya Azərbaycan təxribat törədir. Bununla da yekun sülh müqaviləsinin vaxtını uzatmaq, yenidən bu məsələnin həll olunmadığını göstərməyə çalışırlar”.
Deputat qeyd edib ki, bütün hallarda Ermənistanın etdikləri bölgə üçün müsbət heç nə vəd etmir: “Ermənistan və havadarları anlamalıdırlar ki, bölgənin təhlükəsizliyi üçün sülh lazımdır. Son hadisələr onlara dərs olmalıdır. Ermənistan hərbi texnikasını, əsgərini itirdi, nə qədər əsgəri əsir götürüldü. Eləcə də hakimiyyət İrəvanın mərkəzində əhali narazılığı ilə üzləşdi. Hesab edirəm ki, Paşinyan məsuliyyəti üstünə götürərək sülh müqaviləsini bağlamalı, Zəngəzur dəhlizinin açılmasına şərait yaratmalıdır”.
Xankəndini təmsil edən millət vəkili Tural Gəncəliyev isə hesab edir ki, ermənilər sərhədlərin delimitasiyası və demarkasiyasından imtina etmək, sülh prosesinin tam bərqərar olmasını gecikdirmək məqsədi ilə bu təxribatlara əl atıblar: “Ermənistanın Azərbaycanın dövlət sərhədində törətdiyi təxribat xarakterli hadisə sırf revanşist siyasi-hərbi rəhbərliyin ideoloji xəttindən irəli gəir. Təəssüflər olsun ki, onlar hələ də reallığı qəbul etmək istəmirlər. Sərhəd delimitasiyasından, demarkasiyasından imtina etmək, sülh prosesinin tam bərqərar olmasını gecikdirmək məqsədi ilə bu təxribata əl atdılar. Təəssüf ki, 7 şəhidimiz, 10 yaralımız var. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin. Bu təxribat xarakterli hadisənin cavabı verildi, yenə də veriləcək. Hesab edirəm ki, Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanımadıqca, yekun sülh sazişi ilə bağlı Azərbaycan tərəfinin təklif etdiyi məsələlərə konstruktiv yanaşmadıqca, bu təxribat xarakterli hadisələri davam etdirərsə, bütün məsuliyyət onların üzərinə düşəcək”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

