Meksikanın nüfuzlu jurnalında Azərbaycanla bağlı silsilə məlumatlar dərc olunub
24.05.2026 [12:21]
Meksikanın dövlət qurumları, parlamenti, akademik dairələri və ölkədə akkreditə olunmuş diplomatik korpus nümayəndələri arasında geniş oxucu auditoriyasına malik olan “Mundo Internacional” jurnalının növbəti buraxılışında Azərbaycanla bağlı bir sıra geniş materiallar dərc edilib.
AZƏRTAC xəbər verir ki, jurnalın üz qabığında isə Bakının müasir memarlığını və şəhərin dinamik inkişafını əks etdirən görüntü yer alıb.
Nəşrdə son aylarda Azərbaycan nümayəndə heyətlərinin Meksikaya həyata keçirdiyi yüksəksəviyyəli səfərlər və iki ölkə arasında inkişaf edən əməkdaşlıq münasibətləri ətraflı işıqlandırılıb.
Jurnalda cari il fevralın 9-13-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyətinin Meksikaya səfərinə xüsusi yer ayrılıb. Materialda səfər çərçivəsində Meksika–Azərbaycan Dostluq Qrupunun təsis iclasının keçirildiyi qeyd olunub. Eyni zamanda, Meksika Deputatlar Palatasının həyətində “Azərbaycan Respublikası Milli Məclisi və Meksika Deputatlar Palatası arasında parlamentlərarası əməkdaşlıq və dostluğun simvolu” kimi Azərbaycandan gətirilmiş zeytun ağacının əkilməsi mərasimi barədə məlumat verilib.
Jurnalda nümayəndə heyətinin Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev və səfirlik əməkdaşları ilə birlikdə Tlakskoake–Xocalı meydanında yerləşən “Xocalı soyqırımı” abidəsini ziyarət etməsi, faciə qurbanlarının xatirəsinə əklil qoyması da diqqətə çatdırılıb.
Bundan başqa, nümayəndə heyətinin Meksikanın Xarici İşlər Nazirliyinə bağlı diplomatların hazırlanmasına cavabdeh olan Matías Romero adına İnstitutun baş direktoru Xuan Xose Bremer de Martino ilə görüşü və Səməd Seyidovun həmin institutda keçirdiyi mühazirə geniş işıqlandırılıb.
Nəşrdə, həmçinin Meksika Senatı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Meksikanın Ümumdünya İrs Şəhərləri Milli Assosiasiyasının dəstəyi ilə Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən Senat binasında təşkil olunan “İçərişəhər – canlı şəhər irsi” adlı fotosərginin açılışı barədə məlumat verilib. Məqalədə sərginin Azərbaycanın tarixi-mədəni irsinin Meksikada tanıdılması baxımından əhəmiyyət daşıdığı vurğulanıb.
Jurnalın xüsusi bölmələrindən biri də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun nəşrin redaktoru Karmen Mihalaskuya verdiyi müsahibəyə həsr olunub. Müsahibədə Fuad Muradovun Meksikaya səfərinin məqsədləri, keçirilən yüksəksəviyyəli görüşlər və Azərbaycan ilə Meksika arasında diaspora sahəsində əməkdaşlığın inkişaf perspektivləri barədə ətraflı məlumat təqdim edilib.
Məqalədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Meksika Xarici İşlər Nazirliyinin Xaricdə Yaşayan Meksikalılar İnstitutu arasında Anlaşma Memorandumunun imzalanmasının iki ölkə arasında humanitar və ictimai əlaqələrin gücləndirilməsi baxımından mühüm addım olduğu qeyd olunub.
Eyni zamanda, Meksikada yaşayan azərbaycanlılarla keçirilən görüşlər, diaspor təşkilatlarının fəaliyyəti, Azərbaycan evlərinə göstərilən maliyyə dəstəyi mexanizmləri və səfirliklərlə həyata keçirilən birgə layihələr barədə də ətraflı məlumat yazılıb.
“Mundo Internacional” jurnalında dərc olunan bu materiallar Azərbaycan ilə Meksika arasında siyasi, parlamentlərarası, mədəni və diaspora sahələrində əməkdaşlığın genişlənməsinin növbəti göstəricisi kimi qiymətləndirilir.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

