Azərbaycan üzərinə götürdüyü qlobal məsuliyyətin öhdəsindən layiqincə gəldi
23.05.2026 [16:17]
Bakı daha bir mükəmməl təşkilatçılıq qabiliyyəti ilə dünyaya örnək modeli təqdim etdi - Ümumdünya Şəhərsalma Forumu (WUF13) COP29-dan sonra ölkəmizdə keçirilən ikinci ən böyük beynəlxalq tədbir kimi tarixdə və nəticəyönümlü olması ilə yadda qaldı. Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə töhfəsinin və etibarlı tərəfdaş kimi yüksək nüfuzunu nümayiş etdirdi.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Ümumdünya Şəhərsalma Forumu tarixində ilk dəfə olaraq WUF13 çərçivəsində Liderlərin Bəyanatları Sessiyasının keçirilməsi isə WUF tarixində Azərbaycanın yeni bir ilkə imza atdığını, qlobal geosiyasi təlatümlərin yaşandığı narahat dünyada liderlərin sabitlik, təhlükəsizlik, rifah və həmrəylik ətrafında sıx birləşməsi üçün unikal modelin formalaşdığını əks etdirdi.
WUF13 çərçivəsində aparılan faydalı müzakirələrin yekununda iki mühüm sənədin (Sədrin Xülasəsi və “Bakı Fəaliyyətə Çağırış”) qəbul olunması qlobal tərəfdaşlar üçün yeni yol xəritəsinin istiqamətlərini və gələcək fəaliyyət niyyətlərini əks etdirən mühüm platforma hesab edilə bilər. Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı arasında imzalanmış Niyyət Məktubu isə dayanıqlı inkişaf prioritetlərinə çatmaq üçün qabaqcıl təcrübələrin konsensus planı kimi dəyərləndirilməlidir.
Şəhərsalma sessiyasında yeni ideyaların müzakirəsi və əldə edilən anlaşmalar planetin ən ümdə hədəflərndən biri olan təmiz iqlim, dayanıqlı şəhər inkişafı, layiqli məskunlaşma prinsiplərinə çatmaqda iş planı və kollektiv fəaliyyət gündəliyi kimi səciyyələndirilməlidir.
WUF13 tədbiri Azərbaycanın müasir innovasiya və sənaye cəmiyyəti quruculuğunda iradəsini, ələxsus da işğaldan azad edilmiş ərazilərdə misilsiz şəhəralma landşaftı yaratmaq məharətini təqdim etməklə, qlobal tərəfdaşların müasir bərpa və yenidənqurma sahəsində faəliyyətləri üçün koordinasiyanı yaratmış oldu. Xüsusilə də, Qarabağ və Şərqi-Zəngəzurda indiyə qədər milli şəhərsalma forumlarının keçirilməsi ilə açıq təşəbbüslərə hazır olan Azərbaycanla urbanizasiyanın yeni standartlarını tətbiq edən sənaye şirkətlərin, “ağıllı və yaşıl tikinti” üzrə ixtisaslaşmış korporasiyalar arasında səmərəverici təcrübə və mübadilə bağlantıları üçün də sağlam və münbit əməkdaşlıq infrastrukturu formalaşır.
Ümumilikdə, Azərbaycanın üzərinə götürdüyü qlobal məsuliyyətin öhdəsindən layiqincə gəlməsi WUF13 sessiyasınının modern şəhərsalma infrastrukturunda qlobal inteqrasiyanın dərinləşməsinə öz dərin töhfələrini verəcək.
Elbrus Cəfərli
Xəbər lenti
Hamısına baxDünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Dünya
25 Sentyabr 20:17
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52

