WUF13: Azərbaycanın yüksək qiymətə layiq təşkilatçılığı
23.05.2026 [16:19]
Azərbaycan paytaxtının ev sahibliyi ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) başa çatsa da, onunla bağlı böyük təəssüratlar uzun müddət unudulmayacaq. Cari il may ayının 17-22-də Bakıda BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) himayəsi altında keçirilən WUF13 dayanıqlı şəhər inkişafı sahəsində son illərin ən mühüm beynəlxalq tədbirlərindən biri kimi yadda qalıb. 176 ölkədən 58 mindən çox iştirakçını bir araya gətirən forum Azərbaycanın qlobal dialoq və əməkdaşlıq platforması kimi artan rolunu bir daha dünyaya nümayiş etdirib.
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi bu mötəbər tədbir Bakını şəhərlərin gələcəyi, mənzil siyasəti, iqlim dayanıqlılığı və inklüziv inkişaf məsələlərinin müzakirə olunduğu beynəlxalq mərkəzə çevirib. Bu baxımdan, WUF13-ün Bakıda keçirilməsi yalnız region üçün deyil, bütövlükdə qlobal urbanizasiya gündəliyi üçün də əlamətdar hadisə hesab olunur. Forum çərçivəsində müxtəlif mövzularda baş tutan panellərdə BMT təmsilçilərinin, iştirakçı ölkələrin hökumətlərinin yüksək səviyyəli nümayəndələrinin və vətəndaş çəmiyyəti təmsilçilərinin iştirakı ilə dünya şəhər gündəliyinin aktual məsələləri ətrafında müzakirələr aparılıb. Forumun əsas nəticəsi isə “Bakı Fəaliyyətə Çağırışı” (Baku Call to Action) sənədinin qəbul edilməsi olub.
Bakıda nümunəvi WUF baş tutdu
Ümumdünya Şəhərsalma Forumu BMT-nin ən mühüm platformalarından biridir. Eyni zamanda hazırda dünya üzrə şəhərsalma məsələlərinin aktuallığı heç vaxt olmadığı qədər artıb. Bakının ev sahibliyi etdiyi “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan forum çərçivəsində də dünyada şəhərsalmanın ən aktual problemlərindən biri olan mənzil böhranı əsas müzakirə mövzusu olub. BMT-nin qiymətləndirmələrinə görə, hazırda dünyada təxminən 2,8 milyard insan qeyri-qənaətbəxş şəraitdə yaşayır. Həmçinin müharibələr, iqlim dəyişmələri və digər belə mənfi təsirlər urban problemlərin miqyasının genişlənməsinə səbəb olur. Məhz bu səbəbdən WUF13 praktiki həllərin müzakirəsi və dayanıqlı şəhər inkişafı üzrə yeni yanaşmaların formalaşdırılması üçün mühüm platformaya çevrilib.
Belə bir mötəbər tədbirin ev sahibliyi hüququnun Azərbaycana verilməsi ölkəmizin beynəlxalq səviyyədə artan nüfuzunun əyani təsdiqidir. Azərbaycan imkanlarını təqdim etməklə müxtəlif çağırışlar qarşısında beynəlxalq həmrəyliyin güclənməsinə davamlı töhfələr verir və özünün həssas yanaşmalarını ortaya qoyur ki, bu da dünyada təqdirlə qarşılanır və ölkəmizə inamı artırır. Azərbaycan isə beynəlxalq birliyin etimadını yüksək məsuliyyət kimi qəbul edir və onu doğrultmağa çalışır. İndiyədək respublikamız ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirləri ən yüksək standartlar səviyyəsində keçirməyə nail olub.
Bu baxımdan WUF13 də istisnalıq təşkil etməyib. Bunu forumun əsas nəticəsi kimi qəbul olunan “Bakı Fəaliyyətə Çağırışı” sənədinin məzmunundan da görmək mümkündür. Sözügedən sənəd qlobal mənzil böhranının aradan qaldırılması və Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi istiqamətində dövlətlərin, beynəlxalq təşkilatların, şəhərlərin, vətəndaş cəmiyyətinin və ekspertlərin ortaq baxışını əks etdirir. Əlamətdar haldır ki, sənəddə Azərbaycanın WUF 13-ü nümunəvi qaydada keçirdiyinə xüsusi diqqət çəkilib. Vurğulanıb ki, WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın dayanıqlı inkişaf, iqlim dayanıqlılığı və beynəlxalq əməkdaşlıq sahələrində qlobal gündəliyin formalaşmasında artan rolunun növbəti təsdiqi kimi qiymətləndirilir. Sənəddə Prezident İlham Əliyevin dayanıqlı inkişaf, müasir şəhərsalma, postmünaqişə bərpası və qlobal əməkdaşlıq sahələrində həyata keçirdiyi uzaqgörən siyasət və strateji liderlik xüsusi vurğulanıb. Eyni zamanda, Azərbaycan hökumətinə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının yüksək səviyyədə təşkilinə, göstərilən qonaqpərvərliyə və yaradılmış səmərəli dialoq mühitinə görə təşəkkür ifadə olunub.
WUF13-ün unudulmaz mirasları
Paytaxtımızın yüksək səviyyədə ev sahibliyi etdiyi tədbirin heç vaxt unudulmayacaq gözəl mirasları barədə də məmnunluqla bəhs etmək mümkündür. WUF tarixində ilk dəfə olaraq, ev sahibi ölkənin təşəbbüsü ilə keçirilən Liderlərin Bəyanatları Sessiyasına 27 dövlət və hökumət başçısı qatılıb.
WUF13 çərçivəsində diqqət çəkən təşəbbüslərdən biri də Azərbaycanın UN-Habitat, Beynəlxalq Miqrasiya Təşkilatı və Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi ilə birlikdə hazırladığı “Təhlükəsiz qayıdış üçün ağıllı və dayanıqlı yaşayış məskənləri” (4SRP) təşəbbüsü olub. Bu təşəbbüs təhlükəsiz və dayanıqlı qayıdışın təmin olunması, həmçinin ekoloji dayanıqlılıq, iqlim adaptasiyası və sülh quruculuğu prinsiplərinə əsaslanan post-münaqişə bərpası üzrə beynəlxalq standartların formalaşdırılmasına yönəlib.
Tədbir çərçivəsində təqdim edilən yeniliklər sırasında həmçinin Bakı Şəhər Mükafatı da yer alır. Bu mükafat Ümumdünya Şəhərsalma Forumu çərçivəsində təqdim edilən yeganə beynəlxalq mükafat statusuna malik olacaq.
Mübariz Abdullayev
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

