Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

24.05.2026 [08:54]

Azərbaycanın İranın Təbriz şəhərindəki baş konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranov yol qəzasında həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sosial media hesabında yerləşdirilən məlumatda bildirilib.

“Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki baş konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olması xəbəri bizi dərindən sarsıtdı.

Bu ağır gündə mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.

Allah rəhmət eləsin!”, - deyə məlumatda qeyd edilib.

Paylaş:
Baxılıb: 450 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31