Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İran BƏƏ ərazisinə 3300 raket və PUA atıb

İran BƏƏ ərazisinə 3300 raket və PUA atıb

22.05.2026 [22:30]

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlanğıcından bəri İran Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) təxminən 3300 raket və pilotsuz uçuş aparatı (PUA) atıb.

AZƏRTAC xəbər verir ki, bu barədə BƏƏ Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş Praqada keçirilən beynəlxalq təhlükəsizlik konfransında bildirib.“İranın hücumu bizim üçün ən pis ssenari idi, amma düşünürəm ki, bunun öhdəsindən çox yaxşı gəldik. Biz yetərincə möhkəm, çoxqatlı hava hücumundan müdafiə sistemi qurmuşuq. Müharibənin 40 günü və ondan sonrakı müddətdə BƏƏ-ni hədəfə alan raket və dronlarının ümumi sayı təxminən 3300-ə çatır”, - deyə o qeyd edib.

Qarqaşın sözlərinə görə, bu raket və dronların yalnız 4 faizə qədəri BƏƏ-dəki hədəflərinə çatıb.

Paylaş:
Baxılıb: 640 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Sosial

Gündəm

Bişkek görüşü...

02 Sentyabr 11:36  

İqtisadiyyat

Gündəm

Siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30