İran nüvə strategiyasını dəyişir?
23.05.2026 [09:55]
Danışıqlar baş tutmasa, ABŞ zərbələrə başlayacaq
Yaxın Şərq probleminin həlli istiqamətində yenidən gərginlik yaşanmaqdadır. Sülhlə bağlı təkliflərin çoxsaylı mübadiləsindən sonra ortaq nöqtənin tapılmaması müharibənin aktiv mərhələyə keçmə ehtimalını yaradıb. Qeyd edək ki, bir neçə gün öncə ABŞ prezidenti Donald Tramp Pentaqona İrana qarşı mayın 19-na planlaşdırılan yeni zərbələri ləğv etməyi və məqbul bir razılaşma əldə edilmədiyi təqdirdə tammiqyaslı hücuma hazırlaşmağı əmr edib. Ağ Ev rəhbəri qərarını Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-nin xahişlərinə cavab olaraq təxirə saldığını bildirib.
Danışıqların əsas “kilid nöqtəsi” İranın nüvə strategiyası ilə bağlıdır. ABŞ İranın uranın zənginləşdirilməsi ilə bağlı planlarını birmənalı şəkildə istisna edir - son irəli sürülən təklifdə də məhz zənginləşdirilmiş uranın ölkə xaricinə daşınması qəti şəkildə qoyulmuşdu. Amma görünən budur ki, Tehran Vaşinqtonun bu tələbini yerinə yetirmək niyyətində deyil.
Tehran uranı verməyəcək?
Belə ki, “Reuters” agentliyi İranın ali dini lideri Müctəba Xameneinin yüksək zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən ixrac edilməməsi ilə bağlı əmr verdiyini yazıb. Agentlik bu barədə İrandakı iki yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb. Mənbələrdən biri bildirib ki, Xameneinin göstərişi və hakimiyyət daxilindəki konsensus zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılmaması ilə bağlıdır. Nəşrin məlumatına görə, Xameneinin mövqeyi ABŞ prezidenti Donald Trampla danışıqları çətinləşdirə və Vaşinqtonla Tehran arasında razılığa gəlmək şansını azalda bilər. Lakin mənbələrə görə, MAQATE nəzarəti altında uranın yenidən qarışdırılması kimi tətbiq edilə bilən formullar da hələ aktuallığını qoruyur.
İsrail rəsmiləri Reuters agentliyinə bildiriblər ki, Tramp əvvəllər İsrail hakimiyyətinə İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının mümkün razılaşmanın bir hissəsi olaraq ölkədən çıxarılacağına və hər hansı bir sülh müqaviləsinə bu barədə bəndin daxil ediləcəyinə dair zəmanət verib. İsrailin Baş naziri Benyamin Netanyahu da əvvəllər İran zənginləşdirilmiş uran ehtiyatlarını məhv edib raket proqramını məhdudlaşdırana qədər münaqişənin davam edəcəyini bildirmişdi. ABŞ rəsmilərinin sözlərinə görə, İran əsasən İsfahanda təxminən 970 funt (təxminən 440 kq) yüksək zənginləşdirilmiş uran ehtiyatına malikdir. Agentliyin məlumatına görə, İran uranın köçürülməsinə qadağanı qarşıda yarana biləcək hər hansı bir təhdiddən yayınmaq üçün qoyur. Tehranın sülh danışıqları üzrə nümayəndəsi Məhəmməd Bağır Qalibaf da bildirib ki, açıq və gizli hərəkətlər ABŞ-ın hücumlara hazırlıq gördüyünü göstərir.
Ağ Ev Xameneinin göstərişi ilə bağlı şərh istəyinə cavab olaraq bildirib ki, “Tramp ABŞ-ın qırmızı xətlərini açıq şəkildə göstərib”. ABŞ-ın vitse-prezidenti C.D.Vens bildirib ki, Vaşinqton İranın zənginləşdirilmiş uran ehtiyatları üzərində tam nəzarəti bərpa etmək niyyətindədir və nüvə materiallarının ölkədən çıxarılmasında israr edir. İran xarici işlər nazirinin müavini Səid Xətibzadə vurğulayıb ki, Tehranın zənginləşdirilmiş uranı Vaşinqtona ötürmək niyyəti yoxdur. Xatırladaq ki, may ayının ortalarında İranın xarici işlər naziri Abbas Əraqçi İranın Rusiyaya zənginləşdirilmiş uran ixracı təklifini müzakirə etməyə hazır olduqlarını bildirmişdi.
Körfəz ölkələrinin xahişi ilə...
Bununla belə, danışıqlarla bağlı ümid də hələ tam bitməyib - İranın Tasnim xəbər agentliyi mayın 21-də ABŞ-ın yeni sülh müqaviləsi layihəsini İran hakimiyyətinə təqdim etdiyini yayıb. Tasnimin məlumatına görə, Vaşinqton sənədi münaqişə tərəfləri arasında vasitəçilik edən Pakistan vasitəsilə Tehrana təqdim edib. Qeyd edək ki, mayın 20-də ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, Vaşinqton sülh müqaviləsinin şərtlərinin qəbul edilməyəcəyi təqdirində İrana qarşı zərbələri davam etdirməyə hazırdır. O, həmçinin qeyd etmişdi ki, “düzgün cavabları almaq üçün” bir neçə gün gözləməyə hazırdır.
Bu ayın əvvəlində İran ABŞ-a hərbi əməliyyatların dayandırılması və sülh danışıqlarının başlanması üçün 14 bəndlik layihə planı da təqdim etmişdi. Bu plan ABŞ tərəfindən qəbul edilməmişdi.
“Əl-Ərəbiyyə” telekanalı isə bildirib ki, İran və ABŞ arasındakı yeni razılaşma layihəsi “bütün cəbhələrdə” hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur və o, 10 bənddən ibarətdir. Saziş layihəsində quru, dəniz və hava daxil olmaqla, bütün cəbhələrdə dərhal, hərtərəfli və qeyd-şərtsiz atəşkəs; hərbi, mülki və ya iqtisadi infrastruktura zərbə endirməmək barədə qarşılıqlı öhdəlik; ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət etmək və daxili işlərinə qarışmamaq; Fars körfəzində, Hörmüz boğazında və Oman körfəzində gəmiçilik azadlığı və s. bəndlər nəzərdə tutulur.
ABŞ rüsuma “yox” deyir, İran internet kabellərinə görə də tələb edir
“Sky News” yazır ki, Dövlət Katibi Marko Rubio ABŞ və İran arasında müharibəyə son qoymaq üçün razılaşmaya yaxın olmaqla bağlı müsbət əlamətlərin olduğunu bildirib. Bununla belə, o, “həddindən artıq nikbin olmaq istəmədiyini” qeyd edib. Rubio vurğulayıb ki, Tehran Hörmüz boğazından keçid üçün rüsum alsa, hər hansı bir razılaşma mümkün olmayacaq. O, bu cür cəhdləri tamamilə qanunsuz adlandırıb: “Dünyada heç kim rüsum sistemini dəstəkləmir. Bu, baş verə bilməz. Bu, qəbuledilməz olardı”.
ABŞ prezidenti Donald Tramp da bildirib ki, Vaşinqton İranın Hörmüz boğazından keçən gəmilər üçün rüsum almasına qarşıdır. “Biz Hörmüzün açıq olmasını istəyirik. Biz rüsum istəmirik. Bu, beynəlxalq su yoludur”, - Tramp CNBC tərəfindən yayımlanan brifinqdə bildirib.
Amerika lideri həmçinin deyib ki, gəmilər ABŞ-ın təsdiqi olmadan İrana daxil olmur və ya çıxmır. Trampın sözlərinə görə, Tehran bu səbəbdən gündəlik 500 milyon dollara qədər maliyyə itirir.
İran isə Hörmüz boğazında gəmilərlə yanaşı fiber kabellər üçün də rüsum tələb etmək qərarına gəlib. CNN yazır ki, Tehran Hörmüz boğazından keçən dənizaltı internet kabellərinin istifadəsinə görə ödəniş tətbiq etməyi düşünür. Kanalın məlumatına görə, bu tədbirlər Google, Microsoft, Meta və Amazon da daxil olmaqla böyük texnologiya şirkətlərinə təsir göstərə bilər.
Həcc ziyarətinin ardınca İslamabadda...
İran ilə ABŞ arasında danışıqların yeni mərhələsi yaxın günlərə təsadüf edə bilər. Mənbələr İran İnternational-a bildiriblər ki, may ayının sonunda Həcc ziyarətinin əsas ayinləri başa çatdıqdan sonra İslamabadda İran-ABŞ danışıqlarının yeni mərhələsi keçiriləcək. Onların sözlərinə görə, görüş müsəlmanların Məkkə və Mədinəyə ziyarətindən sonra baş tutacaq. Mənbələr həmçinin bildiriblər ki, Pakistanın müdafiə nazirinin Tehran və Vaşinqton arasında razılaşmanın yekun layihəsinin tamamlandığını elan etmək üçün İrana səfəri gözlənilir.
SADİQ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19

