Energetika naziri İstanbul Təbii Sərvətlər Zirvəsində iştirak edib
22.05.2026 [21:13]
Energetika naziri Pərviz Şahbazov “2-ci İstanbul Təbii Sərvətlər Zirvəsi” çərçivəsində keçirilən “Dəyişən Qlobal Mənzərədə Enerji Təhlükəsizliyi: Bağlantılar və Əməkdaşlıq” mövzusunda nazirlər sessiyasında çıxış edib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir çıxışında Azərbaycan və Türkiyə arasında həm enerji sektoruna böyük investisiyalar yatırılması, həm də neft-qaz kəmərləri və elektrik infrastrukturu üzrə müxtəlif layihələrin icrası ilə uğurlu əməkdaşlıq modelinin olduğunu vurğulayıb. Bildirilib ki, hər iki ölkə enerji sektorunun inkişaf strategiyasını mənbələrin və marşrutların şaxələndirilməsi, eləcə də daha geniş enerji bağlantılarının yaradılması üzərində qurub. Azərbaycan və Türkiyə arasında həyata keçirilən Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizinin hazırda etibarlı və proqnozlaşdırılan enerji marşrutları sırasında yer aldığı, bu layihələrin yalnız iştirakçı ölkələri deyil, bütövlükdə regionu Avrasiyanın enerji infrastrukturunun əsas sütunlarından birinə çevirdiyi diqqətə çatdırılıb.
Nazir Pərviz Şahbazov son dövrlərdə baş verən geosiyasi proseslərin enerji bazarlarına təsirləri fonunda XXI əsrdə enerji gücünün artıq yalnız hasilatla deyil, həm də təchizat təhlükəsizliyi, enerji bağlantıları və etibarlı tərəfdaşlıqla ölçüldüyünü qeyd edib. Bu aspektdə Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında elektrik interkonnektoru layihəsinin gündəmdə olduğu diqqətə çatdırılıb. Zəngəzur üzərindən keçəcək yeni elektrik bağlantısının isə Xəzər regionunun enerji resurslarını Ermənistan üzərindən Naxçıvan vasitəsilə Türkiyəyə çatdıracağı, bu layihələrin Türkiyənin regional enerji habı rolunu daha da gücləndirəcəyi bildirilib. Özbəkistanın Çinlə enerji əlaqələrini nəzərdə tutan layihələri fonunda gələcəkdə Türkiyə, Azərbaycan və Mərkəzi Asiya üzərindən Çinlə Avropa arasında yeni enerji bağlantılarının formalaşmasının Avrasiyanın enerji arxitekturasını dəyişdirəcəyi qeyd olunub.
Nazir elektromobillik, elektrikləşmə, data mərkəzləri, süni intellekt və digər texnoloji inkişafların enerji və elektrik enerjisinə tələbatı sürətlə artırdığını diqqətə çatdırıb. Bildirilib ki, artıq əsas məsələ enerjinin ən ucuz mənbədən əldə olunması deyil, onun əlçatanlığının və təhlükəsiz təchizatının təmin edilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.
Sessiyada Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla yanaşı, Gürcüstan, Moldova, Liviya, Somali, Nigeriya və Sudanın da nazirləri iştirak edib.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

