COVID-19-a qarşı mübarizə: özümüzü qoruyaq, cəmiyyəti xilas edək
09.12.2020 [09:44]
Bəşəriyyət qlobal bəlaya çevrilən koronavirus (COVID-19) pandemiyası ilə ciddi mübarizə aparır. Son vaxtlar təəssüf ki, hər gün rekord yoluxma rəqəmləri görürük. Həm yoluxanların, həm də COVID-19-dan ölənlərin sayında çox ciddi artım var.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov xəstəliyin yayılma səbəbləri barədə deyib ki, kəskin respirator virus infeksiyası fəsillə əlaqədardır, soyuq hava şəraitində, xüsusilə payız-qış aylarında ona yoluxanların sayında artım baş verir: “Yeni növ koronavirus infeksiyasının Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən martda elan olunduğunu nəzərə alsaq, onun yayılmasının bir ili tamam olmayıb. Ona görə də xəstəliyin mövsümi xarakter daşıyıb-daşımadığını demək hələ tezdir. Bunun üçün müəyyən vaxt ötəndən sonra aparılan araşdırmalar nəticəsində müəyyən qənaətə gəlmək olar. Havalar soyuyanda insanlar daha çox qapalı məkanlarda toplaşırlar. Təbii ki, belə şəraitdə daha çox təmaslar olur, həmin məkanlarda havalandırma olmur, nəfəsliklər açılmır. Bu səbəblər də infeksiyanın artmasında başlıca rol oynayır”.
Bildirilib ki, orqanizmin normal fəaliyyəti və maddələr mübadiləsinin gedişi üçün müxtəlif miqdarda vitamin və minerallar tələb olunur. Onların çatışmadığı təqdirdə orqanizm normal fəaliyyət göstərə bilməz: “Həkimlər daha çox balanslaşdırılmış miqdarda olan polivitaminlərin qəbul edilməsini üstün tuturlar. Xəstələrin iki halda onu qəbul etməsi məsləhət bilinir. Birincisi, xarici səbəblərdir, məsələn, deyək ki, qış fəslidir və xəstənin həmin vitaminlərlə qidalanmaq imkanı yoxdursa və yaxud xəstə meyvə-tərəvəzlə qidalanmağı xoşlamırsa, həmin halda məsləhət görürük. İkincisi, daxili səbəblərdir, yəni kifayət qədər vitamin qəbul olunur, amma orqanizm tərəfindən mənimsənilmir.
İmmunitet sistemi ilboyu eyni qüvvədə qalmır. Yaz və payız ayları xroniki xəstəliklərin kəskinləşdiyi bir faktdır və bu, həm də immun sistemindəki dəyişikliklərlə əlaqədardır. İmmun sisteminin qidalanma ilə tənzimlənməsi düzgün yoldur, çünki möhkəm immunitet sistemi xarici patogenlərlə mübarizədə daha yaxşı reaksiya göstərir və yoluxma sayının azalmasında rol oynaya bilər. Lakin yalnız bu faktorla məsələ həll olunmur, digər faktorlar da var. İmmunitetin möhkəm olması üçün qidalanmadan başqa stresdən uzaq olmaq, normal yuxu və fiziki aktivlik də əsas şərtdir. Bunlar kompleks halda immuniteti artıra bilər, yəni immunitet nə qədər adekvatdırsa, yoluxma sayı da o qədər azala bilər”.
Qeyd olunub ki, hər kəs özünü qorumalı, tibbi maskadan istifadə etməli, əl gigiyenasına riayət etməlidir: “Qapalı məkanlarda bir yerə toplaşmamalıyıq, fiziki məsafəni saxlamalıyıq”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

