/ / Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
03.11.2017 [10:15]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Monteneqronun xarici işlər naziri Srcan Darmanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən çox yaxşı əlaqələrin, yüksək səviyyəli əməkdaşlıq formatının mövcud olduğunu deyən dövlətimizin başçısı Monteneqro Prezidenti və Baş nazirinin Azərbaycana, özünün isə Monteneqroya səfərlərini məmnunluqla xatırlayıb, həmçinin müxtəlif nazirlər və digər rəsmi şəxslərin də qarşılıqlı səfərlər həyata keçirdiyini qeyd edib və bütün bu səfərlərin ikitərəfli əməkdaşlığımızın inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimizin iqtisadiyyat, enerji, sərmayə qoyuluşu, ticarət və turizm daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq etdiyini deyib. Azərbaycan ilə Monteneqro arasında enerji sahəsində əməkdaşlıq haqqında imzalanmış memoranduma toxunan dövlətimizin başçısı bu istiqamətdə işlərin uğurla aparıldığını qeyd edib, memorandumun bu baxımdan çox faydalı olacağına ümid etdiyini bildirib.
Həm Azərbaycanın, həm də Monteneqronun inkişaf etmiş turizm infrastrukturuna malik olduğunu bildirən Prezident İlham Əliyev hər iki istiqamətdə daha çox turistlərin gəlməsinə ehtiyac olduğunu qeyd edib.
Azərbaycana ilk dəfədir ki, səfər etdiyini vurğulayan Monteneqronun xarici işlər naziri Srcan Darmanoviç ölkəmizin qısa müddət ərzində əldə etdiyi nailiyyətlərin onda dərin təəssürat yaratdığını bildirib. Səfəri çərçivəsində Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etməkdən şərəf duyduğunu deyən Srcan Darmanoviç Ulu öndərin Azərbaycanın inkişafında böyük rol oynadığını vurğulayıb, Prezident İlham Əliyevin Onun siyasətini uğurla davam etdirdiyini və ölkənin sürətli inkişafına nail olduğunu deyib.
Dövlətimizin başçısı Monteneqronun xarici işlər naziri Srcan Darmanoviçin Bakıya səfərinin ölkəmizlə bağlı daha çox təəssüratlar əldə etməsi baxımından önəmli olacağına əminliyini bildirib.
Xəbər lenti
Hamısına baxSosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16

